07 May 2024 22:07
121
CƏMİYYƏT
A- A+

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb  

 

Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdikləri tədbirlər zamanı Bakı şəhərində müxtəlif ünvanlarda ünvan qeydiyyatına alınmadan və viza müddətindən artıq (qanunsuz) yaşayan 6 əcnəbi saxlanılıb. Həmin şəxslərin xaricdə turizm xidmətləri göstərən həmvətənləri tərəfindən 1000-1800 dollar qarşılığında Azərbaycanda işlə təmin etmək vədi ilə aldadaraq ölkə ərazisinə gəlmələrinin təşkil olunması müəyyənləşdirilib. Əcnəbilər ölkəmizdə yaşayan, ali təhsil müəssisələrinin birində əyani təhsil alan digər həmvətənləri tərəfindən qarşılanaraq müxtəlif ünvanlarda yerləşdirilib. Onlardan 3 nəfərin iş icazəsi əldə edilmədən tikinti işlərinə cəlb olunduğu, digər 3 nəfərin isə iş icazəsi almaq vədi ilə aldadılaraq pasportlarının alındığı, şikayət edəcəkləri təqdirdə, həbs olunacaqlarına dair təhdid edildiyi müəyyən edilib. Aşkarlanan hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

DMX-dən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə, 2024-cü ilin aprel ayında qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı Xidmət tərəfindən 785 əcnəbi saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövrdə miqrasiya qanunvericiliyini pozan 202 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 1598 inzibati qərar qəbul edilib.

Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda DMX-nin (012) “919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video