Paşinyana qarşı impiçment proseduruna başlamaq üçün 54 səs lazımdır
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı impiçment proseduruna başlamaq və posta öz namizədini irəli sürmək üçün müxalifətə azı 54 səs toplamaq lazımdır. “Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Hazırda müxalifətdən olan “Hayastan” və “Şərəfim var” fraksiyalarını Ermənistan Milli Məclisində 35 deputat təmsil edir. Müxalifət daha 19 deputatın dəstəyini almalıdır.
Hazırda Ermənistan ərazisində Azərbaycanla sərhədin delimitasiyasına başlanması ilə bağlı etiraz aksiyaları keçirilir. Etirazçılar Paşinyanın istefasını tələb edirlər.
Yerli media xəbər verir ki, “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan parlamentin müxalifət qüvvələrinin baş nazirə etimadsızlıq səsverməsi prosesinin başlanması ilə bağlı gündəlik üzərində işləməyə hazır olduqlarını bildirib.
“Konkret proseslə bağlı müəyyən prosedur məsələləri var ki, onların bəziləri bizim tərəfimizdən müəyyən edilmir. Prosesi başa çatdırmaq üçün hakim “Vətəndaş müqaviləsi” fraksiyasından bir sıra deputatların iştirakını təmin etmək lazım gələcək”, - o qeyd edib.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub
20 May
Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
20 May
Bakıda TDT çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinə həsr edilmiş tədbir təşkil olunub ...
20 May
BMT-nin Baş katibi İran Prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib ...
20 May
Latviya Seyminin sədri: Azərbaycan-Ermənistan sülh danışıqlarının uğurla yekunlaşacağına inanırıq ...
20 May
AQTİ-də keytrinq şirkətlərinin və otellərin əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlim keçirilib...
20 May
Suriyadan Azərbaycana qaytarılmış daha 8 vətəndaşımızla bağlı sosial reabilitasiya tədbirlərinə başl...
20 May
Qafqaz Müsəlmanları İdarəsinin sədri İranın Ali Rəhbərinə başsağlığı verib
20 May
Qarabağ Universitetinə rektor təyin olunub
20 May
Mərkəzi Bank yeni 1 qəpiklik metal pul nişanını tədavülə buraxıb
20 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!