15 Sentyabr 2026 10:30
105
İQTİSADİYYAT
A- A+
Plastik "dalğalar": sağlamlığı udan təhlükə

Plastik "dalğalar": sağlamlığı udan təhlükə


Su hövzələrinin eşidilməyən fəryadı


Bir vaxtlar insan həyatını asanlaşdırmaq üçün plastik ixtira edilmişdi. Yüngül, ucuz və praktik olduğu üçün qısa müddətdə dünyanın hər yerinə yayıldı. Amma bu rahatlığın görünməyən tərəfi illər keçdikcə daha aydın üzə çıxmağa başladı: plastik yox olmur, sadəcə, parçalanır və təbiətin içində qalır. Bu gün okeanlar, dənizlər və çaylar bu problemin ən ağır yükünü daşıyan yerlərdən biridir.

Hər il dünyada təxminən 400 milyon ton plastik istehsal olunur və bunun böyük hissəsi yalnız bir dəfə istifadə edilib atılır. Araşdırmalara görə, hər il 8-11 milyon ton plastik tullantı okeanlara düşür. Bu, demək olar ki, hər dəqiqə bir zibil maşını dolusu plastik tullantının dənizə tökülməsi deməkdir. Əgər bu temp dəyişməzsə, 2050-ci ilə qədər okeanlarda balıqdan daha çox plastik olacağı ilə bağlı ciddi proqnozlar verilir.

Okeanlara düşən plastik, sadəcə, sahildə görünən butulka və paketlərdən ibarət deyil. Zamanla günəş və dalğaların təsiri ilə bu tullantılar mikroplastiklərə parçalanır. Ölçüsü 5 millimetrdən kiçik olan bu hissəciklər artıq suyun hər qatında, hətta ən dərin nöqtələrdə belə aşkarlanıb. Tədqiqatlar göstərir ki, mikroplastiklər dəniz canlılarının bədəninə daxil olur və qida zənciri vasitəsilə insanlara qədər gəlib çatır. Bu isə artıq həm də ciddi sağlamlıq məsələsidir.

Dəniz canlıları plastik çirklənmədən birbaşa zərər görür. Tısbağalar plastik paketləri meduza zənn edib udur, balinaların mədəsindən onlarla kilo plastik çıxarılır, quşlar isə qidalanma zamanı plastik hissəcikləri balalarına daşıyır. Bu vəziyyət onların aclıqdan ölməsinə və ya daxili orqanlarının zədələnməsinə səbəb olur. Bəzi məlumatlara görə, hər il yüz minlərlə dəniz məməlisi və milyonlarla quş plastik səbəbindən həyatını itirir. Yem axtaran quşları, balıqları plastikdən ifraz olunan maddənin iyi özünə çəkir və onların məhvinə səbəb olur.

Plastik çirklənmənin iqtisadi təsirləri də az deyil. Balıqçılıq sektoru zərər görür, turizm bölgələrində çirkli sahillər turistləri uzaqlaşdırır, dövlətlər isə təmizləmə işlərinə milyonlarla vəsait xərcləməli olur. Bu problem artıq yalnız ekoloqların deyil, iqtisadçıların və siyasətçilərin də gündəmindədir.

Ən narahatedici məqam isə odur ki, bu proses hələ də davam edir. Plastik istehsalı azalmaq əvəzinə bir çox ölkədə artır. Xüsusilə birdəfəlik istifadə olunan məhsullar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Halbuki alternativlər mövcuddur: təkrar istifadə olunan materiallar, bioloji parçalanan qablaşdırmalar və daha məsuliyyətli istehlak vərdişləri. 

Plastik çirklənmə artıq yalnız okean səthi ilə məhdudlaşmır. Son araşdırmalar göstərir ki, mikroplastik hissəciklər yağış sularında, torpaqda və hətta havada belə mövcuddur. Bu o deməkdir ki, insan bu problemi təkcə dəniz məhsulları vasitəsilə deyil, gündəlik nəfəs aldığı hava ilə də qəbul edir. Bəzi elmi nəticələrə görə, insanın həftə ərzində qəbul etdiyi mikroplastik miqdarı təxminən bir plastik kartın çəkisinə bərabər ola bilər. Bu fakt problemin miqyasını daha aydın göstərir.

