19 Yanvar 2026 15:05
1098
PARLAMENT
A- A+
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib 

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib 


Yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Əli Hüseynli iclasın gündəliyinə ümumilikdə 5 məsələnin daxil edildiyini deyib. Bildirib ki, bunlara ötən payız sessiyası dövründə görülmüş işlər barədə hesabat, qarşıdakı yaz sessiyası üçün iş planı, həmçinin 3 qanun layihəsinin müzakirəsi daxildir.

Əli Hüseynli 2025-ci ilin payız sessiyası ərzində rəhbərlik etdiyi komitənin fəaliyyəti ilə bağlı hesabatı təqdim edərək qeyd edib ki, həmin dövrdə komitə tərəfindən bir sıra mühüm qanunvericilik aktları müzakirə olunaraq Milli Məclisdə qəbul edilib.

Komitə sədri 2026-cı ilin yaz sessiyası üçün hazırlanmış iş planı haqqında məlumat verərkən bildirib ki, sessiya dövründə qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək yeni qanun layihələrinə, eləcə də mövcud qanunlara dəyişikliklərin edilməsi barədə qanunvericilik aktlarına baxılması nəzərdə tutulur.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2025-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabat qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Sonra iclasda gündəlikdəki qanun layihələrinin müzakirəsi keçirilib.

Əli Hüseynli “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, dəyişikliklər yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, layihədə “avtomagistral” anlayışı yeni, daha dəqiq və təkmil redaksiyada verilir və ödənişli avtomagistrallarda sürət həddinin tənzimlənməsi təklif olunur. Komitə sədri ödənişli avtomagistrallarda yüksək sürət həddinin saatda 130 kilometr müəyyən edilməsini insanların həyat və sağlamlığının qorunması, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması baxımından balanslaşdırılmış və əsaslandırılmış hədd kimi xarakterizə edib.

Komitə sədri Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı nəzərə çatdırıb ki, komitə layihənin İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə rəy verəcək. Qeyd edilib ki, bu dəyişikliklər emal edilməmiş almazın idxalı və ixracı ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarına görə inzibati məsuliyyətin müəyyən olunmasını nəzərdə tutur.

Gündəliyin sonuncu məsələsi olan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) müzakirə edilərkən bildirilib ki, layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısına daxil edilir.

Müzakirələrin yekununda gündəlikdə olan qanun layihələrinin hər biri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

Kilsənin və müxaliflərin ideoloji məğlubiyyəti

09:50
07 Fevral

Dostluğa dayanan strateji tərəfdaşlar

09:45
07 Fevral

Tarixin hökmü, hüququn təntənəsi

09:40
07 Fevral

Cinayət cəzasız qalmadı

09:35
07 Fevral

Sülh güclü dövlətin, ədalət isə qalib xalqın haqqıdır...

09:30
07 Fevral

Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yüksələn Naxçıvan

09:25
07 Fevral

Qlobal dəstək, yüksək qiymət

09:20
07 Fevral

Dövlətlərin nüfuzu həm də sülhə və dialoqa xidmət edən siyasətlə ölçülür

09:15
07 Fevral

Azərbaycanın Yaxın Şərq regionunda mövqeləri güclənir

09:10
07 Fevral

Azərbaycanın təqdim etdiyi sülh yolu

09:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!