30 May 2025 08:25
9765
SİYASƏT
A- A+
Pakistan-Azərbaycan qardaşlığı: Strateji birlik və gəncliyin gücü ilə möhkəmlənən əlaqələr

Pakistan-Azərbaycan qardaşlığı: Strateji birlik və gəncliyin gücü ilə möhkəmlənən əlaqələr


"Pakistan və Azərbaycan arasındakı ikitərəfli münasibətlər həmrəylik, strateji əməkdaşlıq və ortaq məqsədlər əsasında formalaşan nümunəvi bir tərəfdaşlıq hekayəsidir. Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) təsisçi prezidenti olaraq, mən bu dərin qardaşlığın siyasi ritorikanı aşaraq hər iki xalqın qəlbinə toxunan səmimi və möhkəm bağlara çevrildiyinə şahidlik etmişəm, onun güclənməsinə töhfə vermək şərəfinə nail olmuşam.

2025-ci ilin mayında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri bu dinamik tərəfdaşlıqda yeni və əlamətdar bir səhifə açdı. Baş nazirin bu səfəri yalnız rəmzi xarakter daşımırdı, bu, regional əməkdaşlıq və qarşılıqlı inkişaf vizionu ilə sıx şəkildə uzlaşan strateji addım idi. Eyni zamanda hər iki dövlətin milli maraqlarına, rifahına və beynəlxalq mövqeyinə sadiqliyinin növbəti təsdiqi oldu".

Bu fikirlər Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının (PAAA) təsisçi prezidenti Qeysər Nəvvabın "Pakistan-Azərbaycan qardaşlığı: Strateji birlik və gəncliyin gücü ilə möhkəmlənən əlaqələr" adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.


Etimada və qarşılıqlı dəstəyə söykənən münasibətlər


Pakistan və Azərbaycan arasında qurulan bağlar dəyişməz etimad və bir-birinin haqlı mövqeyinə sarsılmaz dəstək üzərində formalaşıb. Azərbaycanın 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi zamanı Pakistan tərəfinin göstərdiyi birmənalı mənəvi və diplomatik dəstək Azərbaycan cəmiyyətində dərin iz buraxdı. Həmin günlərdə tərəddüdsüz Azərbaycanın yanında olan azsaylı ölkələrdən biri də Pakistan oldu. Bakıda yanaşı dalğalanan Pakistan və Azərbaycan bayraqları bu qardaşlığın simvoluna - sözlərlə ifadə edilməsi çətin olan mənəvi birliyin canlı təzahürünə çevrildi.

Azərbaycan da öz növbəsində daim Pakistana regional və beynəlxalq məsələlərdə prinsipial və ardıcıl dəstək nümayiş etdirib. BMT və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda Azərbaycan Pakistanın mövqeyini fəal şəkildə müdafiə edən etibarlı müttəfiq olub.


Dostluqdan strateji tərəfdaşlığa


Tarixi və emosional bağlar əvəzolunmaz olsa da, bu münasibətlər artıq müdafiə, ticarət, enerji və rabitə sahələrində güclü strateji tərəfdaşlıq mərhələsinə keçib. Baş nazir Şahbaz Şərifin Azərbaycana səfəri zamanı vurğulandığı kimi, hər iki ölkə birgə hərbi təlimlər, texnologiya mübadiləsi və müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.

Enerji sektoru isə hər iki ölkə üçün daha böyük perspektivlər vəd edir. Enerji mənbələrinin şaxələndirilməsi istiqamətində səylər göstərən Pakistan üçün Azərbaycan etibarlı enerji təchizatçısı rolunu oynaya bilər. Mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü, neft-qaz axtarışı və bərpaolunan enerji üzrə əməkdaşlıq sahəsində əldə edilə razılaşmalar, iki ölkə arasında yeni iqtisadi dəhlizlərin açılmasına şərait yaradacaq.

Ölkələrimiz arasında ticarət əlaqələri də genişlənməkdədir. Hərçənd indiyədək ticarət həcmi məhdud olub, lakin hökumətlər bu sahədəki maneələrin aradan qaldırılması, biznes strukturlarının birgə fəaliyyəti üçün zəruri şəraitin yaradılması istiqamətində ciddi iş aparırlar. Əczaçılıq, tekstil, tikinti və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.


Gənclər və mədəni diplomatiya: Gələcəyə körpülər


Yüksəksəviyyəli danışıqlar və razılaşmalar diplomatiyanın əsasını təşkil etsə də, uzunmüddətli tərəfdaşlıqların təməli insanlar arasında qurulan əlaqələrlə möhkəmlənir. Bu baxımdan, gənclər və mədəni diplomatiya həlledici rol oynayır. PAAA-nın təsisçisi kimi əsas məqsədim Pakistan və Azərbaycan gəncləri arasında körpülər qurmaq, qarşılıqlı anlaşmanı və əməkdaşlığı təşviq etmək olub.

