17 Mart 2026 16:43
151
İQTİSADİYYAT
A- A+
Ötən il xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 19 milyard dollar olub  

Ötən il xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 19 milyard dollar olub  


2025-ci il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 18,9 milyard dollar təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bunun 10,3 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 8,6 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 19,1 faiz azalaraq 1,7 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1,6 milyard dollar olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri əhəmiyyətli azalaraq 32,6 milyon dollar təşkil edib.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 28,6 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 5,3 milyard dollar olan nəqliyyat xidmətlərinin 67,9 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.

Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 3,6 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1,7 milyard dollar təşkil edib. Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 29,8 faiz artıb, idxalı isə 7,8 faiz azalıb. Bu müsbət dinamika nəqliyyat xidmətləri üzrə profisitin əhəmiyyətli genişlənməsini şərtləndirib və onun profisiti 49,1 faiz artaraq 1,9 milyard dollara çatıb.

Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ildə 1,3 milyard dollar təşkil edib. 2025-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3,5 milyard dollar olub.

Ümumilikdə, hesabat dövründə turizm xidmətləri üzrə balans profisitli olub, ixrac 2 milyard dollar olmaqla 1,5 milyard dollarlıq idxalı üstələyib, nəticədə turizm xidmətləri üzrə 438 milyon dollar həcmində profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15,3 faiz Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15 faiz artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1,5 milyard dollar olub. Bunun 74,9 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 29,2 milyon dollar təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 5,9 faiz artaraq 2,2 milyard dollar olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polşa Baş nazirinin müavini Azərbaycana qarşı həyata keçirilən dron hücumlarını pisləyib  

17:00
17 Mart

“Starlink” şəbəkəsində internet peyklərinin sayı 10 mini ötüb  

16:57
17 Mart

Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

16:56
17 Mart

Kənd təsərrüfatı nazirinin müavini Goranboyda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

16:50
17 Mart

Ağdərəyə növbəti köç - daha 41 ailə doğma yurduna qovuşub

16:49
17 Mart

Yaşa görə orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 57,2 faizə çatıb  

16:47
17 Mart

Ötən il xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 19 milyard dollar olub  

16:43
17 Mart

Tehran valisi 12 minə yaxın binanın bombardmandan zərər gördüyünü bildirib  

16:39
17 Mart

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Baş Prokurorluğun sorğusuna baxılacaq  

16:37
17 Mart

Koreya Respublikası rəsmisi işğaldan azad ərazilərdə aparılan bərpa işləri barədə məlumatlandırılıb  

16:13
17 Mart

IDEA könüllülərinin iştirakı ilə Tovuzda və Goranboyda 2000-dən çox ağac əkilib  

16:02
17 Mart

Çin Xalq Respublikasının səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib 

15:12
17 Mart

Energetika naziri: Yeni qanunvericilik aktları sektorun səmərəliliyinin artırılmasında mühüm rol oynayır

15:11
17 Mart

Yaxın Şərq neftinin qiyməti dünyada ən yüksək həddə çatıb  

15:10
17 Mart

İzmir səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Parkını ziyarət edib  

15:06
17 Mart

Kaya Kallas: Heç bir ölkə Hörmüz boğazında öz xalqını təhlükəyə atmağa hazır deyil  

15:04
17 Mart

Qazaxıstan Prezidenti yeni Konstitusiyanı imzalayıb

15:03
17 Mart

Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:51
17 Mart

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim cərimələnəcək 

14:49
17 Mart

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul edilib 

14:48
17 Mart

İxraca göndərilən neft məhsullarının həcmi azalıb

14:36
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!