20 Oktyabr 2026 13:09
227
İQTİSADİYYAT
A- A+
Nazir: Bu il Azərbaycanda bərpaolunan enerjinin elektrik istehsalında payı 20 faizə yüksəlib  

Nazir: Bu il Azərbaycanda bərpaolunan enerjinin elektrik istehsalında payı 20 faizə yüksəlib  


Ötən bir il ərzində ölkədə generasiya ilə yanaşı, elektrik şəbəkəsinin gücü də 1540 MVA artaraq 31 min 429,9 MVA-a çatıb.

AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilən “Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına” adlı məqaləsində qeyd edib.

Nazir bildirib ki, ötən il ölkədə istehsal olunan 28,7 milyard kilovat-saat elektrik enerjisinin 13,4 faizi bərpaolunan mənbələrin payına düşdüyü halda, cari ilin ilk doqquz ayında istehsal edilmiş 21,2 milyard kilovat-saat elektrik enerjisində bu göstərici 20 faizə yüksəlib.

“Bu sahədə mühüm nəticələrdən biri də Naxçıvan Muxtar Respublikasında əldə olunub. Belə ki, cari ilin aprelin 21-dən iyulun 2-dək Naxçıvanın elektrik enerjisinə olan tələbatı tam şəkildə bərpaolunan enerji mənbələri hesabına ödənilib. Ümumilikdə isə ilin ilk doqquz ayında bütün növ bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı hesabına 840 milyon kubmetr təbii qaza qənaət edilib. Bu nəticələr Azərbaycanda yaşıl enerji sahəsində görülən işlərin artıq öz bəhrəsini verdiyini göstərir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) də vurğuladığı kimi, ölkələrin enerji keçidində uğuru artıq yeni hədəflərin elan edilməsi ilə deyil, müəyyənləşdirilmiş hədəflərin nə dərəcədə həyata keçirilməsi ilə ölçülür. Bu baxımdan, Azərbaycanda Günəş və külək elektrik stansiyalarının planlaşdırılmış qrafikə uyğun istifadəyə verilməsi 2027-ci ilə qədər bərpaolunan enerji mənbələrinin ümumi qoyuluş gücündə payını 33,3 faizə çatdırmaq hədəfinə doğru ardıcıl irəliləyişi nümayiş etdirir”, - deyə o qeyd edib.

P.Şahbazovun sözlərinə görə, ölkədə yaşıl enerjinin inkişafının birinci mərhələsi çərçivəsində nəzərdə tutulan ümumi gücü 2 giqavat olan 11 Günəş və külək elektrik stansiyasından üçü - ümumilikdə 570 meqavat gücündə olan stansiyalar artıq fəaliyyət göstərir: “2026-cı ilin sonunadək 445 meqavat gücündə “Biləsuvar” və 25 meqavat gücündə “Şəms 1” Günəş elektrik stansiyalarının istismara verilməsi planlaşdırılır. Eyni zamanda, “Masdar” şirkəti tərəfindən 200 meqavat gücündə külək elektrik stansiyası layihəsinin icrası davam etdirilir. 2027-ci ildə isə 315 meqavat gücündə “Neftçala”, 240 meqavat gücündə “Şəfəq”, hər biri 50 meqavat gücündə olan “Şəms” və “Üfüq”, eləcə də 25 meqavat gücündə “Qərbi Üfüq” Günəş elektrik stansiyaları istifadəyə hazır olacaq. Bu stansiyalarda illik 5 milyard kilovat-saatelektrik enerjisinin istehsalı hesabına 1,1 milyard kubmetrdən çox təbii qaza qənaət edilməsi və karbon emissiyalarının 2,4 milyon tonadək azaldılması gözlənilir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Sadır Japarov Azərbaycanla müttəfiqlik münasibətlərinin əhəmiyyətini vurğulayıb

14:49
20 Oktyabr

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb  

14:48
20 Oktyabr

Zəngilanda Şəhər Günü qeyd olunur

14:36
20 Oktyabr

Qazaxıstan Qurultayının sədri: Azərbaycan parlamenti ilə əlaqələrin inkişafında maraqlıyıq  

14:35
20 Oktyabr

Hafiz Səfixanov: Vətən müharibəsindən sonra 443 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub  

14:34
20 Oktyabr

DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

14:33
20 Oktyabr

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub  

14:32
20 Oktyabr

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq 

14:31
20 Oktyabr

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

14:30
20 Oktyabr

ARDNF dövlət büdcəsinə 9,6 milyard manat köçürüb

14:29
20 Oktyabr

ARDNF-nin investisiya portfelində ABŞ dollarının payı 3 faizdən çox artıb  

14:25
20 Oktyabr

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər açıqlanıb

14:18
20 Oktyabr

Nazir: “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Avropaya ildə 20 teravat-saat elektrik enerjisi ötürə bilər  

14:11
20 Oktyabr

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötüb

14:10
20 Oktyabr

Zəngilan doğma sakinlərinin qayıdışı ilə yeni inkişaf dövrünü yaşayır  

14:04
20 Oktyabr

Yaxın Şərq problemi həll olunmasa Avropada problemlər daha da artacaq

14:01
20 Oktyabr

“Azəri-Çıraq-Günəşli” yatağından ARDNF-yə daxil olan gəlirlər 6 faizdən çox artıb

13:51
20 Oktyabr

Kiyev-Odessa avtomagistralına dron hücumu nəticəsində 3 nəfər ölüb  

13:39
20 Oktyabr

Azərbaycan nefti 118 dollara satılır 

13:36
20 Oktyabr

Milli Məclisin sədri: TÜRKPA çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk  

13:23
20 Oktyabr

Nazir: Bu il Azərbaycanda bərpaolunan enerjinin elektrik istehsalında payı 20 faizə yüksəlib  

13:09
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!