İnanıram ki, bu gözəl münasibətlərin gələcəyi məhz gənclərin əlindədir. Ortaq dəyərlər, oxşar mədəniyyətlər və tarixə olan qarşılıqlı hörmət gənclər arasında təbii bir bağ yaradıb. Tələbə mübadilə proqramları, ortaq innovasiya təşəbbüsləri, mədəniyyət festivalları və gənclər sammitləri bu əməkdaşlığın möhkəmlənməsi üçün vacib mexanizmlərdir. Assosiasiyamız bu sahədə akademik əlaqələrin qurulması, rəqəmsal diplomatiya təşəbbüsləri və liderlik platformalarının yaradılması istiqamətində fəal iş aparır.

Baş nazir Şahbaz Şərifin Azərbaycanda keçirdiyi görüşlərdə təhsil əməkdaşlığının gücləndirilməsi və tələbə mübadiləsinin artırılması mövzuları da xüsusi vurğulanıb. Gənclərin cəlb olunması istiqamətində bu kimi təşəbbüslər gələcək nəsillərə dəyərli töhfələr verəcək.


Regional əlaqələr və Bakı vizionu


Avropa və Asiyanın qovuşuğunda yerləşən Bakı regional əlaqələrin formalaşmasında mühüm mərkəzə çevrilməkdədir. Azərbaycan Türkiyə, Mərkəzi və Cənubi Asiya ilə fəal əməkdaşlığı vasitəsilə geosiyasi əhəmiyyətini artırır. Bu baxımdan, Çin və Körfəz ölkələri ilə sıx əlaqələrə malik Pakistan Azərbaycanın vizionuna güclü dəstək verir.

Laçında Azərbaycan, Pakistan və Türkiyə liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü bir daha göstərdi ki, əsas diqqət tranzit dəhlizlərinin yaradılması, multimodal logistika sistemlərinin inkişafı və rəqəmsal əlaqələrin qurulmasına yönəlib. Bu təşəbbüslər yalnız iqtisadi baxımdan faydalı deyil, eyni zamanda, regionda sülhün, qarşılıqlı asılılığın və davamlı sabitliyin təmin olunmasında strateji əhəmiyyət daşıyır.

Xüsusilə Orta Dəhliz, - Mərkəzi Asiyanı Xəzər dənizi və Azərbaycan vasitəsilə Avropaya birləşdirən marşrut, - böyük önəm daşıyır. Pakistanın bu dəhlizə qoşulmaqda maraqlı olması regional inteqrasiyaya sadiqliyinin göstəricisidir. Bu da gənclərimiz üçün logistika, rəqəmsal texnologiyalar və infrastruktur sahələrində yeni imkanlar yaradacaq.


Gələcək üçün birlik, keçmişə sadiqlik


Pakistan-Azərbaycan dostluğu təsadüfən yaranmayıb, bu, ortaq dəyərlər, strateji yaxınlıq və qarşılıqlı hörmət üzərində qurulmuş məqsədyönlü ittifaqdır. Baş nazir Şahbaz Şərifin Bakıya son səfəri bu tərəfdaşlığın davamlı inkişaf trayektoriyasını bir daha təsdiqlədi. Qlobal çağırışlar və mürəkkəb regional dinamikalar fonunda belə bir dostluğun varlığı qürurverici haldır.

Lakin diplomatiya yalnız hökumətlər səviyyəsində məhdudlaşmamalıdır. Mən vətəndaş cəmiyyətini, akademik qurumları, sahibkarları və xüsusilə də gəncləri bu münasibətlərə sahiblənməyə çağırıram. Bu qardaşlıq rəsmi bəyanatlarla yox, insan münasibətləri ilə yaşamalıdır - müxtəlifliyi, əməkdaşlığı və innovasiyanı təşviq edən münasibətlərlə.

Böyük şair Əllamə Məhəmməd İqbalın sözləri ilə desək: "Millətlər şairlərin qəlbində doğular, siyasətçilərin əllərində ya inkişaf edər, ya da yox olar". Gəlin bu münasibətləri gənc arzularla, məsuliyyətli liderliklə və sülhə sadiq icmalarla yaşadaq.

Biz bu dərin dostluğun irsinə hörmətlə yanaşaraq, birlik, ləyaqət və davamlı inkişaf nümunəsi ilə dünyaya ilham verən bir gələcək qura bilərik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!