20 Oktyabr 2026 14:34
277
CƏMİYYƏT
A- A+
Hafiz Səfixanov: Vətən müharibəsindən sonra 443 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub  

Hafiz Səfixanov: Vətən müharibəsindən sonra 443 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub  


Vətən müharibəsindən sonra 443 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub.

AZƏRTAC xəbər verir ki, bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

O deyib ki, mina qurbanlarının 58 nəfəri mülki şəxslərdir, onların arasında qadınlar və uşaqlar da var: "Azərbaycan mina qurbanlarının sayına görə Cənubi Qafqazda birincidir. Təəssüf ki, bu say artmaqda davam edir".

Təşkilat rəhbəri diqqətə çatdırıb ki, "İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi" adlı layihə yekunlaşır. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, eyni zamanda, Minatəmizləmə Agentliyinin tərəfdaşlığı ilə birgə elan olunan qrant müsabiqəsi çərçivəsində həyata keçirilib. Layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması olub.

Hafiz Səfixanovun sözlərinə görə, Kəlbəcər, Şuşa, Cəbrayıl, Xocavənd şəhərlərində, Laçın rayonunun Bəylik, Sus, Zabux kəndlərində, Xocavəndin Qırmızı Bazar qəsəbəsində və Xanoba kəndində, eləcə də Zəngilanın Ağalı kəndində keçirilən maarifləndirmə tədbirlərində geri qayıtmış keçmiş məcburi köçkünlər, müəllimlər, şagirdlər, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları, həmçinin mühəndis və fəhlələr iştirak ediblər. Ümumilikdə azad olunmuş ərazilərdəki 691 nəfər bu tədbirlərə qatılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Regiona barış gətirən qətiyyətli siyasət  

15:46
20 Oktyabr

Fransanı xaosa sürükləyən yarıtmaz siyasət    

15:26
20 Oktyabr

Növbəti üç gündə bəzi yerlərdə yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

15:14
20 Oktyabr

“Şərqi Azəri” platformasından 20 il ərzində 645 milyon bareldən çox neft hasil edilib  

15:01
20 Oktyabr

Prezident Sadır Japarov Azərbaycanla müttəfiqlik münasibətlərinin əhəmiyyətini vurğulayıb

14:49
20 Oktyabr

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb  

14:48
20 Oktyabr

Zəngilanda Şəhər Günü qeyd olunur

14:36
20 Oktyabr

Qazaxıstan Qurultayının sədri: Azərbaycan parlamenti ilə əlaqələrin inkişafında maraqlıyıq  

14:35
20 Oktyabr

Hafiz Səfixanov: Vətən müharibəsindən sonra 443 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub  

14:34
20 Oktyabr

DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

14:33
20 Oktyabr

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub  

14:32
20 Oktyabr

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq 

14:31
20 Oktyabr

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

14:30
20 Oktyabr

ARDNF dövlət büdcəsinə 9,6 milyard manat köçürüb

14:29
20 Oktyabr

ARDNF-nin investisiya portfelində ABŞ dollarının payı 3 faizdən çox artıb  

14:25
20 Oktyabr

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər açıqlanıb

14:18
20 Oktyabr

Nazir: “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Avropaya ildə 20 teravat-saat elektrik enerjisi ötürə bilər  

14:11
20 Oktyabr

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötüb

14:10
20 Oktyabr

Zəngilan doğma sakinlərinin qayıdışı ilə yeni inkişaf dövrünü yaşayır  

14:04
20 Oktyabr

Yaxın Şərq problemi həll olunmasa Avropada problemlər daha da artacaq

14:01
20 Oktyabr

“Azəri-Çıraq-Günəşli” yatağından ARDNF-yə daxil olan gəlirlər 6 faizdən çox artıb

13:51
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!