Ordumuzun aprel qələbəsindən sonra rahatlıq tapmışıq
3400 nəfər əhalisi və 740 təsərrüfatı olan Goranboyun Tapqaraqoyunlu kəndi uzun illər düşmən mövqeləri ilə üzbəüz qaldığından bu müddət ərzində gərgin və rahatsız şəraitdə yaşamışıq. Lakin heç bir zaman qorxmamışıq, çəkinməmişik - həyatımızı sürmüş, təsərrüfatımızı inkişaf etdirmişik.
Belə demək mümkünsə, övladlarımız güllə-mərmi səsləri, barıt qoxusu altında böyüyüb. Əvvəllər elə gün olmurdu ki, ermənilər müxtəlif çaplı silahlardan kəndimizi atəşə tutmasınlar. Bu səbəbdən kəndin təhlükəsizliyini təmin etmək üçün uzunluğu 2 kilometr, hündürlüyü 4 metr olan istinad divarı çəkilmişdi.
Keçən il aprel ayının əvvəllərində düşmənin təxribatlarının qarşısını alıb əks-həmlə ilə ona sarsıdıcı zərbə endirən Azərbaycan Ordusu ərazidəki strateji yüksəklikləri ələ keçirdi. Bir sıra yaşayış məntəqəsini, o cümlədən kəndimizi atəş altında saxlayan erməni mövqelərinin məhv edilməsi, düşmənin xeyli geri atılması nəticəsində, nəhayət, dinclik tapmış, gərginlikdən çıxmışıq. İndi rahat nəfəs alırıq.
Doğrudur, gərgin aprel döyüşləri zaman düşmən tərəfindən kənddə evlərə və infrastruktura xeyli ziyan vurulmuşdu. Amma dövlət qayğısı nəticəsində dəyən ziyan qısa zaman ərzində sürətlə aradan qaldırıldı, eləcə də qaz, işıq və rabitə xətləri bərpa edildi. Arabir çox uzaqdan atəş səsləri eşitsək də bilirik ki, kəndimizə heç bir təhlükə yoxdur. Çünki əminik və bilirik ki, gündən-günə qüvvətlənən qüdrətli ordumuz bizi mətinliklə qoruyur.
Samir MUSTAFAYEV,
Goranboy rayonu,
Tapqaraqoyunlu kənd sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!