Ötən tədris ilinin yekunları uğurlu olub
2017-2018-ci dərs ilində Tərtər rayonunda 47 ümumtəhsil məktəbi fəaliyyət göstərib, 10 min 342 şagirdin təlim-tərbiyəsi ilə 1335 nəfər müəllim məşğul olub. Əvvəlki illərdə olduğu kimi, ötən tədris ilində də rayonun şagirdləri respublika fənn olimpiadalarında, müxtəlif yarış və müsabiqələrdə fəal iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Tərtər şəhərində keçirilən təhsil işçilərinin ənənəvi sentyabr konfransında bəhs edilib. Konfransda ötən tədris ilində görülən işlər ətraflı təhlil edilib, qarşıda duran vəzifələrdən bəhs olunub. Diqqətə çatdırılıb ki, orta ümumtəhsil məktəblərini bitirən 588 nəfər məzundan 363 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 224 nəfər ali, 108 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 19 nəfəri 500-600 arası, 10 nəfər isə 600-dən yuxarı bal toplayıb.
Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, yeni məktəblər inşa edilir, mövcud məktəblər təmir olunur və ya yenidən qurulur. Ötən tədris ilində Tərtər şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir edilib, Bayandur, Poladlı kəndlərində modul tipli məktəblər tikilib. Seydimli kənd tam orta məktəbinin əlavə korpusu və Qaradağlı kənd tam orta məktəbinin bir korpusu əsaslı təmir olunub. Hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin tikintisinə hazırlıq işləri görülür, Buruc kənd tam orta məktəbi cari təmir edilir. Rayonun digər məktəblərində də daxili imkanlar hesabına təmir işləri aparılaraq səliqə-sahman yaradılıb, yaşıllıqlar salınıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!