14 İyun 2025 18:29
383
SİYASƏT
A- A+
Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib

Praqada Orta Dəhlizlə bağlı panel təşkil edilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) GLOBSEC-lə birgə Praqada “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid?” (“The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?”) adlı panel müzakirəsi təşkil edib.

AZƏRTAC xəbər verir ki, TV aparıcı və jurnalist Kris Börnsün moderatorluq etdiyi panelin iştirakçıları sırasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunun (ISPI) Rusiya, Qafqaz və Mərkəzi Asiya Mərkəzinin baş elmi işçisi Eleonora Tafuro Ambrosetti, həmçinin Orta Doğu Texniki Universitetinin professoru Hüseyn Bağcı yer alıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxışında Orta Dəhlizlə bağlı Azərbaycanın baxışını təqdim edərək, bu marşrutun geosiyasi əhəmiyyətini və daha geniş regional inteqrasiyaya verdiyi imkanları vurğulayıb.

Hikmət Hacıyev Azərbaycanın quru, hava, dəniz və rəqəmsal infrastrukturunu təkmilləşdirərək dənizə çıxışı olmayan ölkə statusundan nəqliyyat baxımından əlaqələndirilmiş məkana çevrildiyini və bunun bütün Avrasiyaya fayda verdiyini qeyd edib.

Ermənistanın “Sülh yollarının kəsişməsi” təşəbbüsünə dair suallara cavab verən Hikmət Hacıyev bu yanaşmanı “gecikmiş və natamam” kimi təsvir edib:

“Azərbaycanın əraziləri işğal altında olarkən biz hər zaman bağlantıların yaradılmasını münaqişənin həlli prosesinin tərkib hissəsi kimi vurğulamışıq. İndi isə münaqişə həll olunub. Burada qeyd etməli olduğum vacib məqamlardan biri də Şərq-Qərb dəhlizinin əsas komponentlərindən olan təhlükəsizlik və sabitlikdir. Bu, həm də Azərbaycan Respublikasının regionda tam təhlükəsizlik və sabitlik yaratması ilə bağlı nailiyyətidir. Ermənistan regional diskursların və nəqliyyat bağlantılarının bir hissəsi ola bilər. Biz regionda heç bir təcrid və ya kənarda qalma hallarını görməkdə maraqlı deyilik. Lakin eyni zamanda Ermənistan tərəfdən də müəyyən gözləntilərimiz var. Ermənistan 30 il ərzində Naxçıvanı blokadada saxlayıb. İndi biz Ermənistanın ilk vacib addımı ataraq Zəngəzur dəhlizi ilə bağlı iş görməsini gözləyirik. Ermənistan ərazisindən keçən bağlantılarla bağlı isə qeyd etmək istəyirəm ki, Ermənistan onun iqtisadi baxımdan nə dərəcədə səmərəli olduğunu sübut etməlidir. Azərbaycan artıq öz bağlantılarını qurub. İndi isə Ermənistan göstərməlidir ki, onun əraziləri üzərindən keçən marşrut iqtisadi baxımdan nə qədər rentabellidir. Sevindirici haldır ki, biz Ermənistanla ikitərəfli kanallar vasitəsilə sülh sazişi, sərhədlərin delimitasiyası və digər məsələlər üzrə işləyirik. Sülh sazişi üzrə mətn razılaşdırılıb. Hələ də açıq qalan məsələlər var, lakin bu istiqamətdə işlər davam etdirilir”, - deyə o qeyd edib.

Hikmət Hacıyev, həmçinin Azərbaycanın irəli sürdüyü “3+3” regional əməkdaşlıq təşəbbüsünə toxunaraq ölkəmizin davamlı sülhə sadiqliyini bir daha vurğulayıb:

“Sülh sazişi Bakıda hazırlanıb. Sazişin əsas prinsipləri məhz Bakıda işlənib hazırlanıb. Azərbaycan regionda sülh və sabitliyin təmin olunması üçün mühüm addımlar atıb. İndi isə biz sülh gündəliyi üzərində çalışırıq. Ən vacibi isə budur ki, Cənubi Qafqazda yeni bir status-kvo yaranıb. Bu status-kvo beynəlxalq hüquq və legitimlik üzərində qurulub. Əvvəlki status-kvo isə işğal faktına əsaslanırdı”.

Digər panel iştirakçıları da Orta Dəhlizin geosiyasi və geoiqtisadi rolu barədə fikirlərini bölüşüblər.

Xatırladaq ki, GLOBSEC 2025 Avropanın xarici siyasət və təhlükəsizlik sahəsində liderlərini, dövlət başçılarını, sahibkarları, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin və akademik dairələrin nümayəndələrini bir araya gətirən illik forumdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar  

13:37
17 İyul

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar  

13:31
17 İyul

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar  

13:28
17 İyul

Bakıda ASOSAI-nin Ətraf Mühit Auditi üzrə İşçi qrupunun hesabatı təqdim edilib

13:25
17 İyul

Azərbaycan-Vyetnam əməkdaşlığının prioritet istiqamətləri üzrə Fəaliyyət Planı qəbul edilib  

13:24
17 İyul

Sabah bəzi yerlərdə 41 dərəcə isti olacaq, dağlıq ərazilərdə yağış yağacaq

13:03
17 İyul

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar  

12:26
17 İyul

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər

12:13
17 İyul

AQTA dondurmalarla bağlı aparılan sınağın nəticələrini açıqlayıb  

12:12
17 İyul

Almaniya Avropa İttifaqının iki trilyon avroluq büdcə planını tənqid edib

12:10
17 İyul

Laçında dağlıq ərazidə baş vermiş yanğını törətməkdə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər – BİRGƏ MƏLUMAT  

11:34
17 İyul

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar  

11:32
17 İyul

Birinci yarımildə müavinətlər üzrə 554, Prezident təqaüdləri üzrə 348 milyon manat ödənilib  

11:31
17 İyul

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

11:30
17 İyul

Azərbaycan və Qazaxıstanın XTQ mənsubları görüşüblər

11:29
17 İyul

Gürcüstan Ermənistanı yalan və yoxlanılmamış məlumatlar yaymaqda ittiham edib  

11:28
17 İyul

Dünya bazarında qızıl 23 dollaradək ucuzlaşıb

11:27
17 İyul

Dünya birjalarında neft bahalaşıb

11:27
17 İyul

Almaniyada tənha yaşayan insanların sayı 17 milyona çatıb  

11:23
17 İyul

Hanoyda Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilir 

10:53
17 İyul

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

10:43
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!