26 İyun 2025 08:40
642
SİYASƏT
A- A+
Ordunun qüdrəti həm də şəxsi heyətin vətənpərvərlik hissindədir

Ordunun qüdrəti həm də şəxsi heyətin vətənpərvərlik hissindədir


Dövlətin hərbi qüdrəti onun təhlükəsizliyini təmin etmək, beynəlxalq təsir gücü və qarşıya qoyduğu məqsədə çatmaq qabiliyyətini şərtləndirən əsas amildir. Azərbaycan Silahlı Qüvvələri də bu gün dünyanın ən güclü orduları sırasındadır. Ərazi bütövlüyü və suverenliyimizin bərpası ilə adını müzəffər ordular sırasına yazdıran ordumuz müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biridir. 

Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, məhz Ümummilli Liderin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli Silahlı Qüvvələr yaratmağa imkan verdi, həmçinin onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Müstəqilliyin ilk illərində də xalqın təkidli tələbilə hakimiyyətə qayıdan böyük siyasətçi qanunsuz silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi.

Ulu Öndər hər zaman deyirdi: "Ordu mövzusu bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik". 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda "öldü var, döndü yoxdur" deyərək 30 illik işğala son qoyan Azərbaycan Ordusu əsas vəzifənin bir an belə arxa plana keçmədiyini sübut etdi. 44 gün ərzində əldə edilmiş Qələbə məhz hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanıldı.

Azərbaycanın böyük qələbəsi bir daha sübut etdi ki, ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən həm də döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutduqda böyük zəfərlər əldə etmək mümkündür.

Zaman göstərdi ki, Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, "etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz".

Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub. Bu illər ərzində ölkəmizdə ordu quruculuğu prosesi tam şəkildə beynəlxalq standartlara uyğunlaşdırılıb. Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığı artırılır, şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksəldilir, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı davam edir. Təsadüfi deyil ki, 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Azərbaycan həm də müdafiə sənayesini inkişaf etdirir. Belə ki, ölkəmizin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə yerli istehsal gücləndirilir və beynəlxalq əməkdaşlıq genişləndirilir.

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması isə yeni inkişaf mərhələsi deməkdir. Strateji tərəfdaşlığı və hərbi əməkdaşlığı müəyyən edən Şuşa Bəyannaməsi çərçivəsində də müdafiə qabiliyyətinə və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn sıx əməkdaşlıq, müasir müharibələrin tələblərinə uyğun kadrların hazırlığı davam edir. Xarici ölkələrin bu istiqamətdə qabaqcıl təcrübələri öyrənilir və milli maraqlara uyğun şəkildə tətbiq olunur.

Prezident İlham Əliyevin də söylədiyi kimi, Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu, qalib xalq kimi qeyd edirik. Azərbaycan qalib ölkə kimi beynəlxalq problemlərin həllində siyasi vasitələri hərbi vasitələrdən üstün tutur, öz hərbi gücünü ölkənin müdafiəsi və təhlükəsizliyi üçün inkişaf etdirir.


Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!