30 May 2025 09:00
455
SİYASƏT
A- A+
Paşinyan Qərbin sifarişlərini yerinə yetirir

Paşinyan Qərbin sifarişlərini yerinə yetirir


Ermənistanın baş naziri Nikol Paşinyan populist çıxışlarına davam edir. Manipulyasiyalarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışan, guya sülh tərəfdarı olduğunu və bu istiqamətdə "səy" göstərdiyini nümayiş etdirən baş nazir, əslində, xalqının hazır olmadığı sülhə, referenduma təsir edə bilmədiyini görür. Ona görə də belə çıxışlarda yenidən "sülh göyərçini"nə çevrilir.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin qəbul etməli olduğu yeni siyasət və prioritetləri təsvir edir. O, əvvəlki illərdəkindən fərqli olaraq görünməmiş istiqamətlər ortaya qoymağa çalışır. "Paşinyan sülh gündəliyi üzrə Azərbaycanın tələb və şərtlərindəki bəzi məsələləri Ermənistan ictimaiyyəti üçün strukturlaşdırır. Lakin bunun situativ olduğu, Ermənistanın hər fürsətdə Azərbaycana qarşı revanş götürməsi ehtimalları rəsmi Bakını son dərəcə güclü xarici və müdafiə siyasətini izləməyə məcbur edir. Bu baxımdan Paşinyanın çıxışları və sülh tezisləri onun daxili vəziyyəti, regional və beynəlxalq situasiyalarla Azərbaycanın gündəmi arasında tərəddüdlər kimi şərh oluna bilər", - deyə ekspert bildirib. 

O qeyd edib ki, Azərbaycan bu tərəddüdləri öz maraqlarına uyğun şəkildə yönləndirir. Paşinyanın bu məsələni Ermənistana dəstək olan dövlətlərin ambisiyalarına inteqrasiya etmək istəməsi bu ölkə üçün təhlükəli perspektiv yaradır. Paşinyan bunu bildiyindən Azərbaycanın sülh proqramındakı ştrixlərinə yaxın mövqelər səsləndirir. Digər tərəfdən isə baş nazir ölkədaxili hərəkatla üzləşmək, hakimiyyətinə təhlükələr yaranması risklərinə qarşı gediş edir. Bu gedişdə Paşinyanın öz hakimiyyətinin qorunması üçün Azərbaycandan təminatlar almaq istəkləri yer tuta bilər. Ehtimal ki, o, bu istəklərini Azərbaycandan verilən sülh və təhlükəsizlik siqnalları ilə sinxronlaşdıran məqama diqqət yetirir. 

A.Kərimov vurğulayıb ki, hələlik Paşinyanın hakimiyyətdə olması Azərbaycan üçün məqbuldur: "Ancaq Azərbaycan sürprizlərə qarşı da strategiyasını formalaşdırır. Bu o deməkdir ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, yeni iqtidar Azərbaycanın qələbəsini geri oxuda bilməyəcək. Azərbaycan bunun hüquqi bazalarını Paşinyan hakimiyyəti vaxtında formalaşdırır. Beləliklə, Azərbaycan Ermənistanın siyasi və təhlükəsizlik sektorlarına nüfuz edərək qəfil proseslərdəki manevr imkanlarını artırmış olur".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!