16 Noyabr 2023 10:40
633
CƏMİYYƏT
A- A+
Obyektiv tənqidə subyektiv münasibət

Obyektiv tənqidə subyektiv münasibət

 

Xatırladaq ki, qəzetimizin 2023-cü il 18 avqust tarixli sayında "Gözəlliyi gözdən salmayın" başlıqlı məqalə dərc olunmuşdur. Məqalədə Azərbaycan təbiətinin incilərindən olan Göygöl gölü ərazisindəki bəzi çatışmazlıqlardan, ziyarətçiləri razı salmayan nöqsanlardan bəhs edilmişdir.
Bu günlər, daha dəqiq desək,  2023-cü il noyabrın 13-də sözügedən məqalə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən redaksiyamıza məktub daxil olmuşdur. Nazir müavini  Umayra Tağıyevanın imzaladığı məktubda bildirilir:
"Sizin təbiət ərazilərinə həssas münasibətinizi yüksək qiymətləndirir və göstərdiyiniz vətəndaş mövqeyinizə görə təşəkkür edirik.
Bildiririk ki, "Azərbaycan" qəzetinin 2023-cü il 18 avqust tarixli sayında dərc edilmiş "Gözəlliyi gözdən salmayın" sərlövhəli məqalədə göstərilənlər 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Göygöl Milli Parkının mütəxəssislərinin iştirakı ilə yerində araşdırılmışdır. 
Göygöl Milli Parkının ərazisindəki yolların təmir edilməməsi, işıqlandırma sisteminin olmaması və buraxılış məntəqəsi barədə yazılanlar araşdırılarkən məlum olmuşdur ki, park ərazisində nəqliyyat vasitələrinin hərəkəti və turistlər üçün nəzərdə tutulmuş yollara asfalt, o cümlədən daş örtük çəkilmiş, park ərazisində işıqlandırma sistemi qənaətbəxş quraşdırılmışdır. Parkın buraxılış məntəqəsində isə əraziyə gələn turistlərin qeydiyyatı aparılır.
Göygöl gölünün kənarında cəngəlliyi xatırladan qamışlıq barədə yazılanlarla bağlı bildiririk ki, gölün kənarındakı cəngəlliyi xatırladan qamış bitkisindən ibarət ərazi təbii formalaşmış landşaftın tərkibinə aiddir.
Göygöl gölündə vaxtilə istifadə edilmiş, indi isə yararsız hala düşmüş qayıqlar barədə yazılanlar araşdırılarkən Milli Parkın balansında olmayan həmin qayıqların nazirliyin Nəqliyyat İdarəsinə təhvil verildiyi müəyyən edilmişdir.
Parkın ərazisində sanitar qovşağın olmaması barədə yazılanlarla bağlı bildiririk ki, parkda  6 yerdə sanitar qovşaq mövcuddur, onlardan 5-i hazırda işlək vəziyyətdədir. Bir sanitar qovşaq isə təmirlə əlaqədar fəaliyyət göstərmir və sanitar qovşaqlarda formalaşan tullantı suları ayrı-ayrılıqda  tikilmiş germetik beton şambolara axıdılır.
Turistlərin daşınmasında nəqliyyat probleminin olması barədə yazılanlar araşdırılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.04.2015-ci il tarixli 114 saylı qərarına uyğun olaraq Göygöl-Maralgöl istiqamətində sərnişinlərin daşınması üçün Göygöl Milli Parkı ilə bağlanmış müqavilə əsasında 4 nəqliyyat vasitəsinin xidmət göstərdiyi müəyyən edilmişdir.
Parkın ərazisində olan iaşə obyektlərində xidmətin qənaətbəxş təşkil edilməməsi barədə yazılanlarla bağlı bildiririk ki, park ərazisinə gələn turistlərə xidmət göstərilməsi məqsədilə 5 iaşə təyinatlı köşk mövcuddur və köşklərdə fəaliyyət müqavilə şərtlərinə uyğun həyata keçirilir. Bundan əlavə, Göygöl gölünün yerləşdiyi 50 hektar ərazi 2019-cu ildən etibarən "Göygöl Lake Resort" MMC-yə istifadəyə verilib və iaşə xidmətləri MMC tərəfindən göstərilir. Turistlərin gölün kənarına daşınması turistlərin istəyi müqabilində həmin MMC-yə məxsus "Niva" markalı nəqliyyat vasitəsilə ödənişli  əsaslarla həyata keçirilir.
Araşdırma zamanı Göygöl Milli Parkının ərazisində ətraf mühitin mühafizəsi qanunvericiliyin tələblərinin pozulması faktlarına rast gəlinməyib. Xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması, ziyarətçi məmnunluğunun yüksəldilməsi, ərazidəki müqavilə əsasında fəaliyyət göstərən subyektlərə mütəmadi nəzarətin həyata keçirilməsi üçün park rəhbərliyinə xəbərdarlıq olunub.
