05 Dekabr 2023 21:23
377
CƏMİYYƏT
A- A+
Penitensiar Xidmətdə qazilərlə görüş olub

Penitensiar Xidmətdə qazilərlə görüş olub

 

Dekabrın 5-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində Vətən müharibəsində yaralanmış qazilərlə görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Penitensiar Xidmətin rəisi Emin Kazımov çıxış edərək bildirib ki, tədbir Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdə şanlı tarix yazan oğullarımızın qəhrəmanlıqları barədə xatirələrini bölüşməsi, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, yaralanan qazilərimizə, hərbçilərimizə minnətdarlıq və ehtiramın ifadə olunması, onlara və ailələrinə dövlət qayğısının hiss etdirilməsi məqsədilə təşkil edilib. Ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə yüksək dövlət qayğısının göstərildiyini vurğulayan Emin Kazımov bildirib ki, bu sahədə görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir.

Mühafizə Taborunun rəisi Ramin Əsgərov çıxışında 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyin hər bir azərbaycanlının ən böyük arzusu olduğunu və həmin arzunun Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə reallaşdırdığını bildirib.

Tədbirdə çıxış edən “Naxçıvan qaziləri” İctimai birliyinin sədri Ceyhun Bayramov, “Naxçıvan qaziləri” İctimai birliyinin sədr müavini Əli Əlisoy və qazi Pərviz Muradov müharibə dövrü xatirələrindən bəhs edib, Vətən müharibəsi şəhidlərinin xatirəsinin yaşadılması, qazilərlə görüşlərin keçirilməsi istiqamətində görülən işlərin mənəvi dəstək olduğunu qeyd edərək belə təşəbbüskarlığa və vətənpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.

Xidmətin rəisi tərəfindən qazilərə tədbirdə iştirak etdikləri üçün minnətdarlıq ifadə edilib, onlara təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim edilib.

Sonra Zəfərə gedən yoldan bəhs edən “Komandirlər danışır” sənədli filmi izlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Fənərbaxça”nın legioneri əlinin böyüklüyü ilə diqqət çəkdi

13:32
15 Oktyabr

"Neftçi" bu 2 ildə Abasova nə qədər PUL QAZANDIRACAQ?

13:21
15 Oktyabr

Venesuela təzminat istəyir

13:09
15 Oktyabr

“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına

12:59
15 Oktyabr

Çin Rusiya ilə hərbi əlaqələri genişləndirməyə hazırdır

12:38
15 Oktyabr

500-ə yaxın əfqan əsgər Britaniyada yaşayacaq

12:36
15 Oktyabr

Gürcüstanın hakim partiyasından Borrellə cavab: Çox ədalətsiz bəyanatdır

12:30
15 Oktyabr

Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb

12:15
15 Oktyabr

Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib

12:10
15 Oktyabr

Gürcüstanda keçiriləcək seçkilərdə 13 azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq

12:10
15 Oktyabr

Milli futbol liqaları FIFA-nı məhkəməyə verib

12:01
15 Oktyabr

İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur

11:47
15 Oktyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın yardımını unutmayacaq

11:32
15 Oktyabr

Böyük Britaniya Gürcüstanla dialoqu dondurdu

11:30
15 Oktyabr

Qlobal dövlət borcu 100 trilyonu ötəcək

11:28
15 Oktyabr

Macarıstanın Baş naziri COP29-da iştirak edəcək

11:27
15 Oktyabr

Faktiki hava: Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb

11:26
15 Oktyabr

“Azərkosmos”un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib

11:24
15 Oktyabr

Dövlət Komitəsi insanları mina təhlükəsi ilə bağlı xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırıb

11:20
15 Oktyabr

Trampdan təklif: həmin gün ordudan istifadə edilməlidir

11:08
15 Oktyabr

COP29 ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında kimlər dayanır? – “EU Today”də məqalə

10:52
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!