oxucuların suallarına cavab verir
Həyətyanı sahəmdə 3 köşküm vardı. Bu il şəhər abadlaşdırılanda mən də onları sökdürüb yerində dördgözlü bir mağaza tikdirdim. Tikinti işləri başlayandan qurtarana kimi hər bir qanuni sənədi almışam. Mağaza 76 kv.m-dir. Bilmək istəyirəm, siqnalizasiya, sığorta və yanğınsöndürmə balonu qoyulması üçün nə qədər dövlət rüsumu ödəməliyəm?
Fərhad ƏLİYEV,
Ağstafa şəhəri
- Dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir) ("Dövlət rüsumu haqqında" qanun, 1.1-ci maddə). Həmin qanunda sualınızda qeyd edilən hərəkətlər və onların edilməsinə görə dövlət rüsumunun tutulması öz əksini tapmamışdır.
Qeyd edək ki, mağazada yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması və daşınmaz əmlakın icbari sığortası qüvvədə olan "Yanğın təhlükəsizliyi haqqında" və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası qanunlarından irəli gəlir.
"İcbari sığortalar haqqında" qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 6 dekabr 2011-ci il tarixli, Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi Qaydası"nın 1.1-ci bəndi ilə yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin hesablanma qaydası müəyyənləşdirilmişdir.
Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması üçün ödəniləcək xidmət haqqı məbləği tərəflərin özləri tərəfindən bağladıqları müqavilədə sərbəst şəkildə müəyyənləşdirilir.
Beləliklə, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması və daşınmaz əmlakın icbari sığortası üçün ödəniləcək məbləğ tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir və bu hərəkətlərə görə dövlət rüsumunun ödənilməsindən söhbət getmir.
Qohumum mənə məxsus mənzildə qeydiyyatdadır, lakin 4 ildir ki, həmin mənzildə yaşamır. 2008-ci ildə o, məhkəmədə iddia qaldıraraq həyat yoldaşını da mənə məxsus mənzilə qeydiyyata aldırmaq istədi. Mən də məhkəmədə qarşılıqlı iddia qaldıraraq onun qeydiyyatdan çıxarılmasını tələb etdim. Məhkəmə heç birimizin iddiasını təmin etmədi. Qohumumun son 4 il ərzində kommunal xidmət haqlarını ödəməməsi onun mənzil qeydiyyatından çıxarılması haqqında iddia ilə təkrar məhkəməyə müraciət etmək üçün əsas verirmi?
Akif ƏLİYEV,
Bakı şəhəri
- "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 9-cu maddəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığı halların dairəsi müəyyənləşdirilmişdir. Həmin halların dairəsində şəxsin kommunal xidmət haqlarını ödəməməsinə görə qeydiyyatdan çıxarılmalı olması halı nəzərdə tutulmamışdır. Buna görə də, kommunal xidmət haqlarının ödənilməməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsas deyildir.
Onu da nəzərə almaq lazımdır ki, kommunal xidmət haqlarına soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir (Azərbaycan Respublikası Mənzil Məcəlləsi, 136.4-cü maddə). Bu baxımdan, əgər siz kommunal xidmətlərə görə ödənişləri quraşdırılmış sayğacların (işıq, su və qaz) göstəricilərinə uyğun olaraq aparırsınızsa, onda mənzilinizdə yaşamayan qohumunuzun istifadə etmədiyi işıq, su və qaza görə ödəniş aparması üçün əsas belə yoxdur.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!