01 May 2025 08:15
502
SİYASƏT
A- A+
Ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul edilir

Ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul edilir


Dünya var olandan belədir: iqtisadi cəhətdən zəif olanlar siyasi güc mərkəzinə çevrilə bilməzlər... Müdriklər əbəs yerə deməyiblər ki, siyasətin açarı iqtisadiyyatın əlindədir. Bu gün vətənini sevən, dövlətinin gücü ilə qürurlanan hər bir vicdanlı Azərbaycan vətəndaşının iftixar etməyə haqqı var ki, öz hərbi, siyasi, iqtisadi qüdrəti ilə "mənim ölkəm" nəinki  Cənubi Qafqaz regionunun, hətta dünyanın ən nüfuzlu iqtisadi-siyasi güc mərkəzlərinin ən etibarlı tərəfdaşı kimi qəbul etdiyi mərkəzə çevrilməkdədir.

Azərbaycanın xarici siyasəti məhz müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Respublikamız xarici siyasi əlaqələrini, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən bir ölkə olaraq iki regionu siyasi, mədəni, o cümlədən iqtisadi cəhətdən bir-birinə yaxınlaşdırır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Fikrimizi bir qədər də dəqiq ifadə etmiş olsaq,  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və mövqeyini günbəgün möhkəmləndirməkdədir. Elə bunun  məntiqi nəticəsidir ki, Azərbaycan dünyada regional iqtisadi güc mərkəzindən qlobal strateji tərəfdaş kimi tanınır.

Hazırda Azərbaycan dünyanın enerji bazarında aparıcı ixracatçılardan və tərəfdaşlardan birinə çevrilib. Ölkəmiz sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Cənubi Qafqaz regionunun aparıcı milli aktoru - lider dövləti, təhlükəsizlik və inkişaf qarantı kimi çıxış edir. 

Avropa dövlətlərinin enerji təminatında həlledici rol oynayan Azərbaycan hər il zəngin neft və qaz ehtiyatlarının həcmini artırmaqla yeni ixrac marşrutlarının yaradılmasına imza atdı. Respublikamızın enerji sahəsində diversifikasiya siyasəti dünya yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirdi. Ukraynada davam edən müharibə səbəbindən qaz böhranı yaşayan Avropa enerji mənbələrini şaxələndirmək üçün yeni yollar axtarırdı. Bu axtarışlar Bakıdan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan 3500 kilometrlik "Cənub qaz dəhlizi"nin əsas iştirakçılarından biri olan Azərbaycana marağı artırmaqla ölkəmiz arasında  enerji sahəsində əlaqələri daha da dərinləşdirdi. Qaz ixracını Qərbə doğru genişləndirən Azərbaycan 18 iyul 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalamaqla Gürcüstan və Türkiyəyə qaz tədarük edən ölkəmiz artıq Avropanın 10 ölkəsi ilə müqavilələr bağladı. Onu da qeyd edək ki, mütəxəssislər Azərbaycanın uzun illər dünya bazarında böyük qaz tədarükçüsü kimi etibarlı təchizatçı olacağına inanırlar. Hazırda Azərbaycanın təbii qaz ixracının 50 faizi Avropa ölkələrinin payına düşür. 

Onu da qeyd edək ki, reallaşdırılan rasional və praqmatik xarici siyasət kursu sayəsində Azərbaycanın dünya iqtisadiyyatındakı mövqeyi güclənməkdə, eyni zamanda reytinqi artmaqdadır. Bu gün dünyanın siyasi xəritəsində Azərbaycanın dəstəyi olmadan, rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən sahədə qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etməsi, nüfuzlu və güclü milli dövlətlərin, həmçinin beynəlxalq qurumların ölkəmizlə əməkdaşlığa xüsusi əhəmiyyət verməsi dövlətimizin yüksək beynəlxalq nüfuzunu əks etdirməkdədir.

Son illərin hadisələri birmənalı şəkildə Cənubi Qafqaz regionunun lider dövləti kimi Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqelərini olduqca möhkəmləndirdiyini təsdiq edir. Dünyada təkcə əhalisinin sayına görə yox, həm də əsas güc mərkəzi kimi qəbul edilən Çin Xalq Respublikası ilə dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı tərəfdaşlığa əsaslanan əlaqələrin uğurlu inkişafı ölkəmizin beynəlxalq aləmdə yalnız iqtisadi qüdrətinə deyil, həm də siyasi mövqeyinə, aparılan  müstəqil siyasətə münasibətdir. 

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən "Şərq-Qərb", "Şimal-Cənub" beynəlxalq nəqliyyat marşrutları iki ölkə arasında etibarlı platforma yaradır. Xatırladaq ki, Azərbaycan Çinin qlobal təşəbbüsü olan "Kəmər və yol" layihəsini dəstəkləyən ilk dövlətlərdən biri olub. Bu təşəbbüs çərçivəsində Azərbaycan həm Çin, həm də digər Asiya və Avropa ölkələri üçün strateji tranzit ölkəsinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat infrastrukturları bu istiqamətdə əməkdaşlığın texniki və logistik əsaslarını təmin edir. Eyni zamanda Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək Çinin ərazi bütövlüyünə dəstəyini daim ifadə edib.

