04 İyul 2025 09:10
554
SİYASƏT
A- A+
Paşinyandan kilsəyə növbəti zərbə: “Bütün ermənilərin katolikosu seçkisi olmalıdır"

Paşinyandan kilsəyə növbəti zərbə: “Bütün ermənilərin katolikosu seçkisi olmalıdır"


Ermənistanda sosial narazılıqlardan istifadə edən keçmiş hərbi xuntanın revanş istəkləri puç olub. Belə ki, Sarkisyan-Koçaryan tandemi bir qədər əvvəl kilsəni də siyasi proseslərə cəlb edərək ölkədəki xaosu dərinləşdirməyə cəhd göstərsələr də, istəklərinə nail ola bilmədilər.  Baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsini (EAK) "təsir agenti" adlandırıb və söz vermişdi ki, yaxın aylarda bununla məşğul olacaq. Paşinyan deyib ki, erməni ruhanilər Bizans dönəmində təsir agentləri olduqları kimi, indi də bu yolu tutublar.  

Baş nazir yaxın günlərdə sosial şəbəkədəki paylaşımı ilə ölkə ictimaiyyətində yeni bir siyasi müzakirənin başlanmasına səbəb olub. Belə ki, "Feysbuk" hesabında "Fövqəladə seçkilər mütləq keçirilməlidir. Amma bu, bütün ermənilərin katolikosu seçkisi olmalıdır" deyə bəyan edib. Bu açıqlama Ermənistanın dini rəhbəri, Eçmiədzin məbədi və Apostol Kilsəsinin başçısı olan Katolikos II Qareginə qarşı yönəlmiş ən sərt və açıq çağırışlardan biri kimi qiymətləndirilir.

Paşinyan artıq bir müddətdir ki, kilsə rəhbərliyini dövlət işlərinə müdaxilədə və siyasi dairələrlə gizli əməkdaşlıqda ittiham edir. Onun fikrincə, Ermənistan Apostol Kilsəsi, xüsusən də hazırkı katolikos, cəmiyyətin demokratik inkişafına mane olur və keçmiş hakimiyyətlərlə sıx əlaqədə qalmaqda davam edir.

Ekspertlər bildirirlər ki, Paşinyan bu bəyanatı xalqla kilsə arasındakı münasibətləri sarsıtmaq məqsədilə verib. Xüsusilə gənc nəslin kilsəyə olan münasibətindəki dəyişiklik və dinin siyasi nüfuzunun azalması fonunda bu cür çağırışlar cəmiyyətdə müəyyən dəstək də qazana bilər. 

Xatırladaq ki, Paşinyan hökuməti kilsə başçısına qarşı mübarizəsini Qareginin mühafizəçilərinin dövlətdən maliyyələşdirilməsini dayandırmaqla başlamışdı. Bundan sonra proses kilsənin fırıldaqla məşğul olması, dələduzluğu, 12 milyon dollar məbləğində ianənin mənimsənilməsi, Qareginin hökumətə qarşı çıxışları ilə davam edib.

Bir neçə il bundan öncə  Eçmiədzin rayonunda bir qrup vətəndaş istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum etmişdi.  "Yeni Ermənistan, yeni patriarx" devizi ilə başlayan aksiyanın iştirakçıları II Qareginin kilsəyə layiq olmadığını demişdilər. Aksiya iştirakçılarının iddialarına görə, o, agentdir və xalqın xeyrini zərrə qədər də düşünmür. Ali patriarx "məxməri" inqilaba qədər ölkəni idarə edən cinayətkar rejimə satılmaqda ittiham olunmuşdu.

Ermənistanın "Hraparak" nəşri yazıb ki, artıq bir neçə gündür ki, Paşinyanın partiyasında "1 nömrəli vəziyyət" elan olunub, böyükdən kiçiyə hamı Baqrat Srbazanın "çevriliş planı"nı tənqid etməyə, Samvel Karapetyanın və Acapahyanın həbsini bu zəncirə daxil etməyə borcludur. Nəşr qeyd edib ki, bu qrupu qorumağa çalışacaq şəxslərin hamısını da həmin zəncirə daxil edirlər. Müəllif vurğulayıb ki, Paşinyan özünə qarşı konsensus formalaşdığını başa düşüb, nə kilsəyə qarşı kampaniyanı, nə də Samvel Karapetyanın və keşişlərin həbsini həzm edir: "İyulun 4-də Karapetyanın müdafiəsi üçün keçiriləcək yürüş onu ümumilikdə şoka salıb, çünki müxtəlif siyasi qüvvələr, hətta Paşinyanın keçmiş komanda yoldaşları da iştirak edəcəklər. Ötən gün Hayk Mamicanyan Ermənistan Respublikaçılar Partiyasının yürüşdə iştirak edəcəyini bəyan edərək, kilsənin müdafiəsi ilə məşğul olanların hamısının yanında olacaqlarını bildirib". 

O da qeyd olunub ki, Ermənistan hakimiyyətinə yaxın bir sayt "Müxalifətin çevriliş planı" başlıqlı yazı yayımlayıb və bildirib ki, guya "müxalifət daxilindəki etibarlı mənbələr"dən bir neçə səhifəlik sənəd əldə edib. Həmin sənəddə iyul-avqust aylarında Ermənistanda çevriliş həyata keçirmək planının cızıldığı iddia olunur. Cəmiyyət "Vətəndaş Müqaviləsi" partiyasına öz seçicilərini uzunqulaq yerinə qoyduğu üçün istehza ilə yanaşarkən, Baş Prokurorluq bu yazını araşdırılması üçün İstintaq Komitəsinə göndərib.

"Çevriliş planı"nda müəyyən hərəkətlər təsvir olunub, amma zorakılıq elementləri yoxdur. Yazıda konkret adlar çəkilir, məsələn, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan, həmçinin həbsdə olan Samvel Karapetyan, Qaqik Tsarukyan və Samvel Aleksanyan qeyd olunublar. 

Erməni politoloq Vladimir Martirosyan "Feysbuk" səhifəsində yazıb ki, Paşinyan hakimiyyəti saxlamaq üçün zorakılıqdan başqa bütün məntiq, üsul və vasitələri tükəndirib. Qeyd edib ki, Baqrat Srbazan, Mikayel Srbazan və Samvel Karapetyanın ictimai, siyasi və ideoloji mövqeləri bu hakimiyyət üçün, hətta ucadan və birbaşa bəyan etməsələr də, üzvi şəkildə təhlükəli idi, çünki onlarda qismən həyata keçirilən, həyata keçirilməkdə olan və hələ də tətbiq olunmamış potensial var idi: "Hakimiyyət üçün həmin təhlükə bu vəzifələrdə fəaliyyət göstərən bütün siyasi partiyalarda, qruplarda, şəxslərdə də var".

Hər halda proseslərin gedişi Hayastanı qarşıdakı dövrdə daha çətin günlərin gözlədiyini göstərir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!