31 May 2024 08:40
397
SİYASƏT
A- A+
Paris Yeni Kaledoniyanın təbii sərvətlərini istismar edir

Paris Yeni Kaledoniyanın təbii sərvətlərini istismar edir

 

Fransanın müstəmləkəçilik siyasəti nəticəsində öz ölkələrində, əzəli torpaqlarında azadlıqlarını itirmiş, əsir vəziyyətinə düşmüş yerli xalqlar artıq müstəqil olmaq üçün mübarizəyə qalxmışdılar. Onlar həmçinin uzun illərdir ki, fransızlar tərəfindən talanan, daşınıb aparılan təbii sərvətlərinə indi özləri sahiblənməkdə qərarlıdırlar. Sakit okeanda yerləşən və Fransanın nəzarəti altında olan Yeni Kaledoniyada da yerli xalq cana doyduğu rəsmi Parisin müstəmləkəçilik siyasətindən sadəcə fəryad etmir. Kanak xalqı ayağa qalxaraq öz etiraz səsini keçirdiyi aksiyalarla dünyaya çatdırmağa çalışır.
Kanaklar etiraz aksiyalarında yalnız Fransanın müstəmləkəçilik siyasətindən narazılıqlarını ifadə etmirlər. Eyni zamanda öz hüquqlarının müdafiəsi, özünüidarəetmə və təbii sərvətlərin fransız şirkətləri ilə birlikdə beynəlxalq korporasiyalar tərəfindən istismarına son qoyulması tələblərini  qəti şəkildə irəli sürüblər. Təəssüf ki, onların haqlı tələbləri Fransanın əsrlərdir ki, davam edən müstəmləkəçilik siyasətini sürdürməkdə israrlı olan Emmanuel Makron hakimiyyəti tərəfindən kəskin tədbirlərlə qarşılanıb. Bununla da dünyaya özünü demokratik dövlət kimi tanıtmağa səy göstərən, ədalətdən, haqdan dəm vuran Fransa sözləri ilə əməllərinin nə qədər fərqli, ziddiyyətli olduğunu bir daha təsdiqləyib. Belə ki, rəsmi Parisin kanakların etirazlarına cavab olaraq Yeni Kaledoniyaya qoşun göndərməsi vəziyyətin daha da kəskinləşməsinə səbəb olub. Yüzlərlə etirazçı həbsə atılıb, toqquşmalarda ölənlər və xəsarət alanlar olub. Bütün nümayiş və aksiyalar, həmçinin sosial şəbəkələr qadağan olunaraq bağlanılıb. Adaya jurnalistlərin girişi məhdudlaşdırılıb.
Müstəmləkə caynağını 16 min kilometr aralıda, Sakit okeanda yerləşən Yeni Kaledoniyaya da uzatmış və çəkmək niyyətində olmadığını göstərən Fransanın bu cür özbaşınalıqları, insani dəyərləri və beynəlxalq hüququ heçə sayması dünyanın əksər ölkələri tərəfindən pislənilir. Beynəlxalq ictimaiyyət, bir sıra insan hüquqları təşkilatları və dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən Fransanın müstəmləkəçilik siyasəti tənqid edilir. Onlar rəsmi Parisi mənfur siyasətinə son qoymamaqda, müstəmləkə asılılığından xilas olmaq istəyən yerli xalqların haqlı tələblərini yerinə yetirmək əvəzinə, onları öz doğma ölkələrinin vətəndaşı olmaq hüquqlarından məhrum etməkdə, əzab-əziyyət içərisində yaşamağa məhkum etməkdə günahlandırırlar.
