14 İyun 2022 00:59
1090
İQTİSADİYYAT
A- A+
Pambığın "ağ qızıl" olması üçün

Pambığın "ağ qızıl" olması üçün

 

Salyanlı fermerlər aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə görürlər

 

Salyanın pambıqçı fermerləri arxada qalan 3 ildə dalbadal ölkə üzrə birincilərdən olmuşlar. 6 min 134 hektar sahənin hər hektarından 36,9 sentner məhsul əldə edilmişdir ki, bu da ümumilikdə 22 min 691 ton "ağ qızıl" deməkdir.

Əldə olunan nailiyyətdə Kür Qaraqaşlı inzibati ərazi nümayəndəliyinə daxil olan kəndlərdə yaşayan torpaq mülkiyyətçilərinin xüsusi payı var. Bu da səbəbsiz deyil. Kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə tanınmış alim, akademik Feyruz Məlikov, professor Ağaxan Ağabəyli bu torpağın yetirmələridir. Onların ardınca gedən onlarca gənc Gəncə Kənd Təsərrüfatı İnstitutunda (indiki Aqrar Universiteti) təhsil alaraq Salyana qayıtmışlar. Həmin kadrlar rayonun kənd təsərrüfatı işlərini irəli aparmış, bəziləri də rəhbər vəzifələrə təyin olunmuşlar. Sovetlər birliyi zamanında kənddəki "Oktyabr" kolxozunda hər il rayon üzrə ən yüksək məhsul əldə edilmişdir. Bu uğurlar isə torpağa elmi əsaslarla yanaşmaq nəticəsində mümkün olmuşdur.

Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tarıyel Atamalıyevlə pambığın becərilməsi ilə tanış olmaq üçün Qaraqaşlı kəndində bir neçə fermerin təsərrüfatına baş çəkdik. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Sort Sınaq Məntəqəsi bu kəndin ərazisində yerləşir.

Yolumuzun üstündə olduğu üçün ilk olaraq həmin təsərrüfatın sahələrinə baş çəkdik. Məlumat üçün deyək ki, müəssisə 1934-cü ildən fəaliyyət göstərir. Pambıq, taxıl, yonca və digər bitkilərin məhsuldarlığı, susuzluğa, xəstəliklərə davamlılığı ilk olaraq belə məntəqələrdə yoxlanılır, sınaqdan keçirilir.

Məntəqənin direktoru Balaeyvaz Hüseynov dedi ki, cari il 21 pambıq sortu əkiblər və bunun 14-ü yerli, 7-si xarici ölkələrdən gətirilən növlərdir.  Təsərrüfatın özünün 6 işçisi, 4 texnikası var. Məntəqənin müdiri son illər onlara göstərilən köməkdən, yaradılan şəraitdən razılıq etdi: "2018-ci ildə kənd təsərrüfatı naziri İnam Kərimov təsərrüfatımızda olarkən işçilər üçün bir orağın belə olmadığını görüb köməkçisinə bunları qeyd etməyi tapşırdı. Bir müddət keçəndən sonra təsərrüfatımız üçün inzibati bina, anbar, pambıq qurutmaq üçün meydança, su hovuzu tikintisinə başlanıldı və qısa vaxtda həmin işlər başa çatdırıldı. Biz də bu diqqət və qayğıkeşliyin əvəzini öz işimizlə verməyə çalışırıq. Elə həmin il yüksək nəticə əldə etdik. Buna görə "Tərəqqi" medalı ilə təltif edildim. Bu ilin məhsuluna gəldikdə aprel ayında 26 hektara çiyid səpdik. Havaların soyuq keçməsi çıxışı müəyyən müddətdə ləngitdi. Bəzi sahələr xəstəliyə yoluxsa da, qabaqlayıcı tədbirlər gördük. Dərmanlama işləri apardıq. Havalar getdikcə istiləşir. Pambığınkı da günəş və sudur. Su məsələsində də, şükür, hələlik bir çətinliyimiz yoxdur. Kür çayında suyun səviyyəsi normaldır. Hazırda ikinci kompleks becərmə aparırıq. Sahələri alaq otlarından təmizləmişik. İyun ayının 20-dən kultivatorla hər hektara 200 kiloqram karbamid verib birinci suvarmanı aparacağıq".

Kürqaraqaşlı inzibati ərazisinə daxil oln 5 kənddə 600 hektara yaxın pambıq əkilmişdir. Bunun 295 hektarı "MKT-İK" MMC-nin, qalanı isə "P-Aqro" MMC-nin filialının payına düşür.

Fermer Oqtay Səmədov təcrübəli pambıqçılardandır. Orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisidir. Sovet vaxtı Salyandakı Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya şöbəsini bitirib. Kəndlərindəki "Oktyabr" kolxozunda mexanizator işləyib. 1996-cı ildə kolxozlar ləğv olunandan, torpaq islahatı gedəndən sonra tərəddüd etmədən öz pay torpağını əkib-becərib. Əldə etdiyi qazancla əlavə torpaq alaraq əkin sahəsini artırıb. Bundan başqa, hər il icarəyə torpaq götürür. Hazırda 30 hektar pambıq, 6 hektar arpa, 8 hektar buğda və 14 hektar yonca sahəsi var. Biçdiyi yoncanı, taxıl bəlimini şəxsi texnikası ilə bağlayır. Bu işdə kiçik oğlu Ümid ona yaxından kömək edir. Keçən il 14 hektar sahənin hər hektarından 52 sentner pambıq götürüb.

Fermerin sözlərindən giley-güzar da hiss etdik. İndiki bahalıqda pambığın qiymətinin aşağı, ziyanvericilərə qarşı dərmanların keyfiyyətinin aşağı olması fermeri razı salmır. Buna baxmayaraq, qazandığı nailiyyətlər bu il onu daha yüksək məhsul götürməyə ruhlandırıb. Təbiətin törətdiyi bəzi çətinliklər olsa da, iyun ayının ortasına kimi iki dəfə kompleks becərmə aparıb, sahələri alaq otlarından təmizləyib. Dediklərindən məlum oldu ki, ayın 20-dən etibarən pambıq sahələrinə gübrə verib suvaracaq.

Cari ilin məhsulu üçün rayon üzrə 1486 nəfər fermer və torpaq mülkiyyətçisi pambıq istehsalı, tədarükü və emalı ilə məşğul olan 5 şirkətin filialı ilə müqavilə bağlayıb. Əkilmiş sahələrin yarıdan çoxunda 2-ci kompleks becərmə tədbirləri başa çatmışdır. Yaxın günlərdə digər aqrotexniki tədbirlər də vaxtında və keyfiyyətlə görüləcək. Dövlət Aqrar İnkişaf Mərkəzinin və şirkət filiallarının mütəxəssisləri bununla əlaqədar hər gün kənd əməkçilərinin yanındadırlar.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!