25 May 2025 08:10
401
SİYASƏT
A- A+
Prezidentin qətiyyəti, ədalətin bərpası

Prezidentin qətiyyəti, ədalətin bərpası


Təxminən 1 il  9 ay bundan öncə Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu ölkəmizdə ciddi narahatlıq doğurdu. Hadisə zamanı səfirliyimizin Mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid oldu, iki nəfər ağır yaralandı. Mühafizə xidmətinin digər əməkdaşı Vasif Tağıyev fədakarlıq göstərərək terrorçunu tərk-silah edə bildi.

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən bu terror aktı iki dövlət arasındakı münasibətlərin daha da kəskinləşməsinə səbəb olmuşdu. Çünki törədilmiş terror aktı təkcə cinayət hadisəsi deyildi. Bu həm də Azərbaycan dövlətinin suverenliyinə, diplomatik toxunulmazlığına və vətəndaşlarının təhlükəsizliyinə qarşı yönəlmiş bir təcavüz idi. 

Hadisənin baş verdiyi andan etibarən Azərbaycan Prezidenti İlham Əliyev məsələyə ən yüksək səviyyədə reaksiya verdi.  Dövlət başçısı səfirliyin fəaliyyətinin dayandırılması və diplomatlarımızın geri çağırılması ilə bağlı tapşırıq verdi. Səfirliyimizin təxliyə edilmiş əməkdaşları və onların ailə üzvləri qısa müddətdə Bakıya gətirildilər. Şəhid Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edildi. Prezident İlham Əliyevin sərəncamı ilə terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcunu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Vasif Tağıyev 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olundu. Orxan Əsgərov (ölümündən sonra) və Mahir İmanov isə "Vətən uğrunda" medalına layiq görüldülər.

Dövlət başçısı həm öz şəxsi sosial şəbəkə hesablarında, həm də rəsmi bəyanatlarda bu vəhşi terror aktını qətiyyətlə pislədi: "Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant  Orxan Rizvan oğlu Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

Bu, dövlət başçısının, eləcə də xalqımızın  terrora qarşı barışmaz mövqeyinin ifadəsi, hüququn, ədalətin və diplomatik toxunulmazlığın birmənalı şəkildə qorunacağına dair qətiyyətin təcəssümü idi. 

Ötən ayın əvvəllərində ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev bu hadisə ilə bağlı demişdir ki, iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən və arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır: "Təkcə bu terror hadisəsini törədən şəxs deyil, onun arxasında dayananlar, onu Azərbaycan səfirliyinə göndərənlər də məsuliyyətə cəlb olunacaq. Bununla yanaşı, yeni administrasiya ilə bizim işgüzar əlaqələrimiz var, onlardan gözləntimiz bu məsələni həll etməkdir. Biz orada siyasi sistemin mürəkkəbliyini, icra hakimiyyətinin məhdud imkanlarını anlayırıq. Biz bunları bilirik, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır".

Prezident İlham Əliyev bu forumda da beynəlxalq ictimaiyyətə, eləcə də İran tərəfinə Azərbaycanın prinsipial mövqeyini  açıq və birmənalı şəkildə çatdırdı. Bu həm də Azərbaycan vətəndaşının təhlükəsizliyinin hər şeydən üstün olmasının mesajı idi.

Bu terror hadisəsinin hüquqi müstəvidə öz qiymətini alması Azərbaycan-İran münasibətləri baxımından da mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfərindən sonra Bakı ilə Tehran arasında münasibətlərdə pozitiv dinamika müşahidə olunur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İrandan cəlb olunan heyətin iştirakı ilə keçirilən "Araz-2025" birgə təlimi də bu dinamikanın göstəricisidir. Digər tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevin haqlı tələbinə əsasən, Azərbaycanın Tehrandakı səfirliyinə hücum etmiş terrorçunun İran İslam Respublikasının qanunları ilə cəzalandırılması, əlbəttə, iki dövlət arasındakı münasibətlərin daha da inkişafı baxımından olduqca vacibdir.

Azərbaycan və İran xalqı yaxın günlərdə bu vacibliyin reallığının bir daha şahidi oldu. Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrası ilə bağlı şərhində deyilir: "2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı terror hücumu həyata keçirmiş, səfirliyin bir əməkdaşını qətlə yetirmiş, iki əməkdaşını isə yaralamış Yasin Hüseynzadəyə qarşı 2024-cü il yanvarın 28-də çıxarılmış ölüm hökmü 2025-ci il mayın 21-i səhər saat 5-də icra olunub.

Edamın icra olunması prosesini səfirliyimizin iki nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.

Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi.

Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir".

Cinayət və cəzadan göründüyü kimi, Azərbaycanın qətiyyəti, İranın ədaləti  sayəsində bu gün regionda yaranan yeni geosiyasi düzən iki ölkə arasında daha sıx koordinasiyanı zəruri edir. Hər iki ölkə prezidentlərinin  qarşılıqlı hörmətə əsaslanan münasibətləri və konstruktiv əməkdaşlığa üstünlük vermələri  xüsusi önəm daşıyır.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!