Ucaltdıqları etiraz səslərini bütün dünyanın eşitməsini arzulayan kanakların Fransa hökumətinin zülmlərinə məruz qalmalarının əsas səbəbi onların vətəninin - Yeni Kaledoniyanın təbii sərvətlərlə zəngin olmasıdır. Özünəməxsus mədəniyyəti, adət-ənənələri olan bu xalq uzun illərdir ki, Fransanın müstəmləkə hakimiyyətinin əsarətində qalıblar. 1980-ci illərdən başlayaraq rəsmi Paris  böyük imkanlar yaradıb ki, fransızlar adaya köçüb, orada yaşasınlar. Bu məqsədlə Fransa hökuməti tərəfindən Yeni Kaledoniyada fransızlar vergilərdən azad olunub. Onlara biznes fəaliyyəti göstərmələri üçün hər cür şərait yaradılıb. Rəsmi Parisin bu addımları 2023-cü ildə fransızların sayının yerli əhaliyə nisbətdə 60 faiz təşkil etməsi ilə nəticələnib. Qalan 40 faiz yerli xalqdan ibarətdir. Ancaq onların doğma vətənlərində sayca bu qədər azaldılması ilə də rəsmi Paris kifayətlənməyib. Yeni Kaledoniyada yerli xalq işsizlik probleminin məngənəsinə salınıb, ağır sosial vəziyyətdə yaşamaq məcburiyyətində qalıb. Çünki Yeni Kaledoniyada münbit torpaqlar, şirkətlər, faydalı qazıntılar, daşınmaz əmlak, bir sözlə, milli sərvətlərin 80 faizi fransızlara məxsusdur.
Yeni Kaledoniya Fransanın müstəmləkəçilik siyasəti nəticəsində iğtişaşlar məkanına çevrilib. Bu səbəbdən Cənubi Koreya vətəndaşlarını oradan təxliyə etməyə başladı. Cənubi Koreyanın Xarici İşlər Nazirliyi açıqladı ki, yaranmış gərgin vəziyyət fonunda təhlükəsizlik məsələləri səbəbindən 6 koreyalı təxliyə edilib. Onlar hava nəqliyyatı ilə Yeni Kaledoniyadan çıxarılıb. Nazirlik Yeni Kaledoniyadakı digər koreyalıların təhlükəsizliyi üçün lazımi addımlar atılacağını bildirib.
İğtişaşların hökm sürdüyü Yeni Kaledoniyadan Çin də 18 vətəndaşını təxliyə edib. Bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Nazirlik iğtişaşlar başlayandan Fransadakı Çin səfirliyi tərəfindən vətəndaşlarının təhlükəsizliyini diqqətdə saxlayıb. Bundan başqa, ölkənin Avstraliya, Yeni Zelandiya və Sinqapurdakı səfirliklərinə Çin vətəndaşlarının təxliyəsini təşkil etmək barədə təlimat verilib. Nəticədə, çarter uçuşla 18 Çin vətəndaşı Yeni Kaledoniyadan təxliyə olunub.
Həmçinin Yeni Zelandiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr 300-dən çox insanı Yeni Kaledoniyadan təxliyə edib. Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters repatriasiya reyslərindəki sərnişinlər arasında əcnəbilərin də olduğunu açıqlayıb. O, Yeni Zelandiya Hərbi Hava Qüvvələrinin yeddi reysinin Numea şəhərindən Oklendə 225 Yeni Zelandiya vətəndaşını və 145 əcnəbinı daşıdığını bildirib: "Fransa və Yeni Kaledoniya hakimiyyət orqanları icazə verən kimi biz vətəndaşlarımız və kömək istəyən xarici vətəndaşlar üçün (evakuasiya) uçuşlar təşkil etdik". Yeni Zelandiyanın xarici işlər naziri, həmçinin evinə qayıtmaq istəyən Yeni Kaledoniya sakinlərinin eyni reyslərlə Numeaya göndərildiyini də qeyd edib.
