25 Sentyabr 2026 12:38
167
CƏMİYYƏT
A- A+
Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi ehtiramla yad edildi  

Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi ehtiramla yad edildi  


Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin anım günü qeyd edilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Qəhrəmanın ailə üzvləri, şəhid ailələri, qazilər hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. 

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Abidə Kompleksində şəhidlərin xatirəsinə ucaldılmış lövhənin önünə gül dəstələri düzərək onları yad etmiş, ruhlarına dualar oxunmuşdur. Ağdam Muğam Mərkəzində  davam edən mərasim Dövlət himninin səsləndirilməsi ilə başlamış, Ümummilli Lider Heydər Əliyevin, Milli Qəhrəman Fazil Mehdiyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Milli Qəhrəmana həsr olunmuş sənədli film tədbir iştirakçılarına nümayiş etdirilmişdir. 

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov I Qarabağ müharibəsində  şücaət göstərmiş Milli Qəhrəman Fazil Mehdiyevin keçdiyi şərəfli döyüş yolundan, Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, qazilərə və Milli Qəhrəmanların ailə üzvlərinə göstərilən dövlət qayğısından söz açmış, Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsinin Ağdam ictimaiyyəti tərəfindən daim ehtiramla yad ediləcəyini qeyd etmişdir. 

Digər çıxış edən natiqlər Milli Qəhrəman Fazil Mehdiyevin Vətən qarşısındakı xidmətlərindən bəhs edərək onun qəhrəmanlığının Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirmişlər. Qeyd edilmişdir ki, şəhidlərin və Milli Qəhrəmanların həyat və döyüş yolunun təbliği gənc nəslin milli-mənəvi dəyərlərə və Vətənə bağlı ruhda formalaşmasında mühüm əhəmiyyət kəsb edir. 

Sonda Milli Qəhrəmanın qardaşı Azər Mehdiyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.


Lazım QULİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada 105 yaşlı keçmiş nasist keşikçisi istintaq altında  

13:17
25 Sentyabr

Azərbaycan Prezidenti: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır  

12:41
25 Sentyabr

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

12:39
25 Sentyabr

Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi ehtiramla yad edildi  

12:38
25 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır  

12:37
25 Sentyabr

Yevlaxda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər verilib  

12:35
25 Sentyabr

Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib  

12:34
25 Sentyabr

Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır  

12:33
25 Sentyabr

Rusiyanın regionlarına dron hücumları nəticəsində ölən və yaralananlar var  

12:32
25 Sentyabr

Hərbi qulluqçuların əməkhaqqı sistemində hansı dəyişikliklər olacaq?  

12:32
25 Sentyabr

Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib  

12:22
25 Sentyabr

Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq  

12:21
25 Sentyabr

Roberto Karlosdan Ronaldo ilə bağlı iddialı sözlər: “Daha 10 il oynaya bilər”

12:15
25 Sentyabr

Kartla ödənişlər 9 milyard manata yaxınlaşdı

12:14
25 Sentyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

12:07
25 Sentyabr

2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına

12:05
25 Sentyabr

Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib  

12:04
25 Sentyabr

Pensiyaların indeksasiya mexanizmində diferensial yanaşma təklif olunur  

12:03
25 Sentyabr

Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib  

12:02
25 Sentyabr

Fiziki şəxslərin əmanətlərinin 71,2 faizi milli valyutadadır  

11:41
25 Sentyabr

Mikayıl Cabbarov: Kapital baxımından hədəfimiz tərəfdaşlarımızla riski bölüşməkdir  

11:40
25 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!