23 Noyabr 2023 10:31
9701
Qəbullar
A- A+
Prezident İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibini qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibini qəbul edib YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın 1993-cü ildə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasına üzv qəbul olunmasından etibarən ölkəmiz ilə bu təsisat arasında sıx əlaqələrin qurulduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bu Komissiya ilə ətraf mühitin mühafizəsi, nəqliyyat, gömrük, enerji, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və digər sahələrdə uğurlu əməkdaşlıq edir.

Prezident İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının nümayəndə heyətlərinin ölkəmizdə Azərbaycanın sədrliyi ilə təşkil olunan beynəlxalq tədbirlərdə iştiraklarını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı bu xüsusda Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Zirvə görüşündə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katiblərinin iştirakını SPECA çərçivəsində əməkdaşlığa verilən əhəmiyyətin nümunəsi kimi qiymətləndirdi.

Azərbaycan Prezidenti SPECA yarananda üzv ölkələrin müstəqilliklərinin ilk mərhələsində, fərqli geosiyasi və coğrafi mühitdə olduqlarını xatırladı, ötən müddət ərzində üzv ölkələrin müstəqil dövlətlər olaraq uğurlu inkişaf yolu keçdiklərini vurğuladı.

SPECA Zirvə görüşünün Bakıda keçirilməsinin Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın hərtərəfli və dinamik surətdə inkişafının bariz nümunəsi olduğunu deyən Prezident İlham Əliyev son illər ərzində Azərbaycan ilə region ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişlənməsini məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, SPECA-nın üzvü olan dövlətlər sıx əməkdaşlıq nəticəsində uğurlu regional model təqdim edirlər. Bu, həmçinin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid siyasi, iqtisadi və geosiyasi bir məkanı ifadə etmələrinin bariz təzahürü, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək əzminin və niyyətinin nümunəsidir.

Dəvətə görə təşəkkürünü bildirən Tatyana Molçan Azərbaycanın SPECA-ya uğurlu sədrliyini vurğuladı və ilk dəfə bu formatda Zirvə görüşünün keçirilməsinin mühüm nailiyyət olduğunu dedi.

Azərbaycanın sədrliyi ilə bu çərçivədə əməkdaşlığın daha böyük perspektivlərinin olduğunu qeyd edən qonaq Sammitin SPECA-nın yaranmasının 25-ci ildönümünə təsadüf etməsini və bu xüsusda, BMT Baş Assambleyasında SPECA-nın təsis edilməsinə dair qətnamənin qəbul olunmasının əhəmiyyətini vurğuladı.

Tatyana Molçan SPECA-nın Sammitində BMT Baş katibini təmsil etməsindən məmnunluq duyduğunu bildirdi. O, bu Sammitin SPECA-ya üzv ölkələr arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, prioritetlərin və eyni zamanda, çağırışların müzakirəsi baxımından böyük əhəmiyyət daşıdığını bildirərək BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Sammit çərçivəsində aparılacaq müzakirələrdə həmsədr qismində iştirakının məmnunluq doğurduğunu dedi.

Görüşdə nəqliyyat dəhlizləri, urban-meşə konsepsiyası və şəhərlərdə yaşıllaşdırmanın artırılması, Azərbaycanın tarazlaşdırılmış və uğurlu şəkildə bərpaolunan və yaşıl enerji konsepsiyasına keçidi, bu istiqamətdə ölkəmizin irəli sürdüyü təşəbbüslər ilə bağlı fikir mübadiləsi aparıldı.

Mərkəzi Asiya ölkələri ilə nəqliyyat imkanlarının artırılması, Orta Dəhlizin əhəmiyyəti, Azərbaycanın ölkəmizdə və qonşu ölkələrdə nəqliyyat infrastrukturunun inkişafına yatırdığı investisiyalar məmnunluqla qeyd edildi. Bu baxımdan BMT-nin Avropa üzrə İqtisadi Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu.

Söhbət zamanı “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya” - Espo Konvensiyasının əhəmiyyətinə toxunuldu, bu Konvensiyanın regionda təşviqinin, bölgədə su hövzələrinin və çayların ekoloji təmizliyinin təmin olunmasının, sərhədyanı zonalarda, xüsusilə də mədən sənayesi ilə əlaqədar işlərin aparılmasında qonşu dövlətlərin narahatlıqlarının nəzərə alınmasının vacibliyi qeyd edildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!