Cənubi Qafqazın lideri olan Azərbaycan xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal miqyaslı bir siyasətçi olduğunu onun Avrasiyanın əsas ölkələri arasındakı münasibətlərdə birləşdirici rolu, digər bölgələrdə dərin köklü münaqişələrin aradan qaldırılması istiqamətində sülhə yönəlik barışdırıcı səyləri bir daha təsdiqləyir.  Son illər türk dövlətləri birliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Bu tarixi prosesdə ölkəmiz xüsusi rola malikdir. Bu ideyanın əsas müəlliflərindən olan cənab İlham Əliyev bu gün türk dünyasının liderlərindən biri kimi qəbul olunur. Bu etimad sayəsində Azərbaycan bəzi ölkələr arasında yaranmış problemlərin həllində vasitəçilik edir. 

2015-ci ildə Rusiyaya məxsus hərbi qırıcı təyyarənin Türkiyə ərazisində vurulması ilə iki ölkə arasında yaranan gərginlik dövlətimizin başçısının vasitəçiliyi ilə həllini tapdı.

Aprel ayının birinci ongünlüyündə ADA Universitetində  "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı dövlətimizin başçısı Türkiyə və İsrail arasında yaşanan gərginlikdən danışarkən demişdir: "Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq".

Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə etmişdir: "Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik". İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident bildirib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.

Beynəlxalq problemlərin müzakirəsində ölkəmizin ədalətli mövqeyi, hər iki tərəfdən Azərbaycan lideri İlham Əliyevin şəxsiyyətinə göstərilən hörmət və etimad bu gün də Türkiyə-İsrail münasibətlərinin tənzimlənməsi üçün əlverişli mühit yaradır.

Bu məqamda olduqca vacib İran-Azərbaycan münasibətlərini də diqqətdən qaçırmaq mümkün deyil. Prezident Məsud Pezeşkianın ölkəmizə rəsmi səfərini iki qonşu ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı hesab etmək olar. Səfərin əsas məqsədi mövcud əlaqələri daha da genişləndirmək və gələcək üçün davamlı tərəfdaşlıq platforması yaratmaq idi. Bu səfər həm Azərbaycan, həm də İran üçün tarixi və strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçılarının verdiyi bəyanatlar, imzalanan sənədlər və əldə edilən razılaşmalar qarşılıqlı münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyindən xəbər verir. Prezident İlham Əliyev İran prezidentinin ölkəmizə rəsmi səfərini yüksək qiymətləndirərək "İran prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür", - deyə bildirdi. Artıq qeyd edə bilərik ki, Bakı və Tehran arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələsi başlanır. 

Ölkələrimiz və xalqlarımız arasındakı tarixi bağlara da toxunan dövlətimizin başçısı dedi: "Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir". Prezident İlham Əliyev  Azərbaycan-İran münasibətlərinin sadəcə siyasi maraqlara deyil, ortaq mədəniyyətə, tarixi irsə və regional məsuliyyət hissinə söykəndiyini xüsusi olaraq vurğuladı. Ümumiyyətlə, hər iki lider regionun taleyinin bölgə dövlətlərinin əlində olmasının vacibliyini bir daha qeyd edərək xarici müdaxilələrə qarşı ortaq mövqe sərgilədi. 

Prezident Məsud Pezeşkianın "Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq" açıqlaması İranın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi açıq şəkildə ifadə etməsi Cənubi Qafqaz regionunda sabitliyin qorunması və regional əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır.

Səfər çərçivəsində müxtəlif sahələrə aid imzalanan sənədlərin əhəmiyyətini vurğulayan Məsud Pezeşkian bildirmişdir: "Bu gün əldə edilmiş razılaşmalara, imzalanmış sənədlərə əsasən, Prezident İlham Əliyev müəyyən müddət çərçivəsində gələcək üçün strateji planın hazırlanması haqqında müvafiq nazirlərə, məsul şəxslərə göstəriş verib". Bu strateji plan həm iki ölkənin ikitərəfli münasibətlərinin daha sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilməsi, həm də regional layihələrdə birgə iştirak baxımından böyük önəm daşıyır. Xüsusilə nəqliyyat dəhlizlərinin, sərhəd ticarət zonalarının genişləndirilməsi, enerji əməkdaşlığının dərinləşdirilməsi kimi sahələrdə konkret layihələrin reallaşacağı gözlənilir.

Məsud Pezeşkian Prezident İlham Əliyevin şəxsi səylərini qiymətləndirib və ona ikitərəfli münasibətlərdə atılacaq addımlar, mümkün olan bütün sahələrdə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün göstərdiyi əzmkarlığına görə təşəkkür edib.  İran Prezidenti Azərbaycan Prezidentinin regionda sülhün və tərəqqinin təmin olunmasında oynadığı fəal rolu yüksək dəyərləndirir.

Azərbaycan-İran arasında qonşuluq münasibətləri Prezident İlham  Əliyevin regionda əlaqələrin möhkəmləndirilməsinə və gərginliyin azaldılmasına yönəlik siyasəti ilə yeni mərhələyə yüksəlir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!