17 Mart 2026 16:49
146
CƏMİYYƏT
A- A+
Ağdərəyə növbəti köç - daha 41 ailə doğma yurduna qovuşub

Ağdərəyə növbəti köç - daha 41 ailə doğma yurduna qovuşub


Martın 17-də Ağdərə rayonuna növbəti köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Aşağı Oratağ kəndində sakinlərə mənzillərin açarları təqdim olunub.

Bu gün Ağdərənin 5 kəndinə, ümumilikdə, 41 ailə olmaqla 201 nəfər köçürülüb. Rayonun Aşağı Oratağ kəndinə 108 nəfərdən ibarət 21 ailə, Çıldıran kəndinə 13 nəfərdən ibarət 3 ailə, Çapar kəndinə 17 nəfərdən ibarət 4 ailə, Həsənriz kəndinə 29 nəfərdən ibarət 6 ailə, Heyvalı kəndinə isə 34 nəfərdən ibarət 7 ailə doğma yurduna qayıdıb.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, həmçinin mərhələli köç prosesi barədə məlumat verib. Bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq bölgədə geniş tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ardıcıl şəkildə təmin olunur.

Yeni köçürülən sakinlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildirərək, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polşa Baş nazirinin müavini Azərbaycana qarşı həyata keçirilən dron hücumlarını pisləyib  

17:00
17 Mart

“Starlink” şəbəkəsində internet peyklərinin sayı 10 mini ötüb  

16:57
17 Mart

Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

16:56
17 Mart

Kənd təsərrüfatı nazirinin müavini Goranboyda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

16:50
17 Mart

Ağdərəyə növbəti köç - daha 41 ailə doğma yurduna qovuşub

16:49
17 Mart

Yaşa görə orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 57,2 faizə çatıb  

16:47
17 Mart

Ötən il xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 19 milyard dollar olub  

16:43
17 Mart

Tehran valisi 12 minə yaxın binanın bombardmandan zərər gördüyünü bildirib  

16:39
17 Mart

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Baş Prokurorluğun sorğusuna baxılacaq  

16:37
17 Mart

Koreya Respublikası rəsmisi işğaldan azad ərazilərdə aparılan bərpa işləri barədə məlumatlandırılıb  

16:13
17 Mart

IDEA könüllülərinin iştirakı ilə Tovuzda və Goranboyda 2000-dən çox ağac əkilib  

16:02
17 Mart

Çin Xalq Respublikasının səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib 

15:12
17 Mart

Energetika naziri: Yeni qanunvericilik aktları sektorun səmərəliliyinin artırılmasında mühüm rol oynayır

15:11
17 Mart

Yaxın Şərq neftinin qiyməti dünyada ən yüksək həddə çatıb  

15:10
17 Mart

İzmir səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Parkını ziyarət edib  

15:06
17 Mart

Kaya Kallas: Heç bir ölkə Hörmüz boğazında öz xalqını təhlükəyə atmağa hazır deyil  

15:04
17 Mart

Qazaxıstan Prezidenti yeni Konstitusiyanı imzalayıb

15:03
17 Mart

Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:51
17 Mart

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim cərimələnəcək 

14:49
17 Mart

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul edilib 

14:48
17 Mart

İxraca göndərilən neft məhsullarının həcmi azalıb

14:36
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!