07 May 2024 13:30
285
İQTİSADİYYAT
A- A+

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb  

 

Bu ilin aprel ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 570 minə yaxın sərnişinə xidmət göstərilib.

Bakı hava limanından AZƏRTAC-a bildirilib ki, bu isə 379 min sərnişinin daşındığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz çoxdur.

Beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 54,3 faiz xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 280 mindən çox, milli aviadaşıyıcı isə 236 min sərnişinə xidmət göstərib.

Naxçıvan istiqamətində bu ilin aprel ayında daşınan sərnişinlərin sayı 30 faiz artaraq - 52,7 min nəfər təşkil edib. 2023 və 2024-cü ilin aprel ayının göstəricilərini müqayisə etdikdə bu marşrut üzrə reyslərin sayı 152-dən 266-yə yüksəlib.

Bununla yanaşı, tranzit sərnişinlərin sayında da artım müşahidə olunub. Ötən ilin aprel ayı ilə müqayisədə tranzit sərnişinlərin sayı 85 faiz artaraq 28 min nəfər təşkil edib. Beləliklə, 2024-cü ilin ilk 4 ayında Bakı hava limanında 41,3 faiz çox - 2 milyondan artıq sərnişinə xidmət göstərilib.

Qeyd olunan dövr ərzində hava limanından populyar beynəlxalq istiqamətlər sırasında İstanbul, Tbilisi, Dubay, Əbu-Dabi, Moskva, Ankara, Sankt-Peterburq, Dehli, Doha və Şarja kimi şəhərlər olub. AZAL, “Turkish Airlines”, “Ajet”, “Aeroflot”, “Rossiya Airlines”, “Air Arabia”, “Wizz Air Abu Dhabi”, “FlyDubai”, “Georgian Wings”, “Indigo”, “Qatar Airways” və digər aviaşirkətlər tərəfindən bu marşrutlar üzrə 1,178 milyondan çox sərnişin daşınıb.

Həmçinin, Bakı aeroportundan uçuş həyata keçirən aviadaşıyıcıların sayı 29-dan 34-də (14-ü loukoster) yüksəlib ki, bu da sərnişinlərə daha çox səyahət seçimi imkanı təqdim edib. Bu aviaşirkətlər tərəfindən cari ilin ilk 4 ayı ərzində 8494 reys yerinə yetirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video