19 May 2025 18:16
594
DÜNYA
A- A+
Pasiyentləri süni zəkanın müalicə etdiyi klinika istifadəyə verilib

Pasiyentləri süni zəkanın müalicə etdiyi klinika istifadəyə verilib

Səudiyyə Ərəbistanında dünyada ilk dəfə olaraq diaqnostika və pasiyentlərin müalicəsini süni zəkanın həyata keçirdiyi klinika fəaliyyətə başlayıb. Layihə Çin şirkəti “Synyi AI” tərəfindən yerli “Almoosa Health Group” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Süni zəka həkiminin ixtisaslaşdığı sahə tənəffüs yolları xəstəlikləridir. Onun diaqnostika və müalicə planının seçilməsində səhv ehtimalı 0,3 faizdən aşağıdır. Təcrübənin məqsədi tənzimləyici orqanlar üçün məlumat toplamaq və təxminən 1,5-2 il ərzində bu cür süni zəka həkimlərinin geniş şəkildə tətbiqinə keçid üçün zəmin yaratmaqdır.

Pasiyentlər simptomlarını planşet vasitəsilə təsvir edirlər. Daha sonra Dr. Hua adı verilmiş süni zəka dəqiqləşdirici suallar verir və tibbi assistentlər tərəfindən toplanmış EKQ və rentgen görüntüləri də daxil olmaqla təqdim olunmuş məlumatları təhlil edir. Bu məlumatlara əsaslanaraq süni zəka müalicə planı hazırlayır və bu plan daha sonra real həkim tərəfindən yoxlanılır və təsdiqlənir. Bu yanaşma süni zəkanın səmərəliliyini insan nəzarətinin etibarlılığı ilə birləşdirməyə imkan verir. Hazırda Dr. Hua təxminən 30 tənəffüs yolu xəstəliyinin, o cümlədən astma və faringitin diaqnostikası üzrə ixtisaslaşıb.

Növbəti 1 il ərzində diaqnostika edilən xəstəliklərin spektrinin 50-yə qədər genişləndirilməsi planlaşdırılır. Buraya həmçinin qastroenteroloji və dermatoloji vəziyyətlər də daxil ediləcək. Klinikanın xidmətləri hazırda pilot proqram çərçivəsində ödənişsiz təqdim olunur. Bu proqram Səudiyyə Ərəbistanının tənzimləyici orqanlarından gələcəkdə rəsmi təsdiq almaq məqsədilə məlumat toplanmasına yönəlib. Dr. Hua süni zəka sistemi regionun tibbi terminologiyasına, dillərinə və mədəni xüsusiyyətlərinə uyğunlaşdırılmış lokallaşdırılmış dil modelləri əsasında qurulub. Bu, pasientlərlə daha dəqiq və uyğun qarşılıqlı əlaqəni təmin edir. Daxili sınaqlar diaqnostikada 0,3 faizdən az səhv payı ilə yüksək dəqiqlik göstərib.

Səudiyyə Ərəbistanı səhiyyə sahəsində innovativ texnologiyaların tətbiqini fəal şəkildə dəstəkləyir. Ölkədə rəqəmsal həllərin, o cümlədən süni zəkanın, 3D çapın və biotexnologiyaların sınaqdan keçirilməsi üçün “tənzimləyici sandbox” adlı xüsusi mühit yaradılıb. “Synyi AI” şirkəti toplanmış məlumatlardan istifadə edərək, növbəti 18 ay ərzində bu cür süni zəka həkimlərinin geniş miqyasda tətbiqi üçün hökumətdən tam təsdiq almağı planlaşdırır. Süni zəkanın ilkin tibbi yardıma inteqrasiyası səhiyyə sisteminə düşən yükü, xüsusilə ixtisaslı həkim çatışmazlığı olan bölgələrdə, əhəmiyyətli dərəcədə azalda bilər. Lakin hüquqi məsuliyyət, şəxsi məlumatların qorunması və pasientlərin süni zəkaya olan etibarı ilə bağlı məsələlər hələ də açıq qalır.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!