09 Oktyabr 2021 00:40
615
SİYASƏT
A- A+
Özü yıxılan ağlamaz

Özü yıxılan ağlamaz

 

Ermənistan 30 ilə yaxın davam edən işğalçılıq siyasətinin peşmançılığını indi çəkməyə başlayıb

 

Postmüharibə dövründə sosial-iqtisadi sahədə üzləşdiyi tənəzzülün miqyası günbəgün artan Ermənistanda əhalinin yoxsullaşması prosesi sürətlənməkdə, insanların maddi problemləri daha kəskin xarakter almaqdadır.

Buna əsas səbəb hökumətin bir tərəfdən müharibədə aldığı məğlubiyyətdən sonra hələ də özünə gələ bilməməsidirsə, digər tərəfdən ölkənin üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün hər hansı proqram və ya planının olmamasıdır.

Sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi və qarşıdakı dövr ərzində üzləşdiyi çətinliklərin miqyasının bir qədər də genişlənəcəyi gözlənilən Ermənistanda siyasi səhnədə də  gərginlik durmadan artır. Belə ki, Litvaya səfəri çərçivəsində  baş nazir Nikol Paşinyanın yerli erməni icması ilə görüşü zamanı səsləndirdiyi fikirlər İrəvanda müxalifət tərəfindən ciddi narazılıqla qarşılanıb.

Belə ki, baş nazir Vilnüsdə etiraf edib ki, İkinci Qarabağ müharibəsindən yayınmaq üçün rayonlar geri qaytarılmalı idi: “Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Anlamaq lazımdır ki, müharibədən qaçmağın yeganə şərti ərazilərin qaytarılması olub. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı 5 rayonu. Digər 2 rayon məsələsi başqadır. Əslində isə, gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”.

Daha sonra Paşinyan  Litvada erməni diasporu ilə görüşü zamanı səsləndirdiyi “Şuşa bədbəxt və qaranlıq şəhər idi” sözlərinin üzərində dayandığını qeyd edib: “Gəlin bu rəqəmləri müqayisə edək, yoxsa buna dəyməz? Bu suallarla nə axtarırsınız? Yoxsa sizə elə gəlir ki, Şuşada yalnız siz olmusunuz? Mən yox idim, başqa insanlar yox idi və heç kim orada vəziyyətin necə olduğunu görmədi? Sanki paralel reallıqlarda yaşayırıq. Bəli, dediklərim doğrudur”.

Görünən odur ki, Azərbaycanla sülh danışıqlarının uzadılmasının heç bir zaman ölkəsinə xeyir gətirməyəcəyini baş nazir daha yaxşı başa düşür. Ancaq unutmaq olmaz ki, 2018-ci ildə hakimiyyətə gələn Paşinyan Xankəndidə “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” ağılsız bəyanatını verərək sülhü deyil, müharibəni yaxınlaşdırmış oldu. Rayonları qaytarmaq əvəzinə, Tovuzla sərhəddə hərbi təxribatlara göstəriş verdi, o dövrün müdafiə naziri David Tonoyan isə Azərbaycanı “yeni ərazi uğrunda yeni müharibə” sərsəm tezisi ilə hədələdi.

Litvada verdiyi açıqlamalarla Paşinyan, əslində, erməni cəmiyyətinin on illər boyu yanlış yolda olduğunu, Ermənistan rəhbərlərinin isə səhv strategiya seçdiyini bəyan etdi. Özü isə bir daha anladı ki, Azərbaycanda iqtisadiyyatın dinamik inkişaf etdiyini görən əhalinin qəlbində erməni siyasi və hərbi elitasının çirkin daxili və xarici siyasətinə qarşı dəhşətli bir nifrət var və əgər həmin elita işğalçılıq yoluna qədəm qoymasaydı, Ermənistan Cənubi Qafqazda Azərbaycanın sahiblik etdiyi qlobal layihələrdən kənarda qalmaz, hər il yüz milyonlarla gəlirdən, xoş güzərandan və iqtisadi tərəqqidən məhrum olmazdı.

Yeri gəlmişkən, Ermənistanın iqtisadi böhrandan az da olsa qurtulmaq üçün digər ölkələrdən aldığı borclar da ilbəil artmaqdadır. Həmin borclar isə milyardlarladır və söz yox ki, sabit iqtisadiyyatdan məhrum ac ölkənin borcları 20-30 ilə belə qaytarmaq ehtimalı sıfıra bərabərdir. Bu isə borc verən ölkələrin asılılığına çevrilmək, əksər müəssisələri və yüz minlərlə hektar məhsuldar torpağı hərraca qoymaq, əldə olub-qalanını dəyər-dəyməzinə satmaq və son nəticədə müstəqilliyi itirmək məcburiyyətində qalmaq deməkdir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!