20 Oktyabr 2026 14:01
266
İQTİSADİYYAT
A- A+
Yaxın Şərq problemi həll olunmasa Avropada problemlər daha da artacaq

Yaxın Şərq problemi həll olunmasa Avropada problemlər daha da artacaq


Dünya bazarında neftin qiymətinin artması artıq öz fəsadlarını göstərməkdədir. Əvvəlcə Hörmüz, onun ardınca isə Qırmızı dənizə çıxmaq üçün istifadə olunan boğazların təhlükəli vəziyyətə salınması dünya bazarının xam neftlə təchizatını demək olar ki, dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu gün dünya bazarında növbəti qiymət artımı dalğası baş verib.

London birjasında Azərbaycanın “Azeri Light” markalı neftinin 1 barelinin qiyməti 2,26 dollar artaraq 118,53 dollara çatıb. “Brent” markalı neftin qiyməti 0,53, Nyu-York birjasında isə “Light” markalı neftin qiyməti isə 0,45 dollar artaraq müvafiq olaraq 110,08 və 104,11 dollara satılır.

Neftin bahalaşmasının Avropaya güclü təsir göstərəcəyi bəlli idi. İlk qurbanlardan biri Fransa oldu. Fransada enerji daşıyıcılarının qiymətinin artması ilə istehlak mallarının qiyməti artdı və inflyasiya əhalinin gəlirlərini aşağı saldı. Əməkhaqları və sosial müavinətlər artırılsa da inflyasiya bu artımdan istifadə etməyə imkan vermədi. Nəticədə insanlar küçələrə çıxaraq ölkədə xaos yaratdılar. Hökumətin isə vəziyyəti düzəltmək üçün heç bir iqtisadi resursu yoxdur.

Digər tərəfdən ASBŞ Prezidenti Donald Trampın Rusiyadan dizel yanacağı almaq haqqında qərarı Avropa ilə münasibətləri gərginləşdirib. Bu isə onu deməyə əsas verir ki, Yaxın Şərqdən maye qaz (LNG) idxal edə bilməyən Avropa dövlətləri siyasi ziddiyyətlər səbəbində ABŞ-dən da LNG ala bilməyəcək. ABŞ qaz satmayaraq Avropaya iqtisadi təsir göstərib Vaşinqtonun mövqeyi ilə barışmağı tələb edəcək. Proses artıq başlayıb. Avropanın əlacı Hörmüzün açılması və dünya bazarına neft təchizatının bərpasıdır. Lakin burada da problemlər var.

İran da boğazın açılmasında hələlik maraqlı deyil. Məsələ burasındadır ki, rəsmi Tehran bu vasitə ilə Avropaya ABŞ-dən, Yaxın Şərqdən çəkilməyi, boğazların açılmasını, İrana tətbiq olunan neft sanksiyalarının aradan qaldırılması mesajını verir. Lakin Avropanın hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Birinci geosiyasi mübarizədə Avropa fəal iştirak etməsə də fəsadları ona toxundu. Neftin bahalaşması təkcə Fransada deyil, Belçikada, Niderlanda, Polşada, Albaniyada və başqa dövlətlərdə ciddi şəkildə özünü göstərir. Bu ölkələrdə kütləvi aksiyalar hələ də davam edir. İnsanlar istehlak və ərzaq mallarının bahalaşmasının dayandırılmasını tələb edirlər.

Avropa Komissiyasının 21 may 2026-cı il tarixli proqnozuna əsasən, enerji qiymətlərindəki şok Avropa İttifaqında inflyasiyanın artmasına və iqtisadi artımın zəifləməsinə səbəb olub. Komissiya Aİ üzrə 2026-cı il iqtisadi artımını 1,1 faiz, inflyasiyanı isə 3,1 faiz səviyyəsində proqnozlaşdırıb. Lakin oktyabr ayında inflyasiya 5 faizdən çox oldu ki, bir sıra Avropa dövlətlərində sabitliyi pozdu.

Analitiklər hesab edir ki, Yaxın Şərq problemi həll olunmasa Avropada problemlər getdikcə daha da artacaq. Yaranmış vəziyyətdən siyasi məqsədlər üçün istifadə olunması isə yaxın Şərq probleminin tezliklə həll olunacağını deməyə əsas vermir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Regiona barış gətirən qətiyyətli siyasət  

15:46
20 Oktyabr

Fransanı xaosa sürükləyən yarıtmaz siyasət    

15:26
20 Oktyabr

Növbəti üç gündə bəzi yerlərdə yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

15:14
20 Oktyabr

“Şərqi Azəri” platformasından 20 il ərzində 645 milyon bareldən çox neft hasil edilib  

15:01
20 Oktyabr

Prezident Sadır Japarov Azərbaycanla müttəfiqlik münasibətlərinin əhəmiyyətini vurğulayıb

14:49
20 Oktyabr

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb  

14:48
20 Oktyabr

Zəngilanda Şəhər Günü qeyd olunur

14:36
20 Oktyabr

Qazaxıstan Qurultayının sədri: Azərbaycan parlamenti ilə əlaqələrin inkişafında maraqlıyıq  

14:35
20 Oktyabr

Hafiz Səfixanov: Vətən müharibəsindən sonra 443 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub  

14:34
20 Oktyabr

DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

14:33
20 Oktyabr

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub  

14:32
20 Oktyabr

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq 

14:31
20 Oktyabr

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

14:30
20 Oktyabr

ARDNF dövlət büdcəsinə 9,6 milyard manat köçürüb

14:29
20 Oktyabr

ARDNF-nin investisiya portfelində ABŞ dollarının payı 3 faizdən çox artıb  

14:25
20 Oktyabr

ARDNF-nin “Şahdəniz” yatağından əldə etdiyi gəlirlər açıqlanıb

14:18
20 Oktyabr

Nazir: “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Avropaya ildə 20 teravat-saat elektrik enerjisi ötürə bilər  

14:11
20 Oktyabr

Dövlət Neft Fondunun aktivləri 74 milyard dolları ötüb

14:10
20 Oktyabr

Zəngilan doğma sakinlərinin qayıdışı ilə yeni inkişaf dövrünü yaşayır  

14:04
20 Oktyabr

Yaxın Şərq problemi həll olunmasa Avropada problemlər daha da artacaq

14:01
20 Oktyabr

“Azəri-Çıraq-Günəşli” yatağından ARDNF-yə daxil olan gəlirlər 6 faizdən çox artıb

13:51
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!