07 İyul 2023 10:00
415
İQTİSADİYYAT
A- A+
"Paşa Holdinq"in dəstəyi ilə Göygöldə daha bir layihə reallaşmışdır

"Paşa Holdinq"in dəstəyi ilə Göygöldə daha bir layihə reallaşmışdır

 

10 qadın fermerə müxtəlif təyinatlı avadanlıqlar verilmişdir

 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Paşa Holdinq"in dəstəyi ilə həyata keçirilən "Aqrar fəaliyyətli Azərbaycan qadınları" (AFAQ) və "Şəhərdən kəndə" layihələri çərçivəsində Göygöl rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən  bir qrup fermerə dəstək verilmişdir.
Layihələrin təqdimatı ilə bağlı rayonun Şəhriyar kəndində yerləşən Aqroturizm təsərrüfatında görüş keçirilmişdir. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev və fermerlərin iştirak etdikləri tədbirdə fermer İftixar Hüseynovun təsərrüfatı haqqında ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, təsərrüfat, əsasən, aqroturizm, bağçılıq və quşçuluq, eləcə də bostançılıq üzrə fəaliyyət göstərir. Təsərrüfatın sahəsində göl də mövcuddur. "Şəhərdən kəndə" layihəsi çərçivəsində yenidənqurma işlərinin aparıldığı təsərrüfatda uşaq meydançası yaradılmış, təndir və ev quşları saxlamaq üçün hin inşa edilmişdir. Xidmət səviyyəsinin artırılması məqsədi ilə təsərrüfat bir sıra avadanlıq və ləvazimatlarla (manqal, oturacaqlar, lövhələr və s.) təmin olunmuşdur.
Tədbirdə 10 qadın fermerə əvvəlcədən aparılan sorğu əsasında AFAQ layihəsi çərçivəsində  avadanlıqlar verilmişdir. Qırıqlı, Mollacəlilli, Çaylı, Quşqara, Çaykənd, Nadel və Yeni Zod kəndlərindən olan xanım fermerlər yemüyüdən avadanlıq, arı yeşikləri, südsağan aparat, südçəkən maşın və balsüzənlə təmin olunmuşlar.
Onu da bildirək ki, layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 221 təsərrüfat sahibi iştirak etmişdir. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçmişdir. Baxış keçirilən 177 fermer təsərrüfatından 130-u aqroturizm fəaliyyəti üçün uyğun hesab edilmişdir.
Məlumat üçün bildirək ki, AFAQ layihəsi qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına xidmət edir. Bu günədək layihəyə 1310-a yaxın müraciət daxil olmuş, layihə kriteriyalarına cavab verən 234 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılmışdır. Layihənin tələblərinə cavab verən ümumilikdə 161 təsərrüfat sahibinə müvafiq avadanlıqlar və aktivlərlə dəstək verilmişdir. Layihə çərçivəsində 218 qadın fermer nəzəri və praktik təlimlərdə iştirak etmişdir.

Sabir ƏLİYEV,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!