26 Oktyabr 2023 10:05
33041
Oxucu məktubları
A- A+
Odun istisi

Odun istisi

 

Rayonumuzun 118 kəndinin yarıdan çoxu, habelə Cəlilabad və Göytəpə şəhərlərinin yeni yaşayış massivləri hələ də qazlaşdırılmayıb 

 

Artıq payızdır. Havalar soyuyur, günlər qısalır. Buludlar da günəşin qarşısını kəsərək onu üzə çıxmağa qoymur. Sentyabrın ortalarından ara-sıra yağmağa başlamış güclü yağışlar isə payız və qışın soyuq keçəcəyindən soraq verir.
Dədə-babadan payız-qış aylarına hələ yaydan hazırlaşan tədbirli adamlar yağışlı-yağmurlu, qarlı-şaxtalı günlərdə çətinlik qarşısında aciz qalmamışlar. Müasir dövrün tədbiri isə birbaşa elektrik enerjisi və təbii qazla təchizatdan asılıdır. Neft və qaz ölkəsi olaraq Azərbaycanda bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər göz qabağındadır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində bu gün hətta ucqar dağ kəndlərinə təbii qaz xətləri çəkilmiş, verilən elektrik  enerjisində kəsilmələr və fasilələr aradan qaldırılmışdır.
Təəssüf ki, bunu ölkənin böyük rayonlarından olan bizim Cəlilabada aid etmək mümkün deyil. Çünki rayonumuzun 118 kəndindən 63-ü, habelə Cəlilabad və Göytəpə şəhərlərindəki yeni yaşayış massivləri indiyədək qazlaşdırılmayıb. Həmin yaşayış məntəqələrində nə az, nə çox - 5 min 641 ev vardır. Hər evdə təxminən 5 nəfərin yaşadığını nəzərə alsaq, bu, 30 min nəfərə yaxın adamın təbii qaza əlinin çatmaması  deməkdir. Belə halda öz məişət tələbatlarımızı ödəmək, qış aylarında istiliksiz qalmamaq üçün oturduğumuz budağı, yəni təbiətin ağ ciyəri hesab edilən meşələri, oradakı nadir ağacları baltalamağa məcbur oluruq. 
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismarı İdarəsinin Cəlilabaddakı Xidmət Şöbəsinin rəisi vəzifəsini icra edən Ələkbər Dövlətova müraciət edəndə bildirdi ki, 3 kəndin, habelə Cəlilabad şəhərinin yeni yaşayış massivindəki 178 evin qazlaşdırılması bu il üçün nəzərdə tutulmuşdur. Amma ilin başa çatmasına iki aydan bir az çox vaxt qalır. Yəni küləkli, yağışlı-yağmurlu günlər qapıdadır. Bu halda qazçəkənlərin işlərini həyata keçirən zaman təbii ki, çətinliklərlə üzləşəcəkləri qaçılmaz olacaq. O da hələ indi başlasalar.
Belə çıxır ki, biz bu qışı da odunun ümidinə qalacağıq. Amma nə olar, kaş bu odun istisi qazçəkənlərin ürəyindəki laqeydlik buzunu əridəydi ki, biz də his-pasdan qurtulub rahat günə çıxaydıq.

Firəngiz Abasova, 
Cəlilabad rayon Darlıq kənd sakini, 
Balakişi Quliyev,
Ləkin kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!