04 May 2025 09:35
527
CƏMİYYƏT
A- A+
Ömrümüz mübarizəsiz, zəfərsiz olmasın

Ömrümüz mübarizəsiz, zəfərsiz olmasın


Təbiətin, cəmiyyətin hansı tərəfinə, hansı səmtinə baxırıqsa, orada canlanma, oyanış, tərpəniş, mübarizə görürük. Təhsildə, elmdə, yaradıcılıqda, idman meydançalarında, yolda, yerin altında, yerin üstündə, bir sözlə, hər yerdə, hər zaman dayanmadan mübarizə gedir. Sanki içində yaşadığımız həyat bizi qabağına qatıb üzü sabahlara, mübarizələrə doğru aparır. Bunları gördükcə düşünürük ki,  mübarizəsiz həyat yoxdur. Mübarizə harada varsa, orada həyat da var, yaşam da. Deməli, həyat da elə bu mübarizələrdən doğur. 

Həyat tərzimiz sanki bizdən tələb edir ki, yaşamaq, dünyada var olmaq, ömür yoluna davam etmək istəyirsənsə, mübarizəndən qalma. Zəhmət çək, əziyyətə qatlaş, çalış, vuruş, çabala, mübarizə apar. Qollarına güc ver, əzələlərini gər,  rəqiblərinə qalib gəl. Tənbəlliyin daşını at, hay-haray sal, mübarizəyə davam et, başqalarından irəlidə get. Onda ürəyindəki arzuların çiçək açar, gül açar, nəsibin uğur və qələbə olar. İstəklərin, diləklərin ünvanına çatar, ürəyin qazanacağın zəfərlərdən rahatlıq tapar. Mübarizələrdən doğulan uğurlar, qələbələr ömrünün, gününün sabahlarına bolluca sevinc qatar. 

Bizə qoynunda geniş yer vermiş doyumsuz həyat daim yol yoldaşımız, can sirdaşımız olan mübarizənin üstündə qurulub. Deməli, ulularımız "həyat mübarizədir" fikrini elə-belə, söz xatirinə dillərinə gətirməyiblər. Bu fikri, bu sözləri yalnız eşitmək, dinləmək üçün bizə çatdırmayıblar. Həyatı başdan ayağa, ayaqdan başa görüblər, duyublar. Sonra müdriklik paltarına bürünmüş bu sözləri deyiblər. Bu sözlərlə bizi mübarizələrə, zəfərlərə səsləyiblər. 

Təbiətdəki bütün canlılar həyatda qalmaq uğrunda mübarizə aparırlar. Bəzən görürük ki, hansısa bir səbəbdən ağacın, gülün gövdəsindən qopan bir budaq, bir çiçək torpağın, suyun qoynuna düşür. Qəflətən isti, rahat "yeri"ndən olur. Həmin an ürəyi, qəlbi kədərlə dolur. Çünki bu anlarda var olması üçün təhlükə yaranır. Amma nə budaq, nə də çiçək torpağa, suya düşdüyü an qurumağa, məhv olmağa boyun əyir, təslim olur, "ağ bayraq" qaldırır. Yaşamaq, var olmaq üçün mübarizəyə başlayır. Bütün olub-qalan gücünü, qüvvəsini yaşamağa, sağ qalmağa səfərbər edir. Həyatda var olmaq üçün mübarizə aparır, sanki bütün dünyaya qarşı üsyan qaldırır. 

Gövdəsindən qırılmış budaq, çiçək qoynuna düşmüş torpaqla asta-asta pıçıldaşır, su ilə mehribanlaşır, onlarla şirin-şirin danışır. Yavaş-yavaş torpaqdan, sudan güc alır. Buna görə də qurumur, solmur, gözəlliyini itirmir, həyatda qalır. Torpaq da, su da kökündən qopmuş budağa, çiçəyə həyan olur, arxasında dayanır. Gücünü, enerjisini onlardan əsirgəmir. Onun ləçəklərinə, tumurcuqlarına asta-asta sığal-tumar çəkir. Bu qayğıdan, bu nəvazişdən budaq da, çiçək də cana gəlir. Yaşamaq uğrunda apardığı mübarizə bəhrəsini verir. Yavaş-yavaş gülün, budağın qədd-qaməti dikəlir, ovqatı düzəlir. Su ilə, torpaqla baş-başa verib yaşadıqca yaşayır. Yenə də əvvəlki kimi səmaya, buludlara, zirvələrə əl uzadıb, ucaldıqca ucalır. Gülün, budağın belə davamlı mübarizəsindən ikinci həyat başlayır. Deməli, həyat mübarizədən doğulur, mübarizə sabahkı günlərə açılan qapıdır. Mübarizə aparmasan, bu qapıdan keçə bilməzsən. 

Sanki təbiət bu cür qeyri-adi səhnələri, mənzərələri, təsvirləri, gözəllikləri, özəllikləri ilə insanlara mübarizə dərsi keçir, yol göstərir. Həyatın, yaşamın, var olmağın indiyə qədər elmə məlum olmayan düsturunu yaradır. Deməli, yaşamaq, var olmaq üçün mübarizələrdən qalmamalıyıq. Heç vaxt ruhdan, ovqatdan düşməməliyik. Ürəyimizin qapılarını mübarizənin üzünə geniş açmalıyıq. Nəfəsimizlə alov saçmalıyıq, sevincə, fərəhə qucaq açmalıyıq. Həmişə uğura, zəfərə hesablanmış mübarizənin ön sıralarında addımlamalıyıq. Elə etməliyik ki, mübarizələrdən doğulan həyat eşqimiz heç vaxt sönməsin. Gözəl həyatımızın qapısını heç vaxt kədər döyməsin, qəlbimizin tumurcuqlayan budaqlarını zamanın ruzigarı sındırmasın, sevincdən könlümüzdə açmış çiçəklər solmasın. Ömrümüzün günləri, həftələri, ayları mübarizələrdən doğulacaq zəfərsiz olmasın.


Vahid MƏHƏRRƏMOV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!