13 Dekabr 2024 08:35
545
İQTİSADİYYAT
A- A+
Orta dəhlizin daha çox yüklənməsi barədə razılıq əldə edilib

Orta dəhlizin daha çox yüklənməsi barədə razılıq əldə edilib


Hazırda dünyada baş verən müharibələrin və kəskin qarşıdurmaların qlobal ticarətin aparıldığı ənənəvi marşrutlarda problemlər yaratması haqqında yazmışdıq. Onu da yazmışdıq ki, belə vəziyyət beynəlxalq ticarət və təchizatda aktivliyin aşağı düşməsinə səbəb olub və o üzdən yeni və təhlükəsiz marşruta ehtiyac yaranıb. Və bu zaman məlum olub ki, hazırda Orta dəhliz ticarətin aparılması üçün ən əlverişli marşrutdur.

Ona görə də bu gün maraqlı dövlətlər, beynəlxalq maliyyə qurumları və qlobal nəqliyyat təşkilatları Orta dəhlizin yükdaşıma qabiliyyətinin artmasında maraqlıdırlar. Bu marşrutun imkanlarını genişləndirmək üçün Azərbaycan da maraqlı tərəflərlə əməkdaşlığı artırır. Məqsəd məlumdur - Orta dəhliz vasitəsilə daha çox yük daşınmasına nail olmaq. Bunun üçünsə marşrutun ərazisindən keçdiyi bütün ölkələrin və maraqlı tərəflərin səyləri birləşdirilməlidir. Son dövrlər Orta dəhlizlə bağlı keçirilən toplantılar, qəbul edilən qərarlar həm də məhz buna xidmət edir.

Dünya Bankının Direktorlar Şurası Türkiyənin elektrik dəmir yolu nəqliyyatını inkişaf etdirmək səylərini dəstəkləmək üçün 660 milyon dollar məbləğində maliyyə dəstəyini təsdiqləyib. Vəsait Türkiyənin şərqində, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM - Orta dəhliz) bir hissəsi olan Divriği-Qars hissəsində dəmir yolu bağlantısının imkanlarının genişləndirilməsinə sərf olunacaq. Vəsaitin ayrılmasında məqsəd dizel qatarlarının elektrik qatarları ilə dəyişdirilməsini və Sivasın Divriği rayonu ilə Gürcüstanla sərhəddə yerləşən Qars arasındakı 660 kilometrlik dəmir yolunun tam elektrikləşdirilməsini və modernləşdirilməsini təmin etməkdir. İcra ediləcək layihə dörd əyaləti - Sivas, Ərzincan, Ərzurum və Qarsı birləşdirəcək və marşrut boyunca təxminən 600 min sakinin rifah halını yaxşılaşdıracaq, yerli biznes və kənd təsərrüfatı müəssisələrinə əhəmiyyətli dəstək vermiş olacaq.

Ən əsası, layihə başa çatdıqdan sonra dəmir yolu ilə yükdaşıma qabiliyyəti ildə təqribən 750 min tondan 20 milyon tona yüksələcək ki, bu da TBNM-dəki əsas dar boğazın aradan qaldırılmasına imkan yaradacaq. Həmçinin layihənin 2030-cu ilə qədər ildə 72332 ton karbon emissiyasının qarşısını alacağı gözlənilir. 2060-cı ilə qədər isə bu rəqəmin ildə 245835 tona yüksələcəyi proqnozlaşdırılır. Ümumi dəyəri 800 milyon dollar olan layihənin icrası Orta dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, həmçinin Türkiyədən keçən və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat yolunun yükötürmə qabiliyyətini daha da artıracaq. Qazaxıstan və Çin Orta dəhlizin önəmli ölkələrindəndir. Hər iki dövlət  Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və bu dəhlizin birgə yüklənməsi barədə razılığa gəliblər. Bu barədə məlumatı Qazaxıstanın Nəqliyyat Nazirliyi açıqlayıb. 

Bildirilib ki, razılaşma Qazaxıstan və Çinin nəqliyyat nazirləri Marat Karabayev və Lyu Vey arasında Pekində keçirilən görüşdə əldə olunub. M.Karabayevin Pekinə işgüzar səfəri çərçivəsində tərəflər dəmir yolu və avtomobil daşımaları sahəsində yüklərin həcminin, habelə ölkələr arasında reyslərin sayının və TBNM üzrə daşımaların əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər. Hazırda Çindən TBNM üzrə (Çin-Avropa istiqamətində) daşımaların həcmi 27 min 20 futluq konteyner ekvivalentini ötüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə çoxdur.

Tərəflər söhbət zamanı TBNM marşrutunun birgə inkişafı, həmçinin yüklərin fasiləsiz keçidinin təmin edilməsi üzrə daimi işçi qrupun yaradılması və bu dəhlizin birgə yüklənməsi barədə razılıq da əldə ediblər. Həmin razılaşmalar çərçivəsində bu ilin dekabrında Çindən TBNM dəhlizi üzrə litium-ion batareyalarının daşınması üçün sınaq reysinin işə salınması gözlənilir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polşa Baş nazirinin müavini Azərbaycana qarşı həyata keçirilən dron hücumlarını pisləyib  

17:00
17 Mart

“Starlink” şəbəkəsində internet peyklərinin sayı 10 mini ötüb  

16:57
17 Mart

Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

16:56
17 Mart

Kənd təsərrüfatı nazirinin müavini Goranboyda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

16:50
17 Mart

Ağdərəyə növbəti köç - daha 41 ailə doğma yurduna qovuşub

16:49
17 Mart

Yaşa görə orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 57,2 faizə çatıb  

16:47
17 Mart

Ötən il xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 19 milyard dollar olub  

16:43
17 Mart

Tehran valisi 12 minə yaxın binanın bombardmandan zərər gördüyünü bildirib  

16:39
17 Mart

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Baş Prokurorluğun sorğusuna baxılacaq  

16:37
17 Mart

Koreya Respublikası rəsmisi işğaldan azad ərazilərdə aparılan bərpa işləri barədə məlumatlandırılıb  

16:13
17 Mart

IDEA könüllülərinin iştirakı ilə Tovuzda və Goranboyda 2000-dən çox ağac əkilib  

16:02
17 Mart

Çin Xalq Respublikasının səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib 

15:12
17 Mart

Energetika naziri: Yeni qanunvericilik aktları sektorun səmərəliliyinin artırılmasında mühüm rol oynayır

15:11
17 Mart

Yaxın Şərq neftinin qiyməti dünyada ən yüksək həddə çatıb  

15:10
17 Mart

İzmir səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Parkını ziyarət edib  

15:06
17 Mart

Kaya Kallas: Heç bir ölkə Hörmüz boğazında öz xalqını təhlükəyə atmağa hazır deyil  

15:04
17 Mart

Qazaxıstan Prezidenti yeni Konstitusiyanı imzalayıb

15:03
17 Mart

Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:51
17 Mart

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim cərimələnəcək 

14:49
17 Mart

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul edilib 

14:48
17 Mart

İxraca göndərilən neft məhsullarının həcmi azalıb

14:36
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!