Məlum olduğu kimi, Fransa hakimiyyəti Yeni Kaledoniyada iğtişaşlar səbəbindən mayın 15-də tətbiq olunan fövqəladə vəziyyəti ləğv etməyə qərar verdi. Bu barədə Fransanın Sakit okeandakı dənizaşırı ərazisinin ali komissarlığının ofisi tərəfindən dərc olunmuş bəyanatda bildirildi. Bununla belə, hüquq-mühafizə orqanları yüksək hazırlıq vəziyyətində qalmağa davam edəcək. Hakimiyyət axşam və gecə saatlarında qüvvədə olan komendant saatını hələlik ləğv etmək niyyətində deyil. Ali komissarlığın məlumatında nəzərə çatdırıldı ki, iğtişaşların yatırılması zamanı 460-dan çox insan saxlanılıb: "Yeddi nəfər, o cümlədən iki jandarm həlak olub, hüquq-mühafizə orqanlarının 122 əməkdaşı yaralanıb".
Məlumdur ki, Fransanın müstəmləkə siyasətinə etiraz edərək öz hüquqları uğrunda mübarizəyə qalxan yalnız kanaklar deyil. Son illər Fransanın dənizaşırı əraziləri hesab edilən ölkələrdə rəsmi Parisə qarşı etiraz dalğaları yüksəlməkdədir. Həmin ölkələrin yerli xalqları artıq Fransanın müstəmləkə zəncirlərini qıraraq əzab-əziyyətlərdən,  məhrumiyyətlərdən qurtulmaq, dövlət müstəqilliklərinə nail olmaq, öz müqəddəratlarını özləri müəyyənləşdirmək istəyirlər. Bu məqsədlə başladıqları mübarizəni qətiyyətlə davam etdirirlər.
Fransadan təqribən 17 min kilometr uzaqda - Sakit okeanın cənubundakı 5 arxipelaqdan ibarət Fransız Polineziyasında da yerli xalq məruz qaldığı Fransanın müstəmləkəçiliyindən xilas olmaq, müstəqillik qazanmaq arzusundadır. 
Müstəmləkə quruluşu burada Fransa-Taiti müharibəsindən (1844-1847) sonra tətbiq olunmağa başlayıb. 1843-cü ildə qurulmuş Fransız protektoratını Taiti kraliçası IV Pomare qəbul etməyə məcbur olub. Taiti Krallığı 1880-ci ildə kral V Pomare ilə razılaşmaya əsasən Fransaya verilib. İmzalanan qanuna görə, krallığın bütün subyektlərinə Fransa vətəndaşlığı verilirdi. Fransanın işğalına məruz qalan Taiti Krallığı 1881-ci ildən Okeaniyanın fransız əraziləri (EFO), 1957-ci ildən isə Fransız Polineziyası adlandırılıb. 
Yalnız 1946-cı ildə Polineziyanın yerli əhalisi səsvermə hüququnu əldə edib. 1957-ci ildə ilk yerli hökumətini qurub. Ancaq 1977-ci ilədək Polineziya məktəblərində yerli dillər tədris edilməyib. Bura bəzi epidemik xəstəliklərin yayıldığı ərazi kimi tanınır. Fransa burada 1966-1996-cı illərdə 200-ə yaxın nüvə sınağı aparıb. Təqribən 170 min nəfər nüvə sınaqlarının qurbanı olub. Fransa hökuməti yerli əhalinin hələ də şüalanmaya məruz qalan şəxslər üçün kompensasiya tələbinə əməl etməyib. Lakin Polineziya əhalisinin nüvə sınaqlarından əziyyət çəkdiyini 1998-ci ildə Fransanın Müdafiə Nazirliyi tərəfindən rəsmən etiraf olunub. Paris buna görə 2010-cu ildə təzminat ödəməyə başlayıb. Təəssüf ki, həmin təzminatdan yararlananların əksəriyyəti əsasən fransızlar olub.
Hələ 1946-cı ildə Polineziya BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına salınıb. Lakin Fransanın təzyiqi nəticəsində 1947-ci ildə siyahıdan çıxarılıb.
Bu gün rəsmi Parisi narahat edən məqamlardan biri də budur ki, müstəmləkəsi altındakı digər ərazilərdən fərqli olaraq Polineziyada yerli əhalinin assimilyasiyasına nail ola bilməyiblər. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!