Redaksiyadan: Göründüyü kimi, nazirliyin cavab məktubunda əməkdaşımızın Göygöl gölü ərazisində görüb qələmə aldığı nöqsanlar hamısı bir-bir, bənd-bənd təkzib edilir. Bu təkzibləri təkzib etməzdən öncə nazirliyin adıçəkilən məqaləyə, hətta təxminən 3 ay sonra olsa belə, cavab verməsini (hər halda 2023-cü il oktyabrın 10-da imzalanmış məktub redaksiyamıza noyabrın 13-də daxil olmuşdur) rəsmi dövlət qəzetinə hörmət və ehtiram kimi qəbul etdiyimizi nəzərə çatdırırıq. Bu ondan xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizdə ətraf mühitin qorunması üçün  daxili mənbələrinin məlumatlarından savayı, KİV-də yayılan faktlara da biganə qalmır. Media qurumu olaraq biz də bundan məmnunuq.
O ki qaldı "Gözəlliyi gözdən salmayın" məqaləsindəki faktların təkzib olunmasına, bu, yumşaq desək, günəşi danmağa bənzəyir. Əvvəla ona görə ki, məqalədə qeyd edilən faktlar əməkdaşımızın gözü ilə gördükləri, qulağı ilə eşitdikləridir. Üstəlik, o, gördüklərini fotokamerasına köçürüb və həmin şəkillər qəzetimizdə dərc edilib. Fotofaktları isə təkzib etmək mümkün deyil. İkincisi də, bu nöqsanları görən, onun çətinliklərini yaşayan təkcə əməkdaşımız deyil. Bir biləydiniz məqalənin dərcindən sonra redaksiyamıza, yazının müəllifinə olunan çoxsaylı zənglərdə Göygölə yolu düşənlər nələr deyirdilər. Belə görünürdü ki, biz hələ ərazidəki mövcud nöqsanların, şair demişkən, heç dörddə-birini yazmamışıq.
Qınanılası deyildilər. Yüz kilometrlərlə yol qət edib təbiətin Göygöl kimi  möcüzəsini görmək istəyən yerli və ya xarici ziyarətçinin nə marağına ki, göldəki qayıqlar hansı idarənin balansındadır. O istəyir ki, qayıqda gölü gəzsin, əlini onun suyuna toxundurub ləzzətini alsın. Yaxud ziyarətçinin nə işinə ki, Göygöl gölünün yerləşdiyi 50 hektar ərazi nə vaxtdansa hansısa MMC-yə istifadəyə verilib və ərazidəki iaşə xidmətlərini də həmin MMC göstərir. Heç  gölün ərazisində  aşağı-yuxarı müştəri daşıyan avtomobilin də həmin MMC-yə məxsus olması qonaqları, türklər demiş,  ilgiləndirmir. 
Bəs biz nə yazmışdıq? Yazmışdıq ki, gölün sahilindəki kafedə bir-iki stəkan  sadə çay içmək qonaqlara 5 manata başa gəlir. Əgər sanitar qovşaqlıq işin olsa, ərazidə tapmayacaqsan və məcbur olub 300-400 metrlik sərt yoxuşu piyada qalxmalı olacaqsan. Bunun üçün fiziki imkanın yoxdursa, yenə bir o qədər pulundan keçib MMC-nin avtomobilindən istifadə edəcəksən. Nazirliyin cavabında dolayısı yolla bütün bunlar təsdiqlənmirmi?! Elə isə bunun nəyi təkzib oldu?
Biz hələ cavab məktubunda gölün kənarında cəngəlliyi xatırladan qamışlığın təbii formalaşmış landşaftın tərkibinə aid olduğunu bildirildiyinin üstünə getmirik. Bircə onu deyirik ki,  Göygöl kimi qonaq-qaralı ərazidə təbii landşafta da nəzarət olunmalı, lazım gələrsə, əl gəzdirilməlidir, ən azından, cəngəlliyə çevrilməməsi üçün. Yeri gəlmişkən qeyd edək ki, məmur ekoloqlar bunu yaxşı bacarırlar. Uzağa getməyək, elə adıçəkilən məqalədə yazıldığı kimi, Hacıkənd-Göygöl yolu üstündə çox təbii landşaftlar məhv edilərək yerində kababxanalar tikilib, təbii ki, məmur ekoloqların "xeyir-dua"sı ilə. Amma nədənsə, nazirliyin cavab məktubunda həmin fakt təkzib olunmayıb. Buna da şükür.
Nəhayət, sözümüzün canı, istədiyimizin mayası odur ki, hansısa kütləvi informasiya vasitəsi düzgün, qərəzsiz tənqid verirsə, ona obyektiv yanaşılsın, 3 aydan sonra subyektiv təkzib vermək əzəvinə, göstərilən nöqsanların aradan qaldırılması üçün operativ tədbirlər görülsün.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!