28 Mart 2024 09:09
158
CƏMİYYƏT
A- A+

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir  

 

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir.

AZƏRTAC türkiyəli doktor Özkan Akyolun mövzu ilə bağlı araşdırmasını təqdim edir.

O, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğunun elmi şəkildə sübuta yetirildiyini bildirib: “Oruc tutmaq bir tərəfdən həzm sisteminə, digər tərəfdən insan psixologiyasına faydalıdır. Orqanizmdə toplanmış yağlar oruc zamanı yağ hüceyrələri vasitəsilə parçalanır. Sağlam arıqlama yığılmış yağların parçalanması yolu ilə baş verir. Ancaq imsak və iftarda az kalorili qidalanma ilə buna nail olmaq olar. Elmi araşdırmalar oruc və insulin sağlamlığı arasındakı əlaqəni ortaya qoyur. Tədqiqat sübut edib ki, oruc tutarkən hüceyrələr daha çox qlükoza qəbulu ilə bağlı siqnal göndərir. Bu da insulinin normallaşmasına müsbət təsir göstərir”.

Mütəxəssis qeyd edir ki, orucun həzm sisteminə də faydası var. Oruc tutmaq həzm sisteminin dincəlməsinə kömək edir. Müntəzəm oruc tutmaq metabolik sağlamlığa faydalıdır, həmçinin bağırsaqların normal fəaliyyətinə kömək edir. Az yemək ömrü uzadır və daha uzun yaşamağa kömək edir.

“Oruc bədənimizi yeniləyir. Parkinson və Alzheimer kimi xəstəliklərə qarşı qoruyucu rol oynaya bilir. Elmi araşdırmalar göstərir ki, vəhşi heyvanlar xəstə olduqda qida qəbulunu azaldır. Oruc tutmaq da immun sistemini gücləndirməklə bir çox xəstəlikdən qorunmağa kömək edir və bəzi xəstəliklərin müalicəsini sürətləndirir. Oruc tutmaq orqanizmin ümumi təmizlənməsi üçün faydalıdır. Həzm sisteminin təmizlənməsi dolayı yolla bütün orqanizmi təmizləyir. Qaraciyər və böyrəklərdəki toksinlər təmizləndiyi üçün dəri yenilənir”, - deyə həkim əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video