oxucuların suallarına cavab verir
Məhkəmə qərarı əsasında boşanmışam. İkiotaqlı mənzilimiz bərabər şəkildə bölünüb. Keçmiş həyat yoldaşım indi özünə düşən payı satmaq istəyir. Məndən razılıq istədilər, lakin vermədim. İndi 45 günlük təklif məktubu gəlib, deyilən qiymətə imkanım çatmır. Qeyd edim ki, təklif məktubunda möhür yox idi. Təklifi qəbul etməyəcəyim halda nə baş verəcək?
Sunay Kərimli,
Bakı şəhəri
- Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 218.2-ci maddəsinə görə, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 49-cu bəndinə əsasən, paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarından biri ona məxsus olan payı kənar şəxsə satdığı hallarda, notarius satanın xahişi ilə onun ərizəsini satılan əmlakın qiyməti və digər şərtləri göstərməklə paylar məlum olan ümumi mülkiyyət iştirakçılarına göndərə bilər. Paylar məlum olan ümumi mülkiyyətin qalan iştirakçıları satın almaqda üstünlük hüququnu həyata keçirməkdən imtina edərlərsə və ya satma niyyəti və satış şərtləri haqqında xəbərdar edildikləri gündən daşınmaz əmlak üçün 45 gün ərzində, daşınar əmlak üçün isə 15 gün ərzində həmin hüququ həyata keçirməzlərsə, notarius payın kənar şəxsə satışına dair alqı-satqı müqaviləsini təsdiq edir.
Beləliklə, yazılı bildirişin notarial qaydada təqdim edilməsinə dair məcburi göstəriş yoxdur, yəni sizə göndərilmiş bildirişdə möhürün olmaması onu etibarsız və qeyri-mötəbər etmir. 45 gün ərzində payı almadığınız halda digər mülkiyyətçi öz payını hər hansı üçüncü şəxsə sata bilər. Payın satılması həmin mülkiyyətçi ilə alıcı arasında bağlanacaq alqı-satqı müqaviləsi ilə rəsmiləşdiriləcəkdir. Bu proses sizin adınıza olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (qeydiyyat vəsiqənizdə) hər hansı dəyişiklik edilməsi üçün əsas deyildir, sadəcə, alıcının adına müvafiq çıxarış veriləcəkdir.
Aldığım mobil telefon qüsurlu olduğu üçün geri qaytarmaq məcburiyyətindəyəm. Əgər dəyişəcəyim telefon arasında qiymət fərqi yaranarsa, mən bunu ödəməliyəm?
Elvin Nəcəfli,
Şamaxı rayonu
- Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir.
Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i.a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır ("İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun, 7-ci maddənin 4-cü hissəsi).
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!