22 Yanvar 2012 03:01
525
Səfərlər
A- A+
Prezident İlham Əliyev Gəncənin Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev Gəncənin Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncəyə səfəri çərçivəsində Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.

Dövlət başçısı küçənin əvvəlki görüntülərini əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, uzunluğu 435 metr olan küçədə yerləşən binaların və digər tikililərin fasadlarında tarixi və müasir memarlıq elementləri vəhdət təşkil edir. Küçədə bərpa edilən binalar əsasən XIX əsrin ikinci yarısında tikilmiş tarixi binalardır.

Prezident İlham Əliyev Cavad xan küçəsində Gəncənin mədəniyyət işçiləri ilə görüşdü.

Xalq artisti Şahnaz HAŞIMOVA: Cənab Prezident, xoş gəlmisiniz. Allah Sizə, Mehriban xanıma, ailənizə cansağlığı versin. Gözümüzün kökü saralmışdı ki, filarmoniyamız nə vaxt tikiləcəkdir.

Prezident İlham ƏLİYEV: Artıq başlayıb.

Şahnaz HAŞIMOVA: Ömrünüz uzun olsun. Hamının adından Sizə "sağ olun" deyirəm.  Sizin sayənizdə şəhərimiz dəqiqəbədəqiqə inkişaf edir.

Prezident İlham ƏLİYEV: Bəli. Bilirsiniz ki, mən Gəncədə dəfələrlə olmuşam. Gəncəni tanımaq mümkün deyildir. Qısa müddət ərzində Elmar çox yaxşı işlər görüb.

Şahnaz HAŞIMOVA: Sizin sayənizdə. Allah Sizi qorusun! Ömrünüz uzun olsun!

Tarzən Fikrət VERDİYEV: "Göygöl" ansamblı 43 il bundan əvvəl yaradılıb - ulu öndərin yadigarıdır. O vaxt mənim 22 yaşım var idi. Gəncə filarmoniyası  "Göygöl" ansamblının bazasında yaradılıb. Bu da ulu öndərin yadigarıdır. Siz isə Gəncənin yeni dövlət filarmoniyasının təməlini qoyursunuz. Mən bu filarmoniyanın bədii rəhbəriyəm. Cənab Prezident, yadınızdadırsa, Neft Şirkətində neftçilər ansamblı yaratmışdıq. Sonra Gəncəyə qayıtdım, bu şəhərin inkişafını gördüm və qərara gəldim ki, qalan qüvvəmi Gəncənin mədəni həyatının inkişafına sərf edim. 

Prezident İlham ƏLİYEV: Mən bilirəm ki, gəncəlilər bu günü gözləyirdilər. Mən Elmara deyirəm ki, belə getsə, Gəncə Bakını keçəcəkdir. 

Fikrət VERDİYEV: İncəsənət adamlarına çox böyük ilham  vermisiniz. Sizin qayğınız bizi daha yaxşı çalışmağa, konsert salonlarında, eləcə də Gəncə filarmoniyasının səhnəsində daha həvəslə çıxışlara ruhlandırmışdır.

Prezident İlham ƏLİYEV: Bəli, Gəncə böyük incəsənət mərkəzinə çevrilməlidir. Burada beynəlxalq tədbirlər, festivallar keçiriləcəkdir. Bu, Gəncənin mədəni həyatı üçün çox böyük əhəmiyyət kəsb edir. Bu vaxta qədər, yenə də deyirəm, burada çox iş görülüb. Bu gün böyük zavod açılır, hərtərəfli inkişaf gedir.

Fikrət VERDİYEV: Hamısı Sizin sayənizdədir. 

Prezident İlham ƏLİYEV: Sağ olun.

***

Cavad xan küçəsi ilə tanışlığı davam etdirən Prezident İlham Əliyevə məlumat verildi ki, Nizami Gəncəvinin  mənsub olduğu Şeyxzamanovlar nəslinin yaşadığı ev də burada yerləşir. Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə "Azərbaycan" qəzetinin ilk nömrəsinin dərc olunduğu tarixi mətbəənin binası əvvəlki görkəminə qaytarılmışdır. AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən və alman mühəndisi Zingerin yaşadığı ev də Cavad xan küçəsinin tarixi tikililərindəndir. Qeyd edildi ki, küçədəki bütün tarixi binaların üzərinə lövhələr vurulmuşdur.

Dövlət başçısı Gəncə sakinləri ilə görüşdü.

SAKİNLƏR: Xoş gəlmisiniz. Cənab Prezident, Gəncəni gəncəlilərə qaytardığınız üçün çox minnətdarıq. Şəhərimizdə əsl mənada inkişaf gedir.

Prezident İlham ƏLİYEV: Çox şadam ki, Gəncə gözəlləşir.

SAKİN: Özü də keyfiyyətli inkişafdır. Cənab Prezident, biz gəncəlilər adından Sizə minnətdarlığımızı bildiririk.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən də çox şadam ki, Gəncədə işlər yaxşı gedir. Gözəl işlər gedir.

SAKİN: Bizim Gəncəmiz gündən-günə gözəlləşir, abadlaşır. Gördüyünüz bu küçə çox bərbad halda idi.

Prezident İlham ƏLİYEV: Yadımdadır, mən burada olmuşam.

SAKİN: İndi görürsünüz, doğrudan da, bu küçə əsl kurort şəhərinin küçəsinə çevrilibdir. Ona görə də Sizə minnətdarlığımızı bildiririk. Siz çox gözəl işlər görürsünüz, biz Sizin daxili və xarici siyasətinizi səmimi qəlbdən bəyənirik, onu alqışlayırıq və müdafiə edirik. Biz ulu öndərimizin də, Sizin də yürütdüyünüz siyasəti dəstəkləmişik. Çox sağ olun, biz gəncəlilər Sizə minnətdarıq.      

