20 Oktyabr 2026 12:15
141
CƏMİYYƏT
A- A+
Ombudsman “Uşaq Hüquqları Aylığı” elan edib  

Ombudsman “Uşaq Hüquqları Aylığı” elan edib  


Hər il olduğu kimi, bu il də BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində, oktyabrın 20-dən noyabrın 20-dək olan müddət ombudsman tərəfindən ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə ombudsmanın “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciətində bildirilib.

Qeyd olunub ki, uşaqların fiziki, əqli, mənəvi və sosial inkişafına əlverişli şəraitin yaradılması, onların təhlükəsizliyinin, rifahının və cəmiyyət həyatında fəal iştirakının təmin olunması, bütün uşaqlar üçün bərabər imkanların formalaşdırılması hər bir dövlətin və cəmiyyətin əsas vəzifələrindəndir.

1989-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya uşaqların müstəqil hüquq subyekti kimi tanınmasına əsaslanan beynəlxalq hüquqi çərçivəni müəyyən edib. Azərbaycanın da iştirakçısı olduğu bu sənəd uşaqların hüquqlarının təmin edilməsi ilə bağlı dövlətlərin üzərinə mühüm öhdəliklər qoyur.

Bildirilib ki, uşaq hüquqlarının qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə daim bu istiqamətdə kompleks islahatlar həyata keçirilir, qanunvericiliyin və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, keyfiyyətli xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, ümumilikdə, uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi sahəsində mühüm nailiyyətlər əldə olunur.

Cari ildə “Uşaq hüquqları haqqında” Qanunun və digər əlaqəli normativ-hüquqi aktların qəbul edilməsi, eləcə də uşaqların sosial şəbəkə platformalarından istifadəsi üçün məhdudiyyətlərin müəyyənləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi uşaq hüquqlarının qorunması sahəsində hüquqi tənzimləmənin müasir tələblər nəzərə alınmaqla təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi uşaqların təhlükəsiz, sağlam, əlçatan və inklüziv mühitdə yaşamaq hüququnun təmin olunması, Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası baxımından xüsusi önəm daşıyır.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində ölkənin digər bölgələri ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə də uşaqlar üçün zəruri infrastruktur və xidmətlər yaradılır, onların hüquqlarının təmin olunması istiqamətində davamlı tədbirlər görülür.

Müraciətdə vurğulanıb ki, müasir dövrdə qloballaşma və rəqəmsal inkişaf yeni ictimai münasibətlərin yaranmasına səbəb olur. Bu isə öz növbəsində uşaq hüquqları sahəsində siyasətin və qanunvericiliyin təkmilləşdirilməsini, cəmiyyətdə hüquqi maarifləndirmə tədbirlərinin yeni çağırışlara uyğun olaraq genişləndirilməsini zəruri edir.

Uşaq hüquqlarının müdafiəsi və təşviqi Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətində mühüm yer tutur. Bu sahədə müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyət zamanı aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər qurumlarla əməkdaşlıq edilir.

Aylığın keçirilməsində məqsəd ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bununla bağlı ictimaiyyətin məlumatlılığının və bu sahəyə diqqətin daha da artırılmasıdır.

Ombudsman müraciətində aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və uşaq hüquqları sahəsində fəaliyyət göstərən digər qurumları elan edilmiş “Uşaq Hüquqları Aylığı” təşəbbüsünə qoşulmağa, oktyabrın 20-dən noyabrın 20-dək uşaqların iştirakı təmin olunmaqla uşaq hüquqlarının müdafiəsinə dair müxtəlif tədbirlər keçirməyə çağırıb.

Səbinə Əliyeva bildirib ki, qurumlararası səmərəli əməkdaşlıq nəticəsində uşaqların hüquqlarının daha etibarlı müdafiəsinə və bu sahəyə diqqətin gücləndirilməsinə nail olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Sadır Japarov Azərbaycanla müttəfiqlik münasibətlərinin əhəmiyyətini vurğulayıb

14:49
20 Oktyabr

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb  

14:48
20 Oktyabr

Zəngilanda Şəhər Günü qeyd olunur

14:36
20 Oktyabr

Qazaxıstan Qurultayının sədri: Azərbaycan parlamenti ilə əlaqələrin inkişafında maraqlıyıq  

14:35
20 Oktyabr

Hafiz Səfixanov: Vətən müharibəsindən sonra 443 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub  

14:34
20 Oktyabr

DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

14:33
20 Oktyabr

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub  

14:32
20 Oktyabr

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq 

14:31
20 Oktyabr

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

14:30
20 Oktyabr

ARDNF dövlət büdcəsinə 9,6 milyard manat köçürüb

14:29
20 Oktyabr

ARDNF-nin investisiya portfelində ABŞ dollarının payı 3 faizdən çox artıb  

14:25
20 Oktyabr

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər açıqlanıb

14:18
20 Oktyabr

Nazir: “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Avropaya ildə 20 teravat-saat elektrik enerjisi ötürə bilər  

14:11
20 Oktyabr

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötüb

14:10
20 Oktyabr

Zəngilan doğma sakinlərinin qayıdışı ilə yeni inkişaf dövrünü yaşayır  

14:04
20 Oktyabr

Yaxın Şərq problemi həll olunmasa Avropada problemlər daha da artacaq

14:01
20 Oktyabr

“Azəri-Çıraq-Günəşli” yatağından ARDNF-yə daxil olan gəlirlər 6 faizdən çox artıb

13:51
20 Oktyabr

Kiyev-Odessa avtomagistralına dron hücumu nəticəsində 3 nəfər ölüb  

13:39
20 Oktyabr

Azərbaycan nefti 118 dollara satılır 

13:36
20 Oktyabr

Milli Məclisin sədri: TÜRKPA çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk  

13:23
20 Oktyabr

Nazir: Bu il Azərbaycanda bərpaolunan enerjinin elektrik istehsalında payı 20 faizə yüksəlib  

13:09
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!