02 May 2024 14:02
145
SİYASƏT
A- A+

Panel sessiya: Mərkəzi Asiya və Qafqazda Gənc Sülh Qurucuları Proqramının işə salınması müzakirə olunub YENİLƏNİB  

 

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də “Peace4Culture Qlobal Çağırışı: Mərkəzi Asiya və Qafqazda BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) Gənc Sülh Qurucuları Proqramının işə salınması” mözusunda panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyaya Gənc Sülh Qurucuları Proqramının idarə olunması üzrə mütəxəssis Dana Podmolikova moderatorluq edib.

Panel sessiyada çıxış edən BMTSA-nın gənc sülh qurucusu Denis Adesina Daniel Mədəniyyətlərarası Dialoq Forumunun gənclər üçün böyük təcrübə olduğunu deyib. “Dünyada baş verən münaqişələrin həlli üçün aparılan müzakirələr mənim üçün olduqca faydalı oldu. Xüsusilə, qadınların hüquqları ilə bağlı məsələlərə, onların dəstəklənməsi üçün səslənilən fikirlərə və təşəbbüslərə nail olmaq lazımdır”, - deyə o bildirib.

Sülh qurucusu Anand Junior çıxışında Mədəniyyətlərarası Dialoq Forumunun mövzusunun çox əhatəli olduğunu vurğulayaraq qeyd edib ki, Forumda iştirak edən gənclər müxtəlif bilik və bacarıqlara yiyələniblər. Gənc Sülh Qurucuları Proqramının məqsədindən də danışan Anand Junior diqqətə çatdırıb ki, proqram dünya gənclərinin sülh quruculuğu prosesinə cəlb olunmasını hədəfləyir. Siyasətdə gənclərin rolundan da danışan sülh qurucusunun fikrincə, siyasətdə gənclərə də yer verilməlidir: “Bəzən gənclərin ideyaları manipulyasiya edilir. Yaşlı insanlar isə gənclərin yeniliklərini qəbul etmək istəmirlər. Bu kimi hallardan çəkinmək lazımdır”.

Sonra sülh qurucusu Hazhir Aljaf çıxış edib. Gənc Sülh Qurucuları Proqramının kariyerasına təsirlərindən danışan Hazhir Aljaf deyib: “Dünyanın bir çox ölkəsindən olan yeni dostlar tapmaq, insanları tanımaq, onların mədəniyyətlərini kəşf etmək mənim üçün inanılmaz təcrübə olub. Eyni zamanda, proqram mənim şəxsi kariyerama da çox müsbət təsir edib”.

BMTSA-nın digər gənc sülh qurucusu Sarra Messaudi proqram vasitəsilə sülhün təşviqi ilə bağlı bir sıra müzakirələrin aparıldığına diqqət çəkib: “Bu məqsədə nail olmaq üçün araşdırmalar aparırıq. Bu, bizə çox böyük təcrübə qazandırır”.

Sülh qurucusu Dania Abraham isə çıxışında gənclərin dəyişikliyə hər zaman hazır olduğuna diqqət çəkib. “Onlar fərqli rəyləri eşitməyə, müzakirələrə hazırdır. Təklif edirəm ki, gənclərin yeni ideyaları, yaşlı nəslin təcrübələri ilə birləşsin. Nəsillər arası əməkdaşlıq yaransın”, - deyə o diqqətə çatdırıb.

Sessiya müzakirələrlə davam edib.

12:59

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də Bakıda “Peace4Culture Qlobal Çağırışı: Mərkəzi Asiya və Qafqazda BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) Gənc Sülh Qurucuları Proqramının işə salınması” mövzusunda panel sessiya keçirilir.

AZƏRTAC xəbər verir ki, sessiyaya Gənc Sülh Qurucuları Proqramının idarə olunması üzrə mütəxəssis Dana Podmolikova moderatorluq edir.

Panel sessiyada BMTSA-nın gənc sülh qurucuları Denis Adesina Daniel, Hazhir Aljaf, Sarra Messaudi, Anand Junior, Dania Abraham məruzələrlə çıxış edəcək, müzakirələr aparılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video