25 Sentyabr 2026 12:03
163
İQTİSADİYYAT
A- A+
Pensiyaların indeksasiya mexanizmində diferensial yanaşma təklif olunur  

Pensiyaların indeksasiya mexanizmində diferensial yanaşma təklif olunur  


Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilərək diferensial yanaşma təklif olunur. Ortaaylıq əməkhaqqına qədər olan pensiyalara, habələ minimum pensiya təminatına imkan verən pensiya kapitallarına indeksasiya faizi tam məbləğdə tətbiq edilməsi, daha yüksək məbləğlərə isə 0,2 və 0,5 əmsallarının tətbiq edilməsi müəyyən edilir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.

O bildirib ki, aylıq pensiya əlavəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir və dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Komitə sədri qeyd edib ki, yeni yanaşmanın əsas məqsədi qeyd edilən kateqoriyalara aid şəxslərin pensiya sisteminin təkmilləşdirilməsi, dayanıqlı sosial təminatla əhatə olunma, pensiya təyinatının daha sadə, şəffaf, elektron və sosial sığorta prinsiplərinə əsaslanan mexanizmə keçirilməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır  

12:41
25 Sentyabr

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

12:39
25 Sentyabr

Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi ehtiramla yad edildi  

12:38
25 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır  

12:37
25 Sentyabr

Yevlaxda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər verilib  

12:35
25 Sentyabr

Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib  

12:34
25 Sentyabr

Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır  

12:33
25 Sentyabr

Rusiyanın regionlarına dron hücumları nəticəsində ölən və yaralananlar var  

12:32
25 Sentyabr

Hərbi qulluqçuların əməkhaqqı sistemində hansı dəyişikliklər olacaq?  

12:32
25 Sentyabr

Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib  

12:22
25 Sentyabr

Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq  

12:21
25 Sentyabr

Roberto Karlosdan Ronaldo ilə bağlı iddialı sözlər: “Daha 10 il oynaya bilər”

12:15
25 Sentyabr

Kartla ödənişlər 9 milyard manata yaxınlaşdı

12:14
25 Sentyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

12:07
25 Sentyabr

2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına

12:05
25 Sentyabr

Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib  

12:04
25 Sentyabr

Pensiyaların indeksasiya mexanizmində diferensial yanaşma təklif olunur  

12:03
25 Sentyabr

Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib  

12:02
25 Sentyabr

Fiziki şəxslərin əmanətlərinin 71,2 faizi milli valyutadadır  

11:41
25 Sentyabr

Mikayıl Cabbarov: Kapital baxımından hədəfimiz tərəfdaşlarımızla riski bölüşməkdir  

11:40
25 Sentyabr

İqtisadiyyat naziri: Hədəfimiz bərpaolunan enerji potensialımızı ixraca çevirməkdir  

11:39
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!