14 Mart 2024 14:14
4252
Qəbullar
A- A+

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib YENİLƏNİB  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Jelka Tsviyanoviç İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi və fəaliyyətində uğurlar arzuladı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Bosniya və Herseqovinaya ötən il rəsmi səfərini və səfər zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı.

Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluq ifadə olundu. Azərbaycanın Balkan regionu ilə əlaqələrinin, bu xüsusda Bosniya və Herseqovina ilə əməkdaşlığının inkişafı xüsusi qeyd edildi. Ölkələrimiz arasında enerji, investisiyalar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu. Jelka Tsviyanoviç bu tədbirdə çox aktual məsələlərin müzakirə olunduğunu vurğuladı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video