Prezident İlham Əliyev Belarusun Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Belarus arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə - təhlükəsizlik, iqtisadiyyat, energetika, ticarət, hərbi-texniki əməkdaşlıq və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin, ölkələrimizin həyata keçirdiyi xeyli sayda birgə layihələrin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın əlaqələrimizin daha da genişləndirilməsində maraqlı olduğunu dedi. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycan ilə Belarusun beynəlxalq təşkilatlarda da bir-birini dəstəklədiyini vurğuladı.
Təhlükəsizlik sahəsinə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, bununla bağlı müzakirə olunası və birgə fəaliyyət göstəriləsi bir çox məsələlər var. Dövlətimizin başçısı bildirdi ki, dünyada təhdidlər artır və təhlükəsizlik məsələləri dövlətlər üçün prioritet sahəyə çevrilir. Prezident İlham Əliyev bu istiqamətdə də ölkələrimiz arasında yaxşı təmasların mövcud olduğunu və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi.
Dövlət katibi Stanislav Zas Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O bildirdi ki, Belarus tərəfi Azərbaycan Prezidentinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi işinə göstərdiyi diqqəti yüksək qiymətləndirir və Belarus Prezidenti bununla bağlı öz minnətdarlığını çatdırır. Stanislav Zas ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyini dedi. O, görülən işlərin nəticəsi olaraq Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin 10 faiz artdığını vurğuladı. Belaruslu qonaq qeyd etdi ki, ölkəsində Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözləyirlər.
Dövlətimizin başçısı Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarus Prezidentinə çatdırmağı xahiş etdi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!