30 Oktyabr 2012 01:10
531
Səfərlər
A- A+
Prezident İlham Əliyev Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışında iştirak etmişdir

 

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışında iştirak etmişdir.

Dövlət başçısı avtomobil yolunun sxematik planını əks etdirən stendə baxdı.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Azərbaycan Prezidentinə məlumat verdi ki, son on ildə ölkəmizin yol-nəqliyyat strukturunda əsaslı dəyişikliklər baş vermişdir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları tamamilə abadlaşdırılır. Dövlət başçısının sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilmişdir. Bu tədbirlər iqtisadiyyatımızın gündən-günə güclənməsini nümayiş etdirməklə yanaşı, dövlətimizin ölkənin istənilən yerində yaşayan vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks etdirir. Bu proses Beyləqan rayonunda da geniş vüsət almışdır. Rayondakı Beyləqan-Kəbirli-Baharabad avtomobil yolu tamamilə yenidən qurulmuşdur.

Bildirildi ki, uzun illər təmir işləri aparılmaması nəticəsində bu yol istismara yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaqdır. Ümumi uzunluğu 35 kilometr olan və müasir standartlar səviyyəsində qurulan dördüncü kateqoriyalı avtomobil yolunda iki körpü, on boru su keçidi inşa edilmişdir. Beyləqan rayonunun on kəndini və Xocavənddən olan məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqəsini birləşdirən həmin yoldan 34 minə yaxın sakin istifadə edəcəkdir. Bu günədək yolun 20,2 kilometrlik hissəsində əsaslı təmir işləri başa çatdırılmışdır. Hazırda yolun qalan hissəsində  əsaslı təmir işlərinin yekunlaşdırılması işləri davam etdirilir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Yol ilə tanışlıqdan sonra dövlət başçısı kənd sakinləri ilə görüşdü.

Yolun açılış mərasiminə toplaşan sakinləri salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Yeni yolun açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl,  rahat yoldur. Əvvəlki yol çox bərbad vəziyyətdə idi. Gediş-gəliş də o qədər asan deyildi. Amma indi gözəl, rahat yol çəkildi. Mən buna  çox sevinirəm, çox şadam. Şadam ki, mənim sərəncamlarım vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilir. Bildiyiniz kimi, bu yolun çəkilişi mənim imzaladığım sərəncamın əsasında mümkün olmuşdur. Bütün bölgələrdən bizə məktublar, sifarişlər gəlir, xahişlər göndərilir ki, yollar abadlaşdırılsın. İndi gücümüz də, imkanımız da çatır ki, bunu edək və bunu da edirik. 

SAKİNLƏR: Çox sağ olun, Sizə minnətdarlığımızı bildiririk. 

Prezident İlham ƏLİYEV: Sizi bir daha təbrik edirəm. Əminəm ki, yaxın gələcəkdə ölkəmizin bütün kənd yolları abadlaşdırılacaqdır.

Əlbəttə, ilkin mərhələdə biz magistral yollara üstünlük verirdik. Çünki bu da təbiidir. Paytaxtımızı şəhərlərlə birləşdirən yolların tikintisi əlbəttə ki, ön planda idi. Amma indi kənd yollarının tikintisinə də vaxt çatıb və biz bunu edirik.

Yol çəkilişi həm insanlara rahatlıq verir, eyni zamanda, hər bir bölgənin inkişafını müəyyən edir. Çünki yol olmasa inkişafdan söhbət gedə bilməz. Həm insanların rahatlığı, eyni zamanda, biznes imkanlarının genişləndirilməsi, gələcəkdə müxtəlif turizm obyektlərinin tikintisi üçün yol əlbəttə ki, əsas məsələdir.

Yol çəkilişi ilə əlaqədar bütün bölgələrdə işlər gedir. Eyni zamanda, digər infrastruktur layihələri icra edilir, o cümlədən Beyləqan rayonunda. İndi qazlaşdırma prosesi gedir, içməli su layihəsi artıq başlayır. Yəni, çalışacağıq ki, yaxın illər ərzində qalan problemlər də öz həllini tapsın, bütün bölgələr, bütün rayonlar, o cümlədən Beyləqan rayonu daha da uğurla və sürətlə inkişaf etsin.

Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm.

Kənd sakini Əhməd Əhmədov dövlət başçısına beyləqanlıların ən xoş arzularını çatdırdı.

* * *

Sonda xatirə şəkli çəkdirildi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!