28 Noyabr 2023 10:30
450
SİYASƏT
A- A+
Paşinyanın yeni korrupsiya fırıldağı

Paşinyanın yeni korrupsiya fırıldağı

 

Ölkə problemlər içərisindədir, baş nazir isə 2 milyon dollarlıq saat taxır

 

Məğlub Ermənistanı idarə edən şəxslər ölkədə korrupsiya və rüşvət sistemini daim genişləndirmələri ilə də seçilirlər. Bu xüsusda erməni mediasında kifayət qədər maraqlı məlumatlar yer alıb və indiki baş nazir Nikol Paşinyanın əməllərinə xüsusi diqqət yetirilir. Məsələn,  qeyd olunur ki, 5 il bundan əvvəl heç nəyi olmayan Nikol Paşinyan və ailəsi ötən müddət ərzində Ermənistanda ən varlı insanlara çevriliblər.
Postmüharibə dövründə əhalinin gəlirlərinin azalmasına, iş yerlərində ixtisarlara və müəssisələrin bağlanmasına baxmayaraq, bu, baş nazirin rifahına təsir etməyib. 
"4rd.am" nəşri yazır ki, Rusiyaya qarşı çıxaraq Qərbin kölgəsində gizlənən Paşinyanın ölkənin ən kasıb baş naziri sayıldığı günlər keçdi. 2018-ci ilin yazında o, Ermənistanın yüksək vəzifəli rəsmilərinin etika komitəsinə bir bəyannamə təqdim edib - bir il üçün qazancı təqribən 16 min dollardır, eyni zamanda bu məbləğin 12 min dolları deputat maaşı hesab olunur: "Məlum oldu ki, Paşinyan və həyat yoldaşının xarici aktivləri, bank hesabları və ya qiymətli kağızları yoxdur. Bununla yanaşı, Ermənistan hökumətinin başçısı heç bir daşınmaz əmlaka sahib deyil. Ermənistanın birinci xanımı Anna Hakopyanın 2018-ci ilin əvvəlində vergi  vəsaiti 1000 dollar təşkil edib və ilin sonuna qədər bu məbləğ dəyişməyib".
Qeyd olunur ki, bir vaxtlar "korrupsiyaya bulaşsam, Ermənistan vətəndaşlarını məni meydanda asmağa çağırıram", - deyən Paşinyanın ailəsinin ABŞ-də malikanə alması ilə bağlı məlumatlar yayılıb: "Baş nazirin tərəfdarları bunun qarayaxma kampaniyası olduğunu deyirlər. Lakin biz də Ermənistandakı korrupsiya və yoxsulluğa qarşı mübarizə aparan Nikol Paşinyanın taxdığı 2 milyon dollara "Patek Phillippe" saatının fotosuna baxaraq gözlərimizə inanırıq". 
Son günlərdə diqqət mərkəzində olan məsələlərdən biri də Paşinyanın komandasının dövlət büdcəsinə mütəmadi olaraq vurduğu ziyandır. Belə ki, yeni yaradılmış Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan vəzifəyə gəldikdən sonra mütəmadi olaraq layihələrini təsdiq üçün hökumətə təqdim edir.
Qeyd edilib ki, bununla Qriqoryan büdcədən yalnız xidmət işçiləri üçün və ya xidmətin ehtiyaclarını ödəmək üçün əlavə pul tələb edir. Məsələn, Xarici Kəşfiyyat Xidməti sahəsində təcrübəsi sıfır olan Qriqoryan dərhal hökumətin təsdiqinə təqdim edilən layihələrdən birincisi ilə tələb edib ki, xidmət işçilərinin mükafatlandırma fondu artırılsın. Hətta əsaslandırmayıb ki, hansı nəticəyə görə xidmət işçilərinə belə bir imtiyaz verilməlidir? Onun tələbi yerinə yetirilib və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının mükafatı maaşın 10 faizi həcmində deyil, daha çox olacaq. Lakin Qriqoryan bununla kifayətlənməyib və hökumətin noyabrın 23-də keçirilən iclasının açıqlanmayan məsələlərindən biri ilə yenidən pul, bu dəfə hökumətin ehtiyat fondundan 8,5 milyon dram tələb edib. Layihəyə əsasən, Xarici Kəşfiyyat Xidmətinin cari fəaliyyətini təmin etmək məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmayan və prioritet hesab edilən xərclərin maliyyələşdirilməsi üçün həmin məbləğə ehtiyac var. Yenə də bunların hansı prioritet xərclər olduğu layihədə qeyd olunmayıb.
Bunların fonunda bütün sferalarda yaranan və gündən-günə dərinləşməkdə olan problemlərdən yaxın perspektivdə xilas üçün əhalidə heç bir ümid yoxdur. Bunu şərtləndirən əsas səbəblərdən biri kimi, baş nazir seçildikdən sonra verdiyi bütün vədlərə əməl etməyən Nikol Paşinyan iqtidarının konkret plan və proqramlara malik olmamasıdır. Digər səbəbi isə hakimiyyətdə yer alan bəzi vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə edərək, korrupsiya və rüşvətxorluqla məşğul olmalarıdır. 

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!