***

Aparılan abadlıq-quruculuq işlərindən sonra sanki muzeyə çevrilmiş Cavad xan küçəsində kərpic imitasiyasına xüsusi yer verilmiş, dəmir haşiyələr və məhəccərlər Gəncə memarlığına uyğun hazırlanmışdır. Binaların dam örtükləri də yenidən qurulmuş, qapılar və darvazalar milli şəbəkə formasında hazırlanmışdır. Küçəyə kanalizasiya xətləri çəkilmiş, qaz və su boruları yerin altına salınmışdır. Küçə boyu 9 min kvadratmetr sahədə qranit plitələr döşənmiş, müxtəlif yerlərdə 7 fəvvarə quraşdırılmışdır. Gələcəkdə burada xalça, misdöymə, dulusçuluq və digər tətbiqi sənət nümunələri ilə məşğul olan sənətkarlar üçün xüsusi emalatxanaların tikilməsi də nəzərdə tutulur. Küçə boyu milli adət-ənənələri təsvir edən heykəllər qoyulmuşdur.

Dövlət başçısı burada Gəncə ziyalıları ilə də görüşərək dedi:

- Gəncə gözəlləşir.

ZİYALI: Sizin sərəncamlarınızdan sonra bizim maddi-mədəni mühitlə bağlı 800-dən artıq abidəmiz aşkarlanıb. Bu küçəmiz, buradakı 50-dən artıq bina təmir olunub. Məqsədimiz Gəncənin maddi-mədəni irsinə aid ensiklopediya hazırlamaqdır. Çünki bədnam qonşularımız tarixi abidələrimizi öz adlarına çıxırlar. Gəncə ziyalıları Sizə ümid bəsləyir və Sizin arxanızdadır. Üçtərəfli görüşdə də Sizə uğurlar diləyirik. 

Prezident İlham ƏLİYEV: Sağ olun.

ZİYALI: Cənab Prezident, icazə verin, bir neçə kəlmə də mən deyim. Gəncə respublikamızın ikinci böyük şəhəridir. Bu şəhərin siması onun statusuna uyğun gəlmirdi. Çox sağ olun ki, Siz bunu hamıdan qabaq duydunuz. Gəncənin ən böyük problemlərindən olan su, kanalizasiya, enerji, qaz sisteminin yenidən qurulmasına dair sərəncam verdiniz. İndi Gəncəmiz gözəlləşir. Çox sağ olun ki, Gəncəni gəncəlilərə yenidən bəxş etdiniz. Çox gözəl şəhərdir, burada yaşamaq və işləmək çox xoşdur. 

Prezident İlham ƏLİYEV: Düzdür, Gəncə çox qədim, gözəl tarixi şəhərdir. İndi şəhər qədim simasını saxlamaqla, yeni müasir yanaşma ilə daha da gözəlləşir. Parklar, binalar bərpa edilir, gözəl küçələr salınır. Yəni, Gəncə dünya səviyyəli şəhərə çevrilir.

ZİYALI: Cənab Prezident, Şərqdə siyasi, Qərbdə iqtisadi böhranın tüğyan etdiyi bir dövrdə öz iqtisadi inkişaf modeli ilə uğur qazanan Azərbaycanın bu yüksəlişinə görə Sizə minnətdarıq və xoşbəxt gələcəyimizi Sizinlə görürük. Bir daha Sizə "Xoş gəlmisiniz" deyirik. 

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

ZİYALI: Allah Heydər Əliyevə qəni-qəni rəhmət etsin! O, milli-mənəvi dəyərlərimizin inkişafı üçün çox böyük işlər görmüşdür. Novruz bayramı gələndə camaat ev-eşiyini səliqə-sahmana salır, küçələri təmizləyirdi. İndi Gəncə o qədər gözəlləşib ki, daha nə küçə süpürməyə, ev-eşik təmizləməyə ehtiyac yoxdur. Allah Sizə cansağlığı versin, ziyalılar adından Sizə öz minnətdarlığımızı bildiririk. 

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

ZİYALI: Bir söz də demək istəyirəm. Uzun illərdir mən bu şəhərdə yaşayıram, bura mənim vətənimdir. Gəncə getdikcə inkişaf edir. Yüz il yaşayın, mərdsiniz, möhkəmsiniz, səbirlisiniz, ailənizə, özünüzə cansağlığı, uzun ömür arzu edirəm. Elmə verdiyiniz qiymətə görə də alimlər adından Sizə təşəkkür edirəm. Akademiyada bizim şöbəmizi yaratdınız, bu da böyük işdir. Neçə illərdir biz ona nail ola bilmirdik. İndi biz Sizin rəhbərliyiniz altında kənd təsərrüfatını inkişaf etdirməliyik. Biz hələ kənd təsərrüfatına borcluyuq. Biz fermerlərə, kənd təsərrüfatında çalışanlara fəal kömək etməliyik. Biz buna hazırıq. Sağ olun, xoş gəlmisiniz.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, mən sizi görülən bütün bu işlər münasibətilə təbrik edirəm. Şadam ki, qısa müddət ərzində Gəncədə çox böyük quruculuq işləri aparılıb. Gəncəyə daim böyük diqqət göstərilmişdir. Bu diqqət bu gün də vardır. Mən istəyirəm ki, hər bir şəhərdə belə gözəl işlər aparılsın. Bütövlükdə ölkəmizdə, hər bir yerdə çox sürətli və uğurlu inkışaf gedir.

Mən həmişə deyirəm ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Belə getsə, Gəncə də ən gözəl şəhər olacaqdır və olmalıdır. Sağ olun.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!