Ömrünüzün “üçüncü baharı” fərəhlə keçsin
BMT-nin Əhali Fondu (BMTƏF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində tədbir keçiriblər.
Tədbirdə layihənin yaşlıların rifahına, daha sağlam və müstəqil həyat sürmələrinə, fəal iştirakçılıq imkanlarına malik olmalarına dəstək məqsədi daşıdığı vurğulanıb. Bu layihə çərçivəsində əhalinin yaşlı təbəqələri ilə mütəmadi məlumatlandırma görüşləri təşkil olunur və onlarda fəal iştirakçılığa maraq artırılır.
Sözügedən tədbirdə layihənin icraedici tərəfdaşı "Üçüncü bahar” İB-nin təmsilçisi Nərmin Qəniyeva, BMTƏF-in layihə meneceri Nailə Cəfərova, təlimçi Elçin Əzimli çıxış ediblər. E.Əzimli özünün "Dan ulduzu” kitabına əsaslanaraq qeyd edib ki, emosional intellekti inkişaf etdirməklə fərdlərarası münasibətlərdə özünəinamın güçləndirilməsinə nail olmaq mümkündür.
Tədbir emosional intellektə dair praktik məşğələlərlə davam etdirilib. Müzakirələrdə dinləyicilər fikir və rəylərini bildiriblər.
Qeyd edək ki, BMTƏF və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən bu layihə pensiya yaşına çatmış şəxslərin ömürlərinin sonrakı hissəsində də fəal və sağlam həyat tərzi keçirməsini təmin etmək məqsədilə müxtəlif dəstəkləyici və inklüziv tədbir və proqramların tətbiqini nəzərdə tutan innovativ sosial təşəbbüsdür. Layihə çərçivəsində ölkənin ilk fəal yaşlanma indeksinin hazırlanması, yaşlı əhali ilə ölkə boyu ictimai görüşlərin keçirilməsi, fəal yaşlanma ilə bağlı maarifləndirmə və təşviqatın aparılması, ahıllar üçün nəzərdə tutulan bir sıra fəaliyyətlərin həyata keçirilməsi də nəzərdə tutulur.
2019-2021-ci illəri əhatə edən layihə "ASAN” xidmət, Dövlət Statistika Komitəsi, DOST Agentliyi və "Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlıq şəraitində icra edilir.
Nəzakət ƏHMƏDOVA
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!