14 Yanvar 2023 01:41
855
İQTİSADİYYAT
A- A+
Ölkəmiz beynəlxalq nəqliyyat infrastrukturu bazarının fəal iştirakçısıdır

Ölkəmiz beynəlxalq nəqliyyat infrastrukturu bazarının fəal iştirakçısıdır

 

Bu gün dünyada əsas daşıma fəaliyyətini həyata keçirən 80-ə yaxın beynəlxalq nəqliyyat dəhlizi mövcuddur. Belə bir qlobal şəbəkənin formalaşmasında Avropa bazarı aparıcı rol oynayır. 
Avropa İtifaqı daxilində yeni tranzit və nəqliyyat marşrutlarının formalaşması isə "Trans-Avropa Nəqliyyat Şəbəkəsi" əsasında müəyyən edilir. Belə inteqrasiya olunmuş yanaşma regional bazarları üçüncü ölkələrin nəqliyyat şəbəkələri ilə birləşdirməyə imkan verir. 
Maliyyə və informasiya axınlarının cəmləşməsi, xidmətin yüksək keyfiyyəti və göstərilən xidmətlərin müxtəlifliyi kapitalın dövriyyəsini sürətləndirir və geosiyasi gücə malik olur. Nəqliyyat rabitəsi dünya iqtisadiyyatının "qan damarları" dır. Böyük tarixi çaylar, okean yolları, dəmir yolları və avtobobil yolları, dünya informasiya magistralı Yer kürəsinin komunikasiya çərçivəsini təşkil edir və sivilizasiyalararası dialoqun əsasını yaradır.
Coğrafi atlas üzərindən baxsaq görərik ki, ümumilikdə beynəlxalq nəqliyyat dəhlizləri Şimal-Cənub və Şərq-Qərb yarımkürələrini birləşdirir və iqtisadi-ticari əlaqələrin genişləndirilməsində, sərnişinlərin və yüklərin ən sərfəli yollarla son məntəqəyə çatdırılmasında vasitəçilik edir. Dünya üzrə beynəlxalq nəqliyyat dəhlizlərinin bölgüsünə və intensivliyinə görə təsnifatlaşdırılmasına nəzər salaq: TRANSEUROPEAN  NETWORK-Avropa İttifaqı çərçivəsində olan və Avropa ölkələrin bir-biri ilə birləşdirən tranzit; PANAVROPA tranzit koridoru - xüsusilə Mərkəzi və Şərqi Avropada cəmlənir; TRASECA - "Şərq-Qərb" nəqliyyat dəhlizi - Asiyanı, Qafqazı və Avropanı birləşdirən nəqliyyat dəhlizi; İNSTC - "Şimal-Cənub" nəqliyyat dəhlizi - İran ərazisindən keçməklə Fars körfəzi, Hind okianı və Cənub-Şərqi Asiya ölkələri ilə şimali Avropa, Skandinaviya və Rusiyanı birləşdirən nəhəng dəhliz; NAFTA-Şimali Amerika, Meksika  və Kanadanın üzərində yerləşən dəhliz.
XXI əsrin əsas hadisələri Qərbi Avropa və Asiya-Sakit Okean iqtisadi və texnoloji inkişaf qütbləri arasında - beynəlxalq biznes üçün ən uzun sərhədin formalaşdığı Atlantik okeanından Sakit okeana qədər cərəyan edəcək. Qərbi Avropa, Asiya-Sakit Okean regionu və ABŞ arasında ticarət əlaqələrinin təmin edilməsində dəniz nəqliyyatı prioritet kimi qalarsa, Avrasiyada dünya marşrutlarının hərəkətindən sonra orta əsrlər tənəzzülə uğramış transkontinental kommunikasiyaların rolu Aralıq dənizindən Atlantik okeanına qədər artacaq.      
2014-cü ildən başlayaraq Avropa İttifaqı nəqliyyat sektorunda əsasını Trans-Avropa nəqliyyat şəbəkəsi təşkil edən yeni siyasət yürüdür. Bu siyasətin əsas məqsədi kontinental - qərblə şərqi, şimalla cənubu birləşdirməkdir. Yeni nəqliyyat şəbəkəsində 94 su və 38 hava limanının, həmçinin 15 min kilometr modernləşdirilmiş sürətli dəmir yolunun birləşdirilməsi nəzərdə tutulur. Nəqliyyatın iqtisadiyyatın inkişafında böyük rol oynaması, iqtisadi  inkişafı stimullaşdırması, yeni iş yerlərinin yaradılmasına köməyi nəzərə alınaraq, Avropa nəqliyyat şəbəkəsinin inkişafının həm biznesə və həm də sıravi vətəndaşlara böyük həcmdə fayda verəcəyi gözlənilir.
Azərbaycana gəldikdə, əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit imkanları genişdir. Bəri başdan qeyd edək ki, müstəqilliyimizin ilk dönəmində Heydər Əliyevin, son 19 ildən çox  müddətdə isə Prezident İlham Əliyevin praqmatik siyasətləri və qətiyyətləri sayəsində Azərbaycan həmin imkanlardan  maksimum istifadə edərək regionun əsas tranzit ölkəsinə çevrilib. Qədim İpək yolunun bərpası, TRASEKA proqramının (Avropa-Qafqaz-Asiya dəhlizinin) reallaşdırılması, "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan əsas neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryol bağlantısı, "Cənub-Qərb" nəqliyyat dəhlizi kimi layihələr bu gün regionun, o cümlədən Azərbaycanın milli təhlükəzliliyinin, qonşu ölkələrlə inteqrasiya əlaqələrinin əsas qarantıdır.
Götürək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunu. Bu dəmir yolunun ölkəmiz üçün siyasi-iqtisadi əhəmiyyətinin əvəzsiz olması danılmaz faktdır. BTQ region ölkələrinin tranzit imkanlarının artırılmasına, Avropa iqtisadiyyatı ilə inteqrasiyanın dərinləşməsinə, Avropa qonşuluq siyasətinin əhatə dairəsində əməkdaşlığın daha da inkişafına şərait yaradılmasında mühüm rol oynamaqdadır.  Bu nəqliyyat dəhlizi Bakı-Tbilisi-Axalkalaki-Qars şəhərlərini əlaqələndirməklə Azərbaycan ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi daxilində logistikanın ahəngdarlığında Qazaxıstan, Azərbaycan və Gürcüstan dəniz limanlarının tam gücü ilə işləməsində mühüm rol oynayır.
"Cənub-Qərb" nəqliyyat dəhlizinin (Fars körfəzi-İran-Astara və Xəzər dənizi-Qara dəniz-Avropa) bir sıra marşrutlardan üstünlüyü isə tranzit yükdaşımalarda məsafənin və sərf edilən vaxtın qısa olmasıdır. Bu nəqliyyat dəhlizi İran-Azərbaycan-Gürcüstan-Ukrayna ərazilərindən keçməklə Hindistandan Avropaya və əks-istiqamətə yükdaşımalarda vaxt itkisini əsaslı şəkildə azaldır. Bütün bunlardan göründüyü kimi, Azərbaycanın da əsas iştirakçısı olduğu qlobal layihələr nəqliyyat infrastrukturu bazarının iştirakçıları üçün olduqca əhəmiyyətlidir.

Natiq ALPSOY,
iqtisadçı ekspert
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!