16 Yanvar 2024 10:10
382
CƏMİYYƏT
A- A+
Polis yenə də dar günümüzün dayağı oldu

Polis yenə də dar günümüzün dayağı oldu

 

Bu qış qar, bərəkət, sevinc gətirsə də, hamımızı sınağa çəkdi. Bir andaca hər tərəfi bürüyən şaxtalı, çovğunlu qar çoxlarını qəfil yaxaladı, onları çətin vəziyyətlə üz-üzə qoydu. Ancaq qarın özü ilə bərabər gətirdiyi fəsadlarla yanaşı, sosial şəbəkələrdə edilən yüzlərlə paylaşım hər birimizin qəlbini isitdi... 
Bu paylaşımlar gecə-gündüz keşiyimizi çəkən, həmişə dar günümüzün etibarlı dayağı olan polislərimizin şaxta-qar demədən, çovğuna baxmadan köməksiz vəziyyətdə qalan insanlara yardım etməsi ilə bağlı idi. Onsuz da belə təhlükəli havalarda polis gücləndirilmiş iş rejiminə keçir, amma bu paylaşımlardan da bir daha gördük ki, onlar öz işlərini sadəcə yerinə yetirməli olduqları peşə vəzifəsi kimi yox, xalqımıza, bütövlükdə vətənimizə olan böyük sevgi hissləri ilə can-könüldən həyata keçirirlər. 
Çətin hava şəraitində, yolların buz tutduğu təhlükəli vəziyyətdə yol polisi avtomobil sıxlığına qarşı, hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində gecə-gündüz fasiləsiz çalışaraq öz vəzifəsinin öhdəsindən layiqincə gəldi. Biz hətta yayılan görüntülərdə polislərimizin əlləri ilə duz səpərək yolları buzdan təmizləmək cəhdlərinə belə şahid olduq... 
Qarlı yollarda qalanlara kömək əli uzatmaqdan, onları ünvanlarına çatdırmaqdan, yaşlılara, qucağı körpəli insanlara yardım etməkdən tutmuş, buzda ilişib qalan avtomobilləri öz əlləri ilə itələyib çıxarmaqlarına qədər polislərimizin fəaliyyəti ilə bağlı hər bir görüntü təqdirəlayiq hadisə oldu. 
Onlar bu qarlı havada balaca dostlarımızı, sahibsiz heyvanları da yaddan çıxarmayaraq onları donvurmadan xilas etdilər, sığınacaqla, yeməklə təmin etdilər...  
O da xüsusi vurğulanası məqamdır ki, bu qəlb isidən paylaşımların altına yazılan şərhlərin hamısında polislərimizin timsalında qəhrəman Azərbaycan oğulları ilə bağlı duyulan fəxr, qürur hissləri bir daha ifadə olundu. 
Respublikanın bütün ərazilərində hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə əlavə heyətlə xidmətini davam etdirən Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi qabaqlayıcı tədbirlərin səmərəli nəticəsidir ki, ölkə ərazisində kəskin hava şəraiti ilə əlaqədar ağır, yaxud ölümlə nəticələnən hadisə qeydə alınmayıb. DİN-in "102 Zəng Mərkəzi"nə vətəndaşlar tərəfindən hava şəraiti ilə bağlı minlərlə çağırış daxil olub, kömək istənilib və hər bir çağırış operativ qaydada yerlərdə xidmət edən əməkdaşlara ötürülməklə vətəndaşlara zəruri kömək göstərilib. Çağırışlar əsasən respublikamızın magistral yollarında, xüsusilə dağlıq ərazilərdə hərəkət edən şəxslərlə bağlı olub. Sağlamlıq vəziyyətində problem yaranan şəxslərin polisin xidməti avtomobilləri  ilə yaşayış yerlərinə çatdırılması təmin edilib.
Ümumən yanvarın 13-ü axşamdan, yəni havanın pisləşməsindən başlayaraq görülən tədbirlər, əlavə heyətin xidmətə çıxarılması, fasiləsiz iş rejimi, respublikanın bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təmin edildi. 
Bəli, polislərimiz Naxçıvandan Qusara, Astaradan Zaqatalaya, Bakıdan Laçına, Ağdamdan Kəlbəcərə, Şuşadan Xocalıya, Xankəndiyə və digər şəhər, rayonlara qədər bütöv Azərbaycanda bu qarlı, şaxtalı havada fasiləsiz xidmət etdilər. 
Həm də Qarabağı, Şərqi Zəngəzuru başdan-başa ağ dona bürüyən bu qarlı havada, uğrunda qanlarını tökdükləri, şəhidlər verdikləri bu torpağın murdar erməni ləkəsindən təmizlənmiş, paklanmış  halında, vəzifələrini şərəflə yerinə yetirdilər. 
Bütün çətin, təhlükəli hallarda, hər cür hava şəraitində Azərbaycan polisinin gecə-gündüz, ayıq-sayıq xalqımızın təhlükəsizliyinin etibarlı keşiyində olmasının sayəsində insanlarımız növbəti qış sınağından da heç bir problemlə üzləşmədən, sağ-salamat çıxdılar.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!