29 Mart 2024 09:45
284
SİYASƏT
A- A+

Paşinyan separatçıları hədələdi

 

Keçmiş hərbi xunta isə "mühacir hökumət" şousu ilə hakimiyyəti təhdid edir

 

Hayastanda revanşist qüvvələr sülh müqaviləsinin imzalanması prosesinin baş tutmaması üçün məkrli niyyətlərini aşkarda nümayiş etdirirlər. Amma buna əngəl olmaq üçün nə daxili, nə də xarici dəstəyə malik olduqlarını da çox yaxşı başa düşürlər. Çünki etiraz aksiyalarından yararlanmağa çalışan, ölkədə nüfuzunu itirən keçmiş hərbi xunta nümayəndələrinin sərsəmləmələrinə xalq heç önəm belə vermir.
İndi separatçı-revanşist ünsürlər yeni "mühacir hökumət" şousuna başlayıblar. Belə ki, separatçı rejimin sonuncu lideri Samvel Şahramanyanın "Artsax" hökumətinin İrəvanda məhkəmə, qanunvericilik strukturlarının ofisləri yerləşdiyini qeyd edib: "Parlament üzvləri səs vermək üçün buraya toplaşa bilərlər. Oktyabrda mən fərman imzaladım ki, bütün hökumət nazirləri könüllülük əsasında öz vəzifələrində qalsınlar".
Hayastanın baş naziri Nikol Paşinyan isə hökumətin iclasında deyib ki, Qarabağdan köçmüş bəzi qruplar istər-istəməz Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradan hərəkət və addımlar atırlar, bəzi hökumətləri mühacirətdə elan edirlər: "Ehtiyac olarsa, müvafiq addımlar atılmalı və müvafiq tədbirlər görülməlidir ki, xarici qüvvələr müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmasınlar. İstər-istəməz cavab vermək lazımdır. O mesajlarla çıxış edənlərin məsuliyyətlə hərəkət etmək imkanı var idi və biz onların bu fürsətlə nə etdiklərini gördük. Bu cür hərəkətlər hökumət tərəfindən reaksiyasız qala bilməz". 
Xatırladaq ki, İrəvanda separatçıların ofisi indiyədək bağlanmayıb. Bunun üçün qərar ən yüksək səviyyədə - baş nazir tərəfindən verilməlidir. S.Şahramanyan başda olmaqla bütün separatçılar bu il yanvarın 1-dən İrəvandakı fəaliyyətlərini dayandırmalı idilər. 
Unutmayaq ki, separatçı Şahramanyanın yenidən "dil" açması özünün ağlının və iradəsinin məhsulu sayıla bilməz. Bu işin arxasında keçmiş hərbi xunta başçılarının olduğu sirr deyil. Elə Koçaryan və Sarkisyan kimi müharibə cinayətkarlarının hakimiyyətləri dövründən yığılıb qalmış ağır problemlər hazırkı hakimiyyəti çətin vəziyyətdə qoyub. Əslində, revanşist qüvvələr çox yaxşı başa düşürlər ki, böyük siyasətə qayıtmaq üçün heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövrünü unutmayıb. Sarkisyan-Koçaryan koalisiyası hakimiyyətə gəlmək üçün xaricdən, indiki halda Rusiyadan da yardım alacağına ümid bəsləyir. 
"4rd.am" nəşri yazır ki, Hayastanda hakimiyyət çevrilişi istisna olunmur: "Məlumata görə, danışıqlar prosesi ilə paralel olaraq müxtəlif platformalarda başqa diqqətçəkən müzakirələr də aparılır. Diplomatik mənbələrdən alınan məlumatlara görə, mümkün Hayastan-Azərbaycan razılaşmasının maraqlı mərkəzləri, xüsusən də Qərb sənədin imzalanmasından sonra Nikol Paşinyanın hakimiyyətdə qalması məsələsinin çox ciddi problemə çevrilə biləcəyini anlayaraq, bu günlərdə alternativ, "ehtiyat" variantının müzakirəsi ilə bağlı fəallıq nümayiş etdirirlər. Həmin mərkəzlər başa düşürlər ki, müqavilə imzalanandan sonra Paşinyanı hakimiyyətdə saxlamaq nəinki qeyri-mümkün olar, həm də məqsədəuyğun olmaya bilər. Buna görə də onlar "B planı" tapmağa çalışırlar".
Bunlar Hayastanın üzləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir və ölkənin indi daha böyük sürətlə öz məhvinə doğru sürükləndiyini göstərir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video