Digər tərəfdən, inkişaf etməkdə olan ölkələrdə tullantıların düzgün idarə olunmaması vəziyyəti daha da ağırlaşdırır. Çaylar vasitəsilə okeanlara daşınan plastik tullantıların böyük hissəsi məhz bu regionlardan qaynaqlanır. İnfrastrukturun zəifliyi, maarifləndirmənin azlığı və ucuz plastik məhsullara yüksək tələbat bu prosesi sürətləndirir. Bu isə göstərir ki, problem yalnız fərdi deyil, həm də sistemli yanaşma tələb edir.

Bununla yanaşı, son illərdə bəzi müsbət addımlar da atılır. Bir çox ölkələr plastik paketlərin istifadəsini məhdudlaşdırır, böyük şirkətlər daha ekoloji qablaşdırmaya keçməyə çalışır, beynəlxalq təşkilatlar isə su hövzələrinin qorunması üçün proqramlar həyata keçirir. Amma bu addımlar hələ ki problemi aradan qaldırmağa kifayət etmir. Çünki istehlak vərdişləri dəyişmədikcə, istehsal da dəyişmir.

Əslində, bu məsələ hər bir insanın gündəlik seçimləri ilə birbaşa bağlıdır. Sadə görünən qərarlar - plastik butulka əvəzinə şüşə istifadə etmək, alış-verişdə torba götürmək, tullantıları çeşidləmək - uzunmüddətli perspektivdə böyük təsir yaradır. Bu, fərdi məsuliyyətlə qlobal problemin necə əlaqəli olduğunu göstərən ən aydın nümunələrdən biridir.

Gələcəyimiz insanın bugünkü seçimlərindən birbaşa asılıdır. Əgər hazırkı vəziyyət davam edərsə, gələcək nəsillər təmiz və canlı su hövzələrini yalnız kitablarda görə bilərlər. Amma istiqaməti dəyişmək hələ də mümkündür. Daha az plastik istifadə etmək, tullantıları düzgün idarə etmək və bu mövzuda maariflənmək kiçik addımlar kimi görünə bilər, amma milyonlarla insan eyni addımı atdıqda böyük dəyişiklik yaradar.

Okeanlara, dənizlərə yalnız su hövzəsi kimi yox, planetin həyat mənbəyi kimi baxmaq lazımdır. Onlar iqlimi tənzimləyir, oksigen istehsal edir və milyardlarla insanın dolanışığını təmin edir. Plastik çirklənmə isə bu tarazlığı pozur. Buna görə də təbiəti qorumaqla, əslində, öz gələcəyimizi də qorumuş oluruq.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün demokratiya təkcə seçki deyil, həm də insan hüquqlarının qorunması və söz azadlığı kimi dəyərləri ifadə edir

10:40
15 Sentyabr

ABŞ Milli Təhlükəsizlik Agentliyi geniş yenidənqurmaya başlayır

10:35
15 Sentyabr

Plastik "dalğalar": sağlamlığı udan təhlükə

10:30
15 Sentyabr

Güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

10:25
15 Sentyabr

Hacıqabulda yeni aqrar dövlət proqramının icrası müzakirə olunub

10:20
15 Sentyabr

Mingəçevirin işıqlı məzunları

10:15
15 Sentyabr

Neftçalada keçirilən tədbirdə aqrar məsələlər nəzərdən keçirilib

10:10
15 Sentyabr

Goranboyda aqrar sahədə dron texnologiyalarının tətbiqinə həsr edilmiş tədbir keçirilmişdir

10:05
15 Sentyabr

Hafiz Paşayev: Yaxşı vətəndaş ibtidai məktəbdən yetişməlidir

10:03
15 Sentyabr

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

10:01
15 Sentyabr

Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırıb

10:01
15 Sentyabr

Şəhid anası yeni evində ziyarət edilib

10:00
15 Sentyabr

Şəhid övladları Şuşa və Xankəndiyə səfər etmişlər

09:50
15 Sentyabr

Qızıldan kağıza, Trans-Xəzərdən "yaşıl enerji"yə

09:40
15 Sentyabr

Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

09:36
15 Sentyabr

Onur Beyhan: "Bir respublikanın doğuşundan strateji müstəqilliyə: Azərbaycanı anlamaq"

09:30
15 Sentyabr

İqlim dəyişikliyi yalnız ekoloji problem deyil

09:25
15 Sentyabr

Ölkəmizdə yeni tədris ili başlayır

09:20
15 Sentyabr

Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlir

09:10
15 Sentyabr

Bakının azadlığından Qarabağın azadlığına qədər...

09:00
15 Sentyabr

Çanaqqaladan Bakıya uzanan qardaşlıq yolu

08:50
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!