24 May 2025 08:20
569
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin bir tələbi ilə

Prezident İlham Əliyevin bir tələbi ilə


Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad edilməsindən bir il ötür


Bu gün Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin azad edilməsindən bir il ötür. 24 may 2024-cü ildə qalib lider İlham Əliyevin bir tələbi ilə bu dörd kəndimizin üzərində suverenliyimiz təsbit olundu. 

Necə ki, 44 günlük Vətən müharibəsi zamanı kapitulyasiya aktına qol çəkən düşmən Müzəffər Ali Baş Komandan İlham Əliyevin tələbi ilə Ağdamı, Kəlbəcəri, Laçını bir güllə atılmadan, bir itki verilmədən qaytarmışdı, bu dəfə də belə oldu. Erməni işğalçıları 30 il ərzində işğal altında saxladıqları bu dörd kəndimizdən də birdəfəlik çıxıb getdilər.  

Tarixi torpaqlarımızı əzəli sahiblərinə qaytaran Qarabağın xilaskarı İlham Əliyev Bağanıs Ayrımı, Aşağı Əskiparanı, Xeyrımlı və Qızılhacılı kəndlərini qətiyyətli tələbi ilə azad etməklə bir daha dünyaya göstərdi ki, Azərbaycan bir qarış torpağının da düşmən tapdağında qalmasına heç zaman imkan verməyəcək.  

"Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar", - deyə 10 may 2024-cü ildə Şuşaya köçən sakinlərlə görüşü zamanı qalib lider İlham Əliyevin söylədiyi kimi. 


Zəfərə aparan məqsədyönlü siyasət

 

Ötən müddətdə apardığı qətiyyətli, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycanı hərtərəfli inkişaf mərhələsinə yüksəldən Prezident İlham Əliyevin gündəliyində duran birnömrəli prioritet Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi idi. Beynəlxalq tribunalarda daim bu məsələni gündəmə gətirən dövlətimizin başçısı münaqişənin danışıqlar yolu ilə həllinə çalışırdı. Amma təcavüzkar Ermənistana himayədarlıq edən ölkə və qurumlar və bunların da başında münaqişənin danışıqlar yolu ilə nizamlanması üçün missiyalandırılmış ATƏT-in Minsk qrupu gəlirdi, vəziyyətin dondurulmasına və Azərbaycanın işğal faktı ilə barışmasına nail olmağa çalışırdılar. Keçmiş Qarabağ münaqişəsinin həlli mümkünsüz problem olduğu görüntüsünü yaradan riyakar Qərb təsisatları müharibə variantını istisna edirdilər. 

Azərbaycan isə qətiyyən bu vəziyyətlə barışmaq niyyətində deyildi və hansı yolla olursa-olsun, istər sülh, istərsə də savaş, torpaqlarını azad etməkdə və bir milyona yaxın keçmiş məcburi köçkünümüzü öz yurdlarına qaytarmaqda israrlı və qətiyyətli mövqe sərgiləyirdi. Buna görə də ölkəmiz mümkün olan bütün variantlara hazırlıq işləri aparmış, hərbi potensialını gündən-günə artırmışdı. 

2016-cı ildə baş verən 4 günlük Aprel döyüşləri artıq Azərbaycanın səbrinin daşdığının və torpaqlarımızın azadlıq günlərinin çox da uzaqda olmadığının göstəricisi oldu. Həmin tarixdə Lələtəpədə dalğalandırılan Azərbaycan bayrağı Şuşa, Xankəndi qələbələrimizin mayakı oldu. 

27 sentyabr 2020-ci ildə çıxdığımız haqq savaşı cəmi 44 günə zəfərlə sonlandırıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı misilsiz qəhrəmanlıq göstərərək azad etdi. "Dəmir yumruq"la hərb meydanında darmadağın edilən Ermənistan ordusunun on mindən çox fərarisi oldu. 10 noyabr 2020-ci ildə Azərbaycana yalvararaq kapitulyasiya aktına imza atması Ermənistanı bir dövlət olaraq məhv olma təhlükəsindən xilas etdi. 


Tarixi qələbələr


Bundan sonrakı mərhələdə də ardıcıl olaraq milli maraqlarımızın təmini istiqamətində tarixi addımlar atıldı. 

Azərbaycanın 10 noyabr tarixli üçtərəfli Bəyanatında nəzərdə tutulmuş yeni Laçın avtomobil yolunu vaxtından xeyli əvvəl istifadəyə verməsi ilə 26 avqust 2022-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri düşmən tərəfindən boşaldıldı. 

 23 aprel 2023-cü ildə Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə ölkəmizin ərazi bütövlüyü təmin edildi, bayrağımız bütün sərhədboyu dalğalandırıldı. Növbə gəlib çatdı Qarabağda onilliklərdir kök salmış erməni separatizminin birdəfəlik məhv edilməsinə, "miatsum" ideyasının tabutuna son mismarı çalmağa. 

2023-cü ilin sentyabrında həyata keçirilən 23 saatlıq antiterror tədbirləri sayəsində suverenliyimiz tam təmin olundu, konstitusiyamız bütün ərazilərimizdə qüvvəyə mindi, bayrağımız Xankəndidə dalğalandırıldı. İkiəsrlik erməni avantürasına  cəmi üç ildə son qoyuldu və sərsəm "miatsum" ideyası tarixin zibilliyinə atıldı. 

Tarixi qələbələrimizin növbəti halqası sözü imzası qədər kəsərli olan İlham Əliyevin cəmi bir tələbi ilə Qazaxın dörd kəndinin  azad edilməsi oldu. 

Hələ 2020-ci ildə Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini qaldırmış və ötən müddət ərzində mövzu daim gündəlikdə saxlanılmışdı. 

Keçən il dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində demişdi: "O ki qaldı işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır".

Qeyd edək ki, əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır və delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə olub. Tərəflər razılaşıblar ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatına əsasən, həyata keçirilən delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib. 

Beləliklə, 24 may 2024-cü ildə Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götüruldü. 

Həmin vaxt ölkəmizin lideri anklav kəndlərlə bağlı fikirlərini də qətiyyətlə bildirmişdi: "O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir".

Zəfərimiz sayəsində həmin kəndlərin sakinlərinin də onilliklərdir çəkdikləri vətən həsrəti bitdi və tezliklə onlar da dədə-baba yurdlarına qayıdacaqlar.

Faşist ermənilərin adıçəkilən kəndləri zəbt edərkən hərbi cinayətlərə əl atmaları, 1990-cı il martın 23-dən 24-nə keçən gecə Bağanıs Ayrımda qətliam törətmələri tariximizin qan yaddaşıdır. Erməni vəhşiləri gecə vaxtı 400-dən çox əhalinin yaşadığı kəndə hücuma keçərək 17 evi yandırıb, kənd sakinlərini qətlə yetiriblər.

Bağanıs Ayrım faciəsindən sonra 8 mart 1992-ci ildə Xeyrımlı, 11 mayda Qızılhacılı, 4 iyunda Aşağı Əskipara kəndləri işğala məruz qalmışdı.

İkinci Qarabağ müharibəsində qazandığımız şanlı qələbə Qazaxın zəbt olunmuş kəndlərini də azadlığına qovuşdurdu. 

İndi bu kəndlərimizdə də bayrağımızın əbədi dalğalandırılması Azərbaycanı tarixindəki ən qüdrətli çağlarına yetirən, xalqımızı başıuca, qalib edən Prezident İlham Əliyevin milli maraqlarımızı qətiyyətlə təmin etməsinin daha bir parlaq təzahürüdür. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!