18 Mart 2023 14:53
850
DÜNYA
A- A+

Pakistan polisi İmran Xanın Lahordakı iqamətgahına hücum edib  

 

Pəncab əyalətinin polis qüvvələri buldozerin köməyi ilə darvazanı qıraraq Pakistanın sabiq Baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xanın Lahordakı iqamətgahına daxil olub.

AZƏRTAC Geo TV telekanalına istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saatlarında İmran Xan tərəfdarlarının iqamətgah ərazisində qurduqları çadır düşərgələrini sökməyə başlayıb.

Müxalif fəallar odlu silahdan və yandırıcı vasitələrdən istifadə edərək polisə müqavimət göstərir. İqamətgahın ərazisində yerləşən binada toqquşmalar davam edir. Polis sabiq Baş nazirin 20-dən çox tərəfdarını həbs edib.

İslamabad dairə məhkəməsinin iclasında ifadə verməyə gedən İmran Xan polisin bu hərəkətini sərt şəkildə pisləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video