18 Yanvar 2025 08:40
436
SİYASƏT
A- A+
Paşinyan ikibaşlı oyun oynayır

Paşinyan ikibaşlı oyun oynayır


Amma unudur ki, bu ona baha başa gələ bilər


2020-ci ildə Azərbaycan  44 günlük Vətən müharibəsində Ermənistana qalib gəldi, onun silahlı qüvvələrini darmadağın etdi və qarşımızda diz çökdürdü. Qazanılan Zəfər nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Döyüşlərdə məğlub olan Ermənistan  kapitulyasiya aktını imzalamağa məcbur oldu. 10 noyabr 2020-ci il üçtərəfli razılaşma əsasında Ermənistan üzərinə bir sıra öhdəliklər götürdü. 

Dünyada həmişə xoşməramlı təşəbbüslərlə çıxış edən Azərbaycan qalib dövlət kimi yenə də humanist addım ataraq sülh danışıqlarının aparılması üçün Ermənistana 5 baza prinsipi təqdim etdi. Bu prinsiplər beynəlxalq hüquq normalarına və dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının beynəlxalq təcrübəsinə əsaslanırdı. Məğlub durumda olan Ermənistan ilkin mərhələdə bu baza prinsiplərini məqbul saydı. Amma bir müddətdən sonra rəsmi İrəvan fikrini dəyişərək əvvəlki mövqeyindən geri çəkildi. Onu himayə edən Qərb ölkələrinin diktəsi ilə oturub-duraraq müxtəlif bəhanələr uydura-uydura yanlış addımlar atmağa başladı. Bu addımlar isə sülhə, əmin-amanlığa xidmət etmirdi. Ermənistan bu prinsiplərdən yayınmaqla danışıqlar prosesini sonsuzluğa qədər uzatmağa çalışır. Rəsmi İrəvan bununla regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına bir çox maneələr yaradır. 

Ermənistan danışıqlar prosesini uzatmaqla öz xalqına deyil, Qərb ölkələrinin və digər qüvvələrin maraqlarına xidmət edir. Sülhdən dəm vuran Ermənistan başda Fransa olmaqla həm Qərb ölkələrindən, həm də Hindistandan müxtəlif təyinatlı silahlar alır. Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş silahlı qüvvələrini bərpa etməyə çalışır. Bir əli ilə silah alır, bir əlini də özünü sülh müqaviləsinə imza atmaq istəyir kimi uzadır. Sual olunur ki, əgər Ermənistan sülh müqaviləsinin şərtləri ilə razıdırsa,  onda niyə Qərb ölkələrindən silah alır? Yəqin ki, gizli maraqlar güdən Ermənistan yaranmış bu imkandan öz xeyrinə istifadə etməyə çalışır. Tərəfdarlarından həm maddi yardım, həm silah qoparmaq istəyir. Əsas məqsədləri də hansı yolla olursa-olsun, danışıqlar prosesini uzatmaq və hansısa bir "möcüzə"nin baş verəcəyini gözləməkdir. Təbiidir ki, möcüzələr də həmişə baş vermir. Baş verən proseslərin gedişi onu da aydın şəkildə göstərir ki, bu gün Ermənistan "naz" edib razılaşmadığı şərtlərə görə bir zaman Azərbaycana yalvarmalı olacaq. Nəhayət, Ermənistan ağlını başına yığıb dərk etməlidir ki, Azərbaycanla sülh müqaviləsi imzalamalıdır, onun bundan başqa yolu yoxdur. Bunu yaşadığımız bugünkü reallıq tələb edir, sülhə, əmin-amanlığa gedən bu yoldan kənara qaçmaq mümkün deyil.

