05 Sentyabr 2025 15:39
464
DÜNYA
A- A+
Paris sammiti başa çatıb

Paris sammiti başa çatıb


Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlanır 


Parisdə 30-dan çox ölkənin daxil olduğu “İstəklilər koalisiyası”nın iclası keçirilib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, həmçinin Finlandiya prezidenti, Böyük Britaniya, Belçika, Danimarka, Niderland və Polşanın baş nazirləri Fransanın paytaxtına gəliblər. Koalisiyanın qalan üzvləri videobağlantı vasitəsilə iclasa qoşulublar. Görüşdə Ukrayna lideri Volodimir Zelenski və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff şəxsən iştirak ediblər.

İspaniyanın Baş naziri Pedro Sançes təyyarədəki nasazlıq səbəbindən Fransa paytaxtına gəlməyib.

İclasda NATO-nun baş katibi Mark Rutte və Avropa və digər qitələrdən iyirmiyə yaxın dövlətin rəhbərləri, o cümlədən Kanadanın Baş naziri Mark Karni, Yaponiyanın Baş naziri Şiqeru İşiba, Avstraliyanın Baş naziri Entoni Albanese, həmçinin Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson onlayn iştirak ediblər.

Sammitdən əvvəl Fransa Prezidenti Emmanuel Makron Zelenski ilə görüşüb və Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasının tamamlandığını bildirib. 

 Makronun dediyinə görə, “İstəklilər koalisiyası”na daxil olan dövlətlərdən 26-sı atəşkəs və ya tamhüquqlu nizamlanma əldə edildikdən sonra Ukraynaya hərbi kontingentin göndərilməsində iştirak etməyə hazır olduqlarını təsdiqləyib.

"Münaqişənin bitdiyi gün təhlükəsizlik zəmanətləri qüvvəyə minəcək", - Fransa Prezidenti bir daha əmin edib.

O əlavə edib ki, “daha bir neçə ölkə öz mövqeyini nəzərdən keçirməkdə davam edir”. Belə ki, alman rəsmiləri Bundesverin belə bir əməliyyat keçirə biləcəyinə şübhə ilə yanaşıblar. Eyni zamanda, İtaliya və Polşa artıq birmənalı olaraq qoşun göndərilməsinin əleyhinə çıxış ediblər.

Almaniyanın “Der Spiegel” qəzeti yazır ki, hərbi kontingentin göndərilməsi barədə qərar qəbul olunarsa, “İstəklilər koalisiyası”nın masada üç variantı olacaq. Birincisi, sülh sazişinə əməl etmək üçün monitorinq missiyasının tətbiqi. Lakin Kiyev bu perspektivə o qədər də həvəsli deyil, çünki müşahidəçilər mümkün hərbi əməliyyatlarda iştirak edə bilməyəcəklər. Həddindən artıq yüksək xərclər və Ukraynada Qərb qoşunlarının olmasına qarşı olan Rusiya Federasiyasının  mövqeyi səbəbindən tamhüquqlu kontingentin tətbiqi son vaxtlar qeyri-real hesab olunur.

KİV-in fikrincə, ən çox ehtimal olunan ssenari Ukrayna ərazisində Qərb təlimatçılarının ukraynalı əsgərlərə təlim keçməsidir. Aİ və Böyük Britaniya hazırda öz ərazilərində ukraynalı əsgərlərə təlim keçmək üçün ayrı-ayrılıqda əməliyyatlar keçirir.

Paris görüşünün iştirakçıları ABŞ Prezidenti Donald Trampa zəng edib, o, söhbət zamanı Avropanın Rusiya neftini almaqda davam etməsindən narazılığını bildirib , həm də bununla bağlı Çinə təzyiq etməyə çağırıb. 

Eyni zamanda Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Avropa ölkələrini Rusiya neftini Hindistan vasitəsilə almağa davam etdiklərinə görə qınayıb.

CNN telekanalının xəbərinə görə, ABŞ Kiyevə təhlükəsizlik zəmanətinin verilməsində  iştirak edəcək.

Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermak görüş barədə məlumat yayıb: "Əsas vəzifə Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı dövlət başçılarının razılaşmalarının əməli şəkildə həyata keçirilməsidir. Onlar səmada, dənizdə və quruda, eləcə də kiberməkanda güclü və təsirli olmalıdır. Biz həmçinin sanksiyalar təzyiqinin gücləndirilməsini, Rusiya tərəfindən oğurlanmış ukraynalı məhbusların və uşaqların geri qaytarılmasını müzakirə etdik".

Xatırladaq ki, bu günlərdə Çinə səfəri zamanı Vladimir Putin “əgər Ukrayna böhranı sülh yolu ilə həll edilə bilməzsə, Rusiya qarşıya qoyulan bütün vəzifələri güc yolu ilə həll etməyə hazırdır”,- deyə vurğulayıb. O qeyd edib ki, Rusiya Silahlı Qüvvələri bütün istiqamətlərdə uğurla irəliləyir, Ukrayna Ordusu isə genişmiqyaslı əməliyyatlar keçirə bilmir və ancaq sərhədlərini saxlamağa çalışır.

Son məlumata görə, Vladivostokda  Şərq İqtisadi Forumunun plenar iclasındakı çıxışından sonra Vladimir Putin yenidən Ukraynadakı müharibədən danışıb və

 bir daha bəyan edib ki, Volodimir Zelenski ilə birbaşa təmaslarda o qədər də məna görmür, lakin onlara hazırdır. Rusiya prezidentinin fikrincə, belə bir görüşü keçirmək üçün ən yaxşı yer Moskva olardı.

"Dedim ki, mən çox məna görmürəm. Niyə? Çünki əsas məsələlərdə Ukrayna tərəfi ilə razılaşmaq praktiki olaraq mümkün olmayacaq", - Putin bildirib.

Məsələn, onun sözlərinə görə, ərazilərlə bağlı müqavilələrin bağlanmasında hüquqi və texniki çətinliklər var. 

Putin bildirib ki, bu cür razılaşmalar referendumda təsdiqlənməlidir, lakin bunun üçün Ukraynada hərbi vəziyyətin aradan qaldırılması lazımdır.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!