Sülh müqaviləsi ilə bağlı Ermənistan hökuməti qarşısında qoyulan şərtlərdən biri də ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət olunmasıdır. Çünki bu təşkilat beşinci ildir ki, fəaliyyət göstərmir. Fəaliyyət göstərdiyi dövrlərdə də Qarabağda heç vaxt sülhə nail ola bilmədi. Artıq Azərbaycan Qarabağ məsələsini öz gücü ilə həll edib. Buna görə də belə bir təşkilatın qalmasına lüzum yoxdur və təcili olaraq ləğv olunmalıdır. Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədəki paylaşımında bildirib ki, hökumət bu məsələni ciddi şəkildə araşdırır. "Biz anlayırıq ki, əgər münaqişə mövcud deyilsə, bu münaqişənin həlli ilə məşğul olan formatın varlığının mənası nədir? Ancaq biz həmçinin əmin olmaq istəyirik ki, Azərbaycan bu yanaşma ilə hərəkət edir və onun "Qərbi Azərbaycan" termini kimi anlayışları inkişaf etdirmək cəhdləri Ermənistanın ərazi bütövlüyünə qarşı təcavüzkar siyasətin bir hissəsi deyil". Mətbuat katibi daha sonra qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam və birmənalı şəkildə tanıyır və bunu sülh müqaviləsi imzalamaqla bir daha təsdiq etməyə hazırdır. Erməni siyasətçiləri bu fikirləri yalnız dildə deyirlər, əməli işə gələndə isə müxtəlif bəhanələr uydurub masaya oturmurlar və beləliklə, siyasi oyunbazlıq yolu tutublar. 

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci ildə 44 günlük Vətən müharibəsindən dərhal sonra bu qurumun ləğvi məsələsini qaldırmış, bunu Azərbaycanın tələbinə çevirmiş və Ermənistana sülh müqaviləsinin şərtlərindən biri kimi irəli sürmüşdür. Bu addımı atmaqda əsas məqsəd Cənubi Qafqaza və Azərbaycan-Ermənistan arasında gedən proseslərə kənar aktorları, xüsusilə də açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirən Fransanı və ABŞ-ni buraxmamaq idi. 

Sülh müqaviləsinin imzalanmasına maneçilik törədən şərtlərdən biri də Ermənistan konstitusiyasında zəruri dəyişikliklərin edilməsidir. Ermənistan dildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, amma konstitusiyasında ölkəmizin ərazilərinə iddialarını saxlayır. Xatırladaq ki, 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyası "Ermənistanın Müstəqilliyi haqqında Bəyannamə"ni qəbul edib. Ermənistanın siyasi, iqtisadi və mədəni inkişaf yollarını göstərən bu bəyannamənin preambulasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İcraiyyə Komitəsinin "Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında" 1989-cu il 1 dekabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi bazası müəyyənləşdirilmişdi. 

Bu gün Ermənistan müəyyən fikirlər səsləndirərək özünü sülh danışıqlarına gedən kimi göstərmək istəyir. Amma səsləndirilən bu fikirlər ölkənin konstitusiyasına uyğun gəlmir. Ermənistan sülh istəyirsə, əvvəlcə konstitusiyasına düzəliş etməlidir. Baş nazir Nikol Paşinyan müraciətlərinin birində deyib ki, Ermənistan konstitusiyası Müstəqillik Bəyannaməsinə yalnız qismən istinad edir. Azərbaycan isə bu qismən olan istinadı rədd edir. Onu ərazi bütovlüyünə iddia kimi qəbul edir və bunu Ermənistanla arasında sülh bağlanmasına maneə kimi görür.

Ermənistan hakimiyyəti digər tərəfdən, orduda islahatlar aparır, müntəzəm olaraq silahlanır. Hindistandan, Fransadan, eləcə də başqa Qərb ölkələrindən silah alıb ölkəsinə gətirir. Düşmən ölkənin hərbləşməyə doğru getdiyi açıq şəkildə görünür. Göründüyü kimi, Paşinyan ənənəsinə sadiq qalaraq yenə də ikibaşlı oyun oynayır. Amma unudur ki, oynamağın vaxtı çoxdan keçib. Artıq bu qədər yetər. İndi Azərbaycanla sülh müqaviləsi imzalamaqdan ötrü Ermənistanın real addımlar atmağının zamanı gəlib. Azərbaycan həmişə sülhün tərəfdarı kimi çıxış edib, bu gün də ona sadiqdir, sözünün arxasında dayanır. Ermənistan özünün əsassız iddialarından əl çəkməli və beynəlxalq hüquqa söykənən sülhə imza atmalıdır. Əks halda, rəsmi İrəvan xoşagəlməz nəticələrlə üz-üzə